Ramil Səfərovla bağlı sayt yeni ünvana köçürülüb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ramil Səfərovla bağlı sayt yeni ünvana köçürülüb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ramil Səfərovla bağlı sayt yeni ünvana köçürülüb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Ramil Səfərovla bağlı sayt yeni ünvana köçürülüb
 
 
Müəllif: Carchi | 27 Dekabr 2010 | 12349 dəfə oxunub
http://zeka.az/1242-ramil-sjfjrovla-badld-sayt-yeni-gnvana-kgggrglgb.html
Ramil Səfərovla bağlı sayt yeni ünvana köçürülüb 
Azərbaycan Ordusunun Macarıstanda məhkum edilmiş zabiti Ramil Səfərovun müdafiə saytının yaradıcıları bəyanatla çıxış ediblər.
Son zamanlar bəzi xəbər agentliklərində, fərdi saytlarda və sosial şəbəkələrdə Ramil Səfərovun 3 il öncə yaradılmış müdafiə saytı (www.ramilsafarov.org) ilə bağlı narahatlıq və narazılıq dolu xəbərlər yayılmaqdadır. Bu xəbərlərdə saytın 9 ay əvvəl ermənilər tərəfindən xaker hücumuna məruz qalsa da, bununla bağlı heç bir tədbirin görülməməsi, saytın yaradıcısı və kollektivinin bu işə biganəliyi, hətta saytın domeninin ermənilərə razılaşdırılmış bir məbləğ qarşılığında verilməsi barədə məlumatlar yer alır.
“Məlumat üçün qeyd edək ki, bu ilin aprel ayından saytın www.ramilsafarov.org domeni itirilmiş və domeni ələ keçirən şəxslər onu əxlaqsız porno-sayta yönləndirmişdilər. Bu, sayt kollektivinin deyil, saytın təhlükəsizliyi üçün cavabdeh olan hostinq şirkətinin məsuliyyətsizliyi üzündən baş verib. Hadisəylə əlaqədar sayt kollektivi müəyyən tədbirlər görüb, domenlərin qeydiyyatını təşkil edən ICANN təşkilatına və müvafiq təşkilatlara məktublar ünvanlayıb, lakin domenin bərpası hələ ki mümkünsüz olduğundan saytın tərkibi yeni bir ünvana - www.ramilsafarov.info domeninə yönləndirilib” – deyə bəyanatda bildirilir. Sənəddə deyilir ki, www.ramilsafarov.com, www.ramilseferov.com, www.ramilsafarov.net, www.ramilseferov.net, www.ramilseferov.org domenləri vasitəsilə də sayta daxil olmaq mümkündür.Milli.Az




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.