Azərbaycan oğlu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Azərbaycan oğlu
 
 » Din » Əxlaq » Azərbaycan oğlu

     
 
Din » Əxlaq: Azərbaycan oğlu
 
 
Müəllif: Azerbaycan oglu | 26 Dekabr 2010 | 12479 dəfə oxunub
http://zeka.az/1241-azjrbaycan-odlu.html

Azərbaycan oğlu

Mən vaxtı ilə qeyrətli kişiləri ilə məşhur olan bir ölkənin oğluyam. İllərlə aparılan qərəzli təbliğat “sayəsində” qeyrətimə kölgə düşürən məsələlər qarşısında susmağa məcbur edildim,  ya da ki, qeyrətini satanların çoxluğu içində haqqı söyləyən səsim eşidilmədi.

Bir çox işimdə süst və zəif olsam da, kişiliyimi, qeyrətimi sual altına salan məsələlərdə zəiflik göstərməməyim zəruridir. Çünki kişiliyi – qeyrəti, namusu kölgəli olan şəxs cəmiyyətdə nə qədər xeyirxah işlər görüb, kasıba yardım etsə, yıxılanı qaldırsa, ona uzanan əli tutsa belə kişilik və mərdliklə qazanılan hörmətin yerini doldura bilməz. Əgər bir kişi öz qeyrətinə kölgə düşürən addım atsa Allahın və cəmiyyətin gözündə dəyərsiz olar.

Hansı əsl kişi qeyrətsiz adını öz üzərində daşımaq istər? Mənim vətənimin qadını mənim namusumdur, onun iffət rəmzi olan örpəyi qeyrətimin dünyaya haray salan səsidir.

Bu səsi “örpək məktəbli forması ilə uyğun gəlmir” bəhanəsilə susdurmaq istəyirlər. Qeyrətsizliyi müasirlik kimi qələmə verməyə çalışan sizlər hansı ixtiyarla qız və qadınlarımızın – namusumuzun necə geyinməsini bizə göstəriş veririsiniz?!

Niyə gücün Türkiyədə, Dubayda, Rusiyada səni gülüş hədəfinə çevirənlərə çatmır? Əgər doğrudan müasirlik tərəfdarısansa, onda İbtidai-icma quruluşunda belə yol verilməyən və gerilik rəmzi sayılan soyunmanın qarşısını al! O “müasir” geyimli qadınlar adlarını sadaladığımız ölkələrdə sənin kişiliyini ələ salan neçə lətifənin yaranmasına səbəb olub. Əgər həqiqətən canın bu elin qız-qadınına yanırsa Ermənistanda əsir saxlanıb başına hər əxlaqsızlıq gətirilən qadınlarımızın qayğısına qal. Xocalı faciəsi Azərbaycan kişisinin qeyrətinə vurulan ən dərdli damğadır, bu damğanı silmək üçün tədbir tök, yeni bir ləkə yaxmaq üçün deyil.

Amma unutma, biz qeyrətin ləzzətini bilirik və məktəbli balalarımızın örpəyinə əl uzatmaq şərəfsizliyinə icazə vermərik! Çünki bu bizim qeyrət, din, milli mentoliteti qorumaq qarşısındakı borcumuzdur.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.