Mən baş örtülü bir qızam » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » Mən baş örtülü bir qızam
 
 » İstirahət » Poeziya » Mən baş örtülü bir qızam

     
 
İstirahət » Poeziya: Mən baş örtülü bir qızam
 
 
Müəllif: Zeyneb | 4 Yanvar 2011 | 12722 dəfə oxunub
http://zeka.az/1260-mjn-bae-grtglg-bir-qdzam.html

 Mən baş örtülü bir qızam ...

Mən baş örtülü bir qızam! Bütün baş örtülü qızlarla bir yerdə içim yanır.

Eyni duyğu və düşüncələri yaşayıram.

Olanlara baxmayaraq, nifrətə yerimiz yoxdu.

Biz söhbət fədailəriyik, düşmənçiliyə vaxtımız  yox ...

Ciddi yerlərdən çıxarıldlm, gözəl işlərdən uzaqlaşdırıldım.

Məktəb qapılarında aylarca  ağladım ...

Çox  əzildim, amma  əsla  keçmədim ...

Keçə bilmərəm ki, bu mənim inancımdı ...

Mənim yaşam tərzimdi ...

Modelyerlərin sözünü eşidənlər baş tacı edilərkən,

Allahı dinləyənlər niyə əzilir?!

Niyə bizi-bizə buraxmırlar ?!...

Mən baş örtülü bir qızam ...

Bəlkə həkim olacaqdım – bilirsiz?!

Amma həmişə ölkəmdə qalacaqdım

Amerikalara-zada qaçmayacaqdım ...

Savadlılar bir-bir gedir axı ölkədən ...

Tər  iyi  gələn  qocaları  müayinə  edərkən  üzümü  turşutmayacaqdım,

Uşaqları  öz  anaları  kimi  bağrıma  basıb, ən  düzgün  müalicəni  edəcəkdim ...

Hər  kəsə  bərabər  davranacaqdım ...

Şəvqət  və  sevgimi  heç  vaxt  itirməyəcəkdim ...

Dərman  ala  bilməyəcək  qədər  kasıb  xəstələrə  köməklik  etməyə  çalışacaqdım ...

Daha sonra imkan  tapsam İmam  Hüseyn adına  bir xəstəxana  açıb, fəqirlərə  pulsuz  baxacaqdım ...

Mən  baş  örtülü  bir  qızam ...

Bəlkə  hakim  olacaqdım?!...

Haqqın  xətri ucadır, başqa xətirlərə baxılmaz, qanun ilə sadəcə Haqqın xətri  istiqamətində  işləyəcəkdim...

Kasıb-varlıya fərq qoymayacaqdım ...

Qüvvət Haqqdadır deyib, Haqq qüvvətdədir deməyəcəkdim ...

Mən baş örtülü bir qızam ...

Bəlkə  sadəcə bir ana olacaqdım

Ana  olmaq  bir baxımdan hər şey olmaq  deməkdir.

Analıq  kimliyində  hər şey olacaqdım

Ya  da hər şey  olacaq  uşaqlar  yetişdirəcəkdim ...

İmanlı, qərarlı, kimlikli, kişilikli, namuslu, dürüst, çalışqan, əxlaqlı, təmiz, vətənsevər  uşaqlar...

Onlar  zamanla  Azərbaycanı  idarə  edəcəkdilər

Və  o  zaman  Azərbaycanda  ürək  krizi – böhranı   olmayacaqdı.

Ürək  krizi  olmasa  iqtisadi və  siyasi  böhranlar da  olmayacaqdı,

Çünki hər  şey  ürəkdə  başlar  və  ürəkdə  bitər...

Məktəbdən  qovulsam da  Ana  olaram  əlbət,

olaram  amma  bilgisiz ...

Bilgisizliyimə  baxmayaraq, istədiyim səviyyədə uşaq yetişdirə bilərəm?

Çox  çətin... Öyrənmədən necə öyrədə  bilərəm  ki?!

Bəs bizi idarə edən siyasətçilər, nazirlər oxumağıma mane olarkən eyni zamanda  Azərbaycanın  gələcəyini  qırdıqlarını  bilmirlərmi?!

Bir gün əminəm  bunu  biləcəklər...

O gün bütün məktəblərin bütün qapıları bütün oxumaq istəyənlərin üzünə açılacaq...

O  günü səbirlə və ümidlə  gözləyirəm ...

Çünki mən baş örtülü bir qızam,

Hətta mən bir baş örpəyiyəm...





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: namaz (6 Yanvar 2011 23:47)



Qrup: İstifadəçi
Tarix: 6.12.2010
ALLAHUMMƏ ACCİL Lİ VƏLİYYİKƏL FƏRƏC!!!
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.