Qırğızıstanda namaz qılmaq üçün işdən 2 saat icazə veriləcək » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Qırğızıstanda namaz qılmaq üçün işdən 2 saat icazə veriləcək
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Qırğızıstanda namaz qılmaq üçün işdən 2 saat icazə veriləcək

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Qırğızıstanda namaz qılmaq üçün işdən 2 saat icazə veriləcək
 
 
Müəllif: Carchi | 28 Dekabr 2010 | 12246 dəfə oxunub
http://zeka.az/1244-qdrddzdstanda-namaz-qdlmaq-gggn-iedjn-2-saat-icazj-veriljcjk.html

 Qırğızıstanda namaz qılmaq üçün işdən 2 saat icazə veriləcək

Qırğızıstan parlamentinin deputatları ölkənin Əmək Məcəlləsinə dəyişiklik etmək niyyətindədirlər.

Milli.Az xəbər portalı RİA “Novosti”yə istinadən xəbər verir ki, dəyişikliklər müsəlmanlara dövlət müəssisələrində cümə namazı üçün əlavə iki saatlıq fasilə verilməsini nəzərdə tutur. Bu barədə məlumatı Qırğızıstan parlamentinin vitse-spikeri Asilbek Jeenbekov verib.

“Qırğızıstanda namaz qılmaq istəyən təkcə deputatlar deyil. Bütün müsəlmanlar üçün lazımi şərait yaradılmalıdır. Lakin bu zaman digər din mənsublarının da hüquqları pozulmamalıdır” – deyə vitse-spiker bildirib.

Qırğız deputatlar bu məsələyə hələ ötən həftə toxunmuşdular. O vaxt deputat Akılpek Japarovun təklifi ilə cümə günü günorta parlamentin işində iki saatlıq fasilə elan edilmişdi ki, deputatlar məscidə gedə bilsinlər. Bundan başqa, parlament binasında xüsusi namaz otağının yaradılması barədə də qərar qəbul edilib.

Bununla belə, bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, yeni dəyişikliklər ölkə Konstitusiyasına ziddir. Konstitusiyaya görə, Qırğızıstan dünyəvi dövlətdir. Hüquq müdafiəçilərinin fikrincə, namaz fasiləsinin verilməsi ölkənin qeyri-müsəlman əhalisinin maraqlarını tapdalayır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (28 Dekabr 2010 16:50)



Qrup: Qonaq
Tarix: --
Qeyri Müselman o zaman getsin geyri müsalman ölkede yaşasın.Müselman ölkede yaşamak isteyirse de oranın ganunlarına uyacakdır,buna mecburdur.Qeyri müselmanları düşüne dşüne ele bu gün bu günlere galdık.Hicabı bele mekteblerde gadağan elemeye başladılar.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.