İslam dinini qəbul etmiş britaniyalıların sayı xeyli artmışdır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İslam dinini qəbul etmiş britaniyalıların sayı xeyli artmışdır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İslam dinini qəbul etmiş britaniyalıların sayı xeyli artmışdır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İslam dinini qəbul etmiş britaniyalıların sayı xeyli artmışdır
 
 
Müəllif: Carchi | 6 Yanvar 2011 | 12229 dəfə oxunub
http://zeka.az/1265-dslam-dinini-qjbul-etmie-britaniyaldlardn-sayd-xeyli-artmdeddr.html
 İslam dinini qəbul etmiş britaniyalıların sayı xeyli artmışdır 
Böyük Britaniyanın Suonsi Universitetinin yanvarın 5-də açıqlanmış məruzəsində deyilir ki, getdikcə daha çox britaniyalı islam dinini qəbul edir. Bu proses 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilmiş terror aktından sonra daha da sürətlənmişdir. 
Tədqiqat müəllifləri müəyyənləşdirmişlər ki, son 10 ildə Birləşmiş Krallıqda dinini dəyişərək müsəlman olmuş britaniyalıların sayı 60 min nəfərdən 100 minədək artmışdır. Onların əksəriyyəti – 56 faizi ağdərili britaniyalılar, təxminən 70 faizi qadınlardır.
Analitiklər islama marağın bu dərəcədə artmasını 2001-ci ildən etibarən KİV-lərdə müsəlmanlar və İslam dini haqqında məlumatların qat-qat artması ilə əlaqələndirirlər. Məruzədə deyilir ki, bu mövzuda reportaj və yazılar britaniyalılarda İslamın əsaslarına böyük maraq oyatmışdır. Ruh düşkünlüyünə qapılmış, müasir cəmiyyətin insana sırımağa çalışdığı mənəviyyatsız prinsiplərlə barışa bilməyən insanlar onları narahat edən bir çox sualların cavabını məhz bu dində tapmışlar.
Londonda, Ricent-parkda yerləşən məscidin imamı Aşman İzrul bildirmişdir ki, belə psixoloji çətinliklərlə ilk növbədə qadınlar rastlaşırlar. Yeni müsəlmanlar arasında qadınların üstünlük təşkil etməsi də bunu təsdiq edir. Belə ki, İslamı qəbul edən hər beş nəfərdən 3-4-ü qadındır. İmam vurğulamışdır ki, tədqiqatın nəticələri onun üçün gözlənilməz olmamışdır. Bu hal son 20 ildə və bəlkə də daha uzun müddət ərzində müşahidə olunur. Lakin 2001-ci il 11 sentyabr hadisələrindən sonra özünü daha çox büruzə verməyə başlamışdır. İnsanlar İslamla maraqlanır, müqəddəs Qurani-Kərimə müraciət edir, İslamın əsaslarını öyrənməyə çalışır və KİV-lərin onların beyninə yeritməyə çalışdığı təhrif olunmuş məlumatlara inanmırlar.AzərTAc




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.