Şeyx Zahid türbəsi-Foto » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » Şeyx Zahid türbəsi-Foto
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » Şeyx Zahid türbəsi-Foto

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: Şeyx Zahid türbəsi-Foto
 
 
Müəllif: Elirza | 3 Yanvar 2011 | 12832 dəfə oxunub
http://zeka.az/1259-eeyx-zahid-tgrbjsi.html

Şeyx Zahid türbəsi

Şeyx Zahid İbn Şeyx Rövşən Əmir (1215-1300) XIII əsrin tanınmış alimi, filosof və dini xadimlərindən biri olmuşdur. Onun türbəsi Lənkəranın Şıxəkəran kənd qəbiristanlığındadır. Onu bütün şərqdə mutəfəkkir alim kimi tanımışlar. Onun Azərbaycanda, ələlxüsus Muğan, Şirvan, Marağada çoxlu ardıcılları olmuşdur. Şeyx Zahidin əsl adı Tacəddin İbrahim, atasının adı isə Rövşən Əmirdir. Rövşən Əmir İranın Gilan vilayətinin kəndlərinin birində evlənmiş, Lənkəranın Siyavər kəndinə köçmüşdür. Şeyx Zahid bu kənddə anadan olmuşdur. O, ilk təhsilini Lənkəranın Pensər kəndində Təbrizli Seyid Cəmaləddindən almışdır. Şeyx Zahidə Zahid təxəllüsünü də müəllimi Seyid Cəmallədin vermişdir. Zahid ibadət ilə məşğul olan pəhrizkar mənasındadır. Müəllimi Cəmaləddinin vəfatından sonra Şeyx Zahid 20 il yaşamış və əkinçilik ilə məşqul olmuşdur. Şeyx Zahid təriqət başçısı olmuşdur. Məhz ona görə də kəndin adı Şıxəkəran (Şeyxəkəron - Şeyx evləri) adlanmışdır.

Şeyx Zahid Gilani 1225-ci ildə Lənkəranın Siyavar kəndində doğulub. Dövrünün görkəmli alimi olub, bir neçə dil bilib. Şeyx Zahid 1300-cü ilin mart ayında vəfat etmiş, onun vəsiyyətinə əsasən, o, Lənkəranın Siyavurud kəndində (indiki Siyavar kəndində) dəfn olunmuşdur. Onun dəfn olunduğu yerdə Səfəvi nəslindən olan Şeyx Heydər tərəfindən türbə ucaldılmışdır. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana (Səid Əli ibn Kazımbəy “Cəvahirnameyi Lənkəran” əsərində Şıxəkəran haqqında yazır: “Hiləkəran qədim addır. Şeyx Zahidin irşad etdiyi kənddir. Şeyxin zühurundan sonra, onun adıyla Şeyxəkəran adlanmışdır”.) köçürüb. Səfəvi hökmdarları Lənkərana gələndə hökmən Şeyx Zahidin məqbərəsini ziyarət edərdilər. Bu abidə indiyədək yerli və ətraf rayonların əhalisi tərəfindən ziyarətgah kimi istifadə olunur.

       
  
 

Mlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.