Oğuzda qədim Azərbaycan dövlətinə məxsus arxeoloji materiallar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Oğuzda qədim Azərbaycan dövlətinə məxsus arxeoloji materiallar
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Oğuzda qədim Azərbaycan dövlətinə məxsus arxeoloji materiallar

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Oğuzda qədim Azərbaycan dövlətinə məxsus arxeoloji materiallar
 
 
Müəllif: Zehra | 31 Dekabr 2010 | 12516 dəfə oxunub
http://zeka.az/1254-oduzda-qjdim-azjrbaycan-dgvljtinj-mjxsus-arxeoloji-materiallar.html
Oğuzda qədim Azərbaycan dövlətinə məxsus arxeoloji materiallar aşkarlanıb 
Azərbaycanın Oğuz rayonunun Kərimli kəndində e.ə. II minilliyə aid olan, 250 il davam etməsi ehtimal edilən, amma adı bu günə qədər məlum olmayan Azərbaycan dövlətinə dair arxeoloji materiallar aşkarlanıb.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya institutunun Şəki, Qax, Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov deyib. Onun sözlərinə görə, həmin kənddə aparılan arxeoloji qazıntılar zamanı bu dövlətin eyni və ya müxtəlif sülalələr tərəfindən idarə edilməsi ehtimalı ortaya çıxıb.
Nəsib Muxtarov deyib ki, Kərimli kəndindəki kurqanlarda aparılmış qazıntılar nəticəsində bu dövlətin olması ehtimalına gəlinib. Ekspedisiya rəisinin bildirdiyinə görə, Kərimli kəndində təxminən 3 hektar ərazidə, 14 belə kurqanın olduğu yer və hazırda arxeoloji qazıntıların aparıldığı ərazi el arasında “Hökmdar məzarlığı”, rəsmi sənədlərdə isə “Qazı yeri” adlanır. Bu da elə həmin ehtimallara əsas verir: “Kərimli kəndindəki 2 saylı kurqandakı dəfn çalasından çıxan arxeoloji materiallar, xüsusilə keramika, qab qırıqları güman etməyə əsas verir ki, bu abidə, yəni 2 saylı Kurqanda dəfn e.ə. II minilliyin I rübünə, yəni orta tunc dövrünə təsadüf edir. Əgər qızıl öküz başının tapıldığı 1 saylı kurqanı da e.ə. II minilliyin ortalarına aid etsək, onda belə çıxır ki, biz böyük həqiqətlə üz-üzə dayanmışıq. Ola bilsin ki, biz tarixdə adını bilmədiyimiz, amma e.ə II minillikdə mövcud olmuş böyük dövlətin hansısa sərkərdəsinin, yaxud da böyük nüfuz sahibinin qəbri ilə rastlaşacağıq. Çünki kurqanlar məhz həmin şəxslər üçün nəzərdə tutulub”.
Nəsib Muxtarov deyib ki, bu yenilik təkcə Azərbaycanın qədim tarixinin deyil, Ön Asiyanın və Qafqaz regionunun tarixini öyrənmək üçün böyük tarixi əhəmiyyətə malikdir. Tədqiqatçı hazırda qazıntıların davam etdiyini də bildirib.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.