Yarasa » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2014-cü il, noyabrın 1-i, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Yarasa
 
 » Din » Əqidə » Yarasa

     
 
Din » Əqidə: Yarasa
 
 
Müəllif: Zehra | 30 Dekabr 2010 | 2516 dəfə oxunub
http://zeka.az/1250-yarasa.html

Yarasa

Quşlar içərisində yarasanın, doğrudan da Haqqın əzəmətinin nişanəsi sayılacaq xüsusiyyətləri vardır. Bu quş öz təbiətindən doğan zəruri hökmlə gecələr uçur,  gündüz Günəş işığında bədəni zəif düşür. Digər yandan isə zülmət gecə təhlükəsiz olmur: ən azı bu canlı qida əldə etmək üçün zil qaranlıqda uçduğu zaman özünü divar, ağac və s. kimi bərk cisimlərə çırpıb yaralaya bilər. Yaradılışın layihəçisi yarasanı xüsusi bir qüvvə ilə təchiz etmişdir. Yarasa bu qüvvə sayəsində hər hansı cismə təmas etməzdən öncə onu hiss edir və başqa səmtə uçmağa başlayır. Yarasadakı bu qüvvə alimlərin təyyarələri xilas etmək üçün istifadə etdikləri radio-dalğaya bənzəyir. Yaxşı, alimlərin neçə illər sonra ixtira etdikləri cihaza bənzər qüvvəyə bu quş necə sahib oldu?! Biz canlılara aid bir neçə misalı diqqətimizdə canlandırıb bu qənaətə gəlirik:

1).  Onlar heç bir müəllim və təlim görmədən özlərinin bütün ehtiyaclarını tanıyır və bu ehtiyacları dəf etməyin yolunu bilirlər.

2).  Bu canlıların bəziləri iş bölgüsü, vəzifə seçimi və işlərin qrup şəkilli icra olunma üsuluna kamil surətdə bələddirlər.

3). Hər hansı bədən orqanı zərər gördükdə öz-özünə işləyən bir sistem zərər görmüş orqanı bərpa edir.

Sözsüz ki, canlıların bu qəribə işləri qüdrətli bir mənbənin idarəçiliyi altında baş verir. Təbii ki, bu mənbə bütün canlıların haqqında tam və kamil məlumata malik olmalıdır ki, bu idarəçiliyi yerinə yetirə bilsin. Həmin hikmət, bilik və qüdrət mənbəyi – varlıq aləminin yaradıcısı olan Allahdır. Qurani-Şərif bu haqda buyurur: “ O Allah ki, mövcudatı yaratdı və hidayət etdi!” (Əla surəsi, 2-3-cü ayələr)

Yenə buyurur: “O Allah ki, mövcudatı yaratdı, sonra onlara yol göstərdi (bələdçilik etdi).” (Taha surəsi, 5o-ci ayə)

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.