Ekspertlər elektromobillərin gələcəyini necə görürlər? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ekspertlər elektromobillərin gələcəyini necə görürlər?
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ekspertlər elektromobillərin gələcəyini necə görürlər?

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Ekspertlər elektromobillərin gələcəyini necə görürlər?
 
 
Müəllif: Carchi | 26 Dekabr 2010 | 12187 dəfə oxunub
http://zeka.az/1238-ekspertljr-elektromobilljrin-gjljcjyini-necj-ggrgrljr.html
Ekspertlər elektromobillərin gələcəyini necə görürlər?
2010-cu il avtomobil sənayesi tarixinə elektrik enerjisi ilə hərəkətə gətirilən fərdi nəqliyyat vasitələrinin yeni modellərinin təqdimatı ilə yadda qaldı.
Artıq dünyanın bütün aparıcı avtomobil istehsalçıları elektromobil və hibrid model istehsalına və ya layihələndirilməsi işinə girişib. Dünyada neft ehtiyatları tükəndikcə bu növ nəqliyyata tələbat da artır. Elə isə elektromobillərin üstün və çatışmayan cəhəti nələrdir? Mütəxəssislər bu avtomobillərin gələcəyini necə görürlər?
Şəhərdə yaşayan və avtomobildən az istifadə edən insanlar üçün elektromobil çox əlverişlidir. Belə ki, orta hesabla 200 km məsafə üçün elektrik ehtiyatı olan bu nəqliyyat vasitəsini gecə qarajda şəbəkəyə qoşaraq (təqribən 6-8 saat) ertəsi gün bütün şəhəri dolaşmaq olar. Lakin burda da bir problem var. Əgər keçmiş SSRİ şəhərlərində insanların çoxunun təchiz olunmuş qarajı varsa, Avropada belə qarajlar barmaqla sayıla bilər. Artıq bəzi şəhərlərdə bələdiyyələr problemin həlli yolunu tapıb: küçələrdə pulsuz yükləmə (doldurma) məntəqələri quraşdırılıb.
Lakin elektromobillə uzaq yola çıxmaq məsələsində problem daha çoxdur. Çünki, akkumulyatorun xüsusi adapterlə doldurulması ən azı yarım saat vaxt və xüsusi yer tələb edir. Yağışlı havada isə elektromobili şəbəkəyə qoşan şəxs xüsusi geyimdə olmalıdır. Buna görə də, elektromobilin batareyasının doldurulduğu stansiyanın yanında mütləq kafe və mağazalar olmalıdır. Bu məsələ də yaxın illərdə həllini tapacaq.
Digər bir problem isə batareyaların tərkibindəki litiumun təbiətdə çox az olmasıdır. Hazırda dünyanın ən böyük litium yataqları Boliviya və Çilidə yerləşir ki, bunlar da sürətlə tükənməyə doğru gedir. Batareyaların orta istismar müddəti 5 - 7 ildir və təqribən 3000 – 5000 dəfə doldurula bilər. Akkumulyator elektromobilin ümumi dəyərinin 25-50%-ni təşkil edir. İstehsal kütləvi hal alarsa akkumulyatorun qiyməti də qalxacaq.
Bir vacib məsələ də elektromobillərin soyuq ölkələrdə istismarıdır. Aşağı temperaturda elektrolit qatılaşdığı üçün bəzən akkumulyator heç avtomobili yerindən tərpədə biləcək qədər güc hasil edə bilmir. Bu səbəbdən də istehsalçılar elektromobillərin isti ölkələrdə daha geniş yayılacağını ehtimal edirlər. 
Lakin elektromobilin ərsəyə gəlməsi ekoloji problemlərin tam həlli kimi başa düşülməməlidir. Hələlik heç bir istehsalçı istifadə müddəti bitən batareyaların təkrar emalı barədə düşünmür. Vaxtında tədbir görülməsə, gələcəkdə bütün ölkələri akkumulyator zibillikləri bürüyə bilər. 
Bütün bu qüsurlara rəğmən mütəxəssislər hesab edirlər ki, elektromobil şəhər rejimində özünü doğruldub. İndi əsas məsələ bu nəqliyyat növünü uzaq yol üçün uyğunlaşdırmaqdır.
Azərbaycanda gəldikdə isə, bu gün Nizami küçəsinin təmizlik işlərində işlənən maşınlar və Milli Parkdakı əyləncə teplovozu elektrik dartqısına əsaslanır. Lakin fərdi nəqliyyat vasitəsi olaraq elektromobil hələ ki əhalini maraqlandırmır. Bunu bazarda müvafiq təklifin olmaması və insanların nəqliyyatın bu növünü tanımaması ilə izah edilə bilər.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.