Ailədə ər-arvad münasibətləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ailədə ər-arvad münasibətləri
 
 » Sağlamlıq » Psixologiya » Ailədə ər-arvad münasibətləri

     
 
Sağlamlıq » Psixologiya: Ailədə ər-arvad münasibətləri
 
 
Müəllif: Zaur | 24 Oktyabr 2009 | 20383 dəfə oxunub
http://zeka.az/126-ail601d601-601r-arvad-m252nasib601tl601ri.html
alt

Ailədə ər-arvad münasibətləri

Bu rubrikamızda ər-arvadın ailədəki müxtəlif yönlü rabitə və əlaqələrini araşdıracaq, əvvəlcə ər-arvadın bir-birlərilə uyğunlaşma keyfiyyətini, sonrakı rubrikalarda sıra ilə ər-arvad arasındakı müsbət duyğulu münasibətlərin güclənməsi yollarını, ər-arvadın qarşılıqlı vəzifələrini və ər-arvad arasındakı bağlılığı artıran amilləri aydınlaşdıracağıq.

ƏR-ARVADIN BİR-BİRİLƏ UYĞUNLAŞMASI

Ailənin əsasını evlilik yaşına çatan iki əks cinsin evlənmə məsələsi təşkil edir. Bu ikisinin üzərinə düşən ən birinci vəzifə bir-biri ilə uyğunlaşmaqdır. Ər-arvadın oxşarlığı onları şərikli həyat qurmağa sövq etsə də, onlar iki müxtəlif xarakter sahibidir və hər birinin özünə xas xasiyyəti, duyğuları, şəxsi dəyərləri vardır. Ər-arvad bir-birilərinə uyğunlaşmaq naminə, zaman keçdikcə bəzi şəxsi maraqlarını, zövqlərini kənara qoymalı və hər iki tərəf də ayrı-ayrılıqda qarşı tərəfin bir sıra müstəqil hüquqlarını qəbul etməlidirlər (Salvador Minuçin, “Ailə və onun əlacları”).

İslam təlimlərində ər-arvad münasibətlərinin tənzimi üçün hər birinin öz psixologiyasına uyğun tövsiyələr verilmişdir. Din övliyalarının kəlamlarında qadınla bağlı iki mühüm psixoloji nöqtəyə toxunulmuşdur:

Birincisi qadın psixologiyasının kişi psixologiyasından fərqli olması ilə əlaqədardır. Qadının xarakter və psixologiyası kişinin xarakter və psixologiyasından fərqləndiyi üçün kişi qadını özündə və ya digər kişilərdə olan xüsuisyyətlərlə ölçməməlidir, yəni qadının psixoloji yöndən onunla uyğunlaşacağını gözləməməlidir. Əgər kişi bu sahədə israr etsə, qadının psixologiyasına zərbə vurar. Kişi qadını onun özünə xas xüsusiyyətləri ilə qəbul etməyi bacarmalıdır.

İkinci nöqtə: Din övliyaları qadınları reyhana bənzədərək, onların lətif, həssas tez sınan olduqlarını nəzərə çəkmək istəmişlər. Beləliklə, rəhbərlik, igidlik, pəhləvanlıq və sair kimi xüsusiyyətlərin qadına yad olduğunu bildirmişlər. Deməli, qadınlarda incəlik, sakitləşdiricilik ünsürləri, həssaslıq daha güclüdür və onlardan möhkəm, yenilməz olmalarını çox tələb etmək olmaz.

Digər tərəfdən kişilər ictimailiyə xas şərtlərə əsasən qadınlardan daha çox sıxıntıda olurlar, çünki ailənin müxtəlif yönlərdən, o cümlədən iqtisadi yöndən idarə olunması kişilərin öhdəsindədir. Kişilər cəmiyyətdə daha çox çətinliklər və təzyiqlərlə üzləşirlər ki, bu onların səbr kasasının dolub-daşmasına səbəb olur. Elə buna görə də onlar çox tez hirslənirlər. Kişiyə xas harmonlar da onlarda bəzi rəftarların, o cümlədən hər şeyin yaxşısını tələb etmək, qəzəblənmək və s. kimi xüsusiyyətlərin özünü göstərməsinə səbəb olur. Qadın kişidə olan bu psixoloji reallıqla ayaqlaşmalıdır və bacardığı qədər onu normallaşdırmalıdır. Qadın çətinliklər qarşısında kişiyə psixoloji himayədarlıq etməli və dayaq olmalıdır.

Beləliklə, həm qadının və həm kişinin tərəf müqabilinə xas xüsusiyyətlərə diqqət etmələri onların bir-birilə uyğunlaşmalarına kömək edir. Onların hər biri digərində bəzən qapalı qalan xüsusiyyətləri fəallaşdırmalı, biri digərinin xarakterində olan mənfi yönləri  tədricən islah etməlidir. Əksinə, əgər onların hər biri digərini olduğu kimi qəbul etmək əvəzinə, mənfi cəhətləri üzərində israrla dayanıb, ona öz qanunlarını yürütsə aralarındakı narazılıq daha da artacaq.

Beləliklə, ər-arvad bir-birilərilə uyğunlaşmaları üçün aşağıdakı nöqtələrə diqqət etməlidirlər:

1) Onlar bir-birilərinin müxtəlif psixologiyalara malik iki müstəqil insan olduqlarının qəbul etməlidirlər.

2) Daha sonra isə bir-birilərinin zəif və güclü cəhətlərini öyrənib, onlara uyğun şeyləri bir-birilərindən ummalıdırlar. 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.