Lut xalqına aid şəhərlər axtarılır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Lut xalqına aid şəhərlər axtarılır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Lut xalqına aid şəhərlər axtarılır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Lut xalqına aid şəhərlər axtarılır
 
 
Müəllif: Carchi | 26 Dekabr 2010 | 12226 dəfə oxunub
http://zeka.az/1239-lut-xalqdna-aid-ejhjrljr-axtardldr.html
Lut xalqına aid şəhərlər axtarılır
Bu axtarış ekspedisiyası, Rusiya ilə əməkdaşlıq sayəsində təşkil ediləcək 
İordaniyanın qədim-abidələr departamentliyinin rəhbəri Ziyad Səd bildirib ki, mart ayında Ölü dəniz ətrafındakı itmiş şəhərlərin axtarışına hazırlaşır. Bu axtarış ekspedisiyası, Rusiya ilə əməkdaşlıq sayəsində təşkil ediləcək. Mövzu, Lut peyğəmbərin (ə) şəhərləri kimi tanınan Sodom və Qomorra adlı itmiş şəhərlərdən gedir.
Faktxeber.com-un "islamtv"-yə istinadən verdiyi xəbərə görə Səd, mətbuat üçün verilmiş bəyanatda bildirir ki, onlar Rusiya nümayəndəliyi ilə İordaniya sularının ərazilərində çəkilişlərin başlanması üçün qrafika və loqostika məsələlərini müzakirə ediblər. Departamentin rəhbəri onu da qeyd edib ki, Rusiyadan gələn dəstəni Ölü dənizdə adı çəkilən tədbirlərin icraatı üçün qayıqla təmin etmək barədə, İordaniya hökümətinin yerli icraedici orqanları ilə fəaliyyəti uzlaşdıra bilər. Bu müddət ərzində Rusiya tərəfi, rus-iordaniya proyektində birinci dəfə istifadə olunacaq yüksək texnoloqiya təchizatı və texnikaların hazırlanması barədə hazırlıq işləri görəcək.
Lakin yeni avadanlıq, yalnız onun Ölü dənizdə aparılacaq tədqiqati işlərdə nə qədər yararlı olacağı araşdırıldıqdan sonra istismara veriləcək.
Səd izah edib ki, Rusiya komandası 2500 yaşı olan xəritəni , bundan əlavə Ölü dənizdə bu şəhərlərin yerləşdiyi güman edilən məkanların şəkillərini göstərəcək.
Ölü dənizin kosmosdan çəkilən şəkillərindən hazırlanmış NASA kosmik agentliyinin hesabatı, Ölü dənizin digər dənizlərdən fərqli olan dərinlik relyefinin mümkün olan sivilizasiyaların izləri ilə bağlı olduğu fikrini irəli sürür.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.