Azərbaycanda yeni qızıl və platin yataqları aşkar edilmişdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda yeni qızıl və platin yataqları aşkar edilmişdir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda yeni qızıl və platin yataqları aşkar edilmişdir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanda yeni qızıl və platin yataqları aşkar edilmişdir
 
 
Müəllif: Carchi | 26 Dekabr 2010 | 12542 dəfə oxunub
http://zeka.az/1240-azjrbaycanda-yeni-qdzdl-vj-platin-yataqlard-aekar-edilmiedir.html
Azərbaycanda yeni qızıl və platin yataqları aşkar edilmişdir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət göstərdiyi təkcə son 10 ildə Azərbaycanda 150-yə yaxın yeni faydalı qazıntı yatağı tapılıb, istismara verilmiş və ya dövlət ehtiyatına götürülmüşdür. 
 Bunu dekabrın 25-də Azərbaycan Geologiya Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında bildirmişdir. 
Nazir yataqların böyük hissəsinin gündəlik ehtiyac duyulan inşaat materiallarına aid olduğunu vurğulamışdır.
H.Bağırov son vaxtlar ölkənin müxtəlif rayonlarında qiymətli metal yataqlarının aşkar olunduğunu qeyd etmişdir. Onun sözlərinə görə, Azərbaycan geoloqlarının apardıqları kəşfiyyat işləri nəticəsində Şəmkir rayonu ərazisində platin və digər qiymətli metalların mövcudluğu ilə bağlı ciddi söhbət gedə bilər. Azərbaycanda hələ SSRİ dövründən bir neçə yerdə tapılmış qızıl və qiymətli metal yataqları 1998-ci ildə imzalanmış müqaviləyə əsasən, “R.V. İnvestment Group” şirkətinin iştirakı ilə yaradılmış konsorsium tərəfindən istismar edilir. Bu işlərin nəticəsidir ki, Azərbaycan hazırda qızıl hasilatçısıdır. Eyni zamanda, geoloqlarımızın 6-7 il bundan əvvəl kəşf etdikləri “Çovdar” yatağında böyük qızıl ehtiyatları aşkar edilmiş və dövlət ehtiyatına qəbul olunmuşdur. Burada qızıl hasilatına başlamaq üçün hazırlıq işləri aparılır. Bu, ölkəyə yaxşı gəlir gətirəcəkdir. Bununla yanaşı, geoloqların apardıqları kəşfiyyat işləri nəticəsində Göygöl rayonunda daha zəngin qızıl ehtiyatları aşkarlanmışdır.AzərTAc




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.