Azərbaycan qızının qüruru » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Azərbaycan qızının qüruru
 
 » Din » Əxlaq » Azərbaycan qızının qüruru

     
 
Din » Əxlaq: Azərbaycan qızının qüruru
 
 
Müəllif: Zeyneb | 1 Yanvar 2011 | 12469 dəfə oxunub
http://zeka.az/1255-azjrbaycan-qdzdndn-qgruru.html

Azərbaycan qızının qüruru

Azərbaycan qızı ...

Azərbaycan gəlini ...

Azərbaycan qadını ...

Azərbaycan anası ...

Yaşımdan böyük danışacam, amma  Azərbaycan  həmişə  qadını ilə  seçilirdi tarix  boyu. İsməti  ilə, həyası ilə, məğrurluğu  ilə ... Görən  nə  oldu  ki, indi  Azərbaycan  xanımının  baş  örpəyindən  danışılır?

Görən  nə  oldu  ki, xanımların  sorağı  Dubaydan  gəlir? Doğrudanmı  televiziyada  göstərilən  Türkiyədə  qadın  alveri  ilə  məşğul  olanlar  Azərbaycan  xanımlarıdır? Qəribədir?!...  Niyə  10  il  bundan  qabaq  bu  mövzular  Azərbaycanda  bu  qədər   aktual  deyildi? Nə  səbəb  oldu  ki, Azərbaycan  anası  boynu  bükük, başı aşağı qaldı?! Sizcə  qızlarımızı  seriallar  böyütdü? Bəlkə  ona  görə  oldu  ki, 15 yaşında  bir  qız  ən  sevdiyi  serialda  bacının  öz  bacısı  əri  ilə  sevgi  macərası  yaşadığını  gördü və  bunun  adı da “sevginin  gözü  kordur” qoyulub normal qarşılandı?! Mən  Bakıda  bir ailədə  bu  hadisənin  yaşandığını  ilk  dəfə  eşidəndə  və  inanmaq  istəməyəndə  məşhur  psixoloqlarımızdan  biri  belə  dedi: “Hələ  bu  harasıdı? Seriala  dönəcək  qızların  həyatı.”  Nəysə  mətləbdən  uzaqlaşmayım – mövzu  genişdir, amma  ey  hicaba qarşı  duranlar, ey  hicabı  16  yaşdan  sonra  bağla  deyənlər  qırmayın  Azərbaycan qızının qürurunu ...  Uşaqlıqdan  köləliyə  alışdırmayın. Qoyun  öz  sözü  olsun. Əgər  hətta  desəz  ki,  valideynləri  bağladıb onların başını – yenə də  qarışmayın, çünki buna nə hüquqi, nə şəriət, nə də urfi (el adəti) baxımından haqqınız yoxdur! Hüquqi baxımdan dövlət uşağı 18  yaşa  qədər  valideynin  ixtiyarına  verib, şəriət baxımından valideynin haqqı övladın boynunda hər kəsdən daha çoxdur və valideynə tabe olmaq vacibdir, el gözü ilə də məsələyə yanaşsaq – hər ana-ata deyər ki, mən özüm bilərəm övladım başını örtsün, ya yox, ətlə dırnaq arasına girilməz, biz ana-bala özümüz bilərik. Ətlə dırnaq arasına girməyin, sındırmayın 13  yaşlı  qızın  qarşısında  atasını. Bu  özümüzə – hamımıza ziyandı. Zorla  açılan  başın  irəlidə  çox  geniş  əhatəli  fəsadları  olacaq. Daha  o  Azərbaycan  qızından  - gəlinindən  igid  oğul  gözləməyin. Gözləsəz də, qürursuzdan igid oğul  törəməz. Yox, əgər məqsədiniz igidlərin kökünü kəsməkdirsə ...

Tarix  boyu  bu  Azərbaycan  qadınları  örpəkli  olub. Hamı  getsin  60-70  il  qabaqkı  şəkillərinə - ailə  albomuna  baxsın. Baxın görün  başıbağlı  olublar  ya  yox?

Sonda  yenə  deyirəm: Azərbaycan  qadınının  qürurunu  sındırmayın  körpəlikdən. Azərbaycan  qızının  məğrurluğunu  almayın  əlindən. Azərbaycan  qızına  Azərbaycan  “kişisi”  əmr  edə  bilməz ki, sən  başını  bağlama!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: namaz (1 Yanvar 2011 17:44)



Qrup: İstifadəçi
Tarix: 6.12.2010
DOQRU DAHISHDIZ ALLAH RAZI OLSUN!!
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: hacer (2 Yanvar 2011 18:57)



Qrup: Qonaq
Tarix: --
Bu seriyalar hakkında doğru yere toxunup,gözel yazmısınız SAGOLUN.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.