İdmanımız və onun üzləşdiyi hadisələr » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » İdmanımız və onun üzləşdiyi hadisələr
 
 » Sağlamlıq » İdman » İdmanımız və onun üzləşdiyi hadisələr

     
 
Sağlamlıq » İdman: İdmanımız və onun üzləşdiyi hadisələr
 
 
Müəllif: Muslim | 25 Oktyabr 2009 | 12455 dəfə oxunub
http://zeka.az/127-304dman305m305z-v601-onun-252zl601351diyi.html
alt

Futbol dünyasında keçən həftə baş verən bir neçə hadisə vətənimizdən də yan keçmədi. Bu hadisələrin hər ikisi futbol meydanlarında baş verdiyinə görə bir çox informasiya vasitələrini özünə cəlb etdi, çünki futbol digər idmanlarla müqayisədə, adətən daha çox maraq dairəsində olur. Hər iki hadisə həmvətənlərimizin və idmansevərlərin kədərlənməsinə səbəb oldu:

1. Oktyabrın 14-də Türkiyənin Bursa şəhərində Türkiyə və Ermənistan milli futbol komandaları arasında keçirilən görüşə Azərbaycan bayraqlarının buraxılmaması və polis tərəfindən bayraqların azərkeşlərin əlindən alınıb zibilqabılarına atılması hamının narahatçılığına səbəb oldu. Eşidəndə ki, FİFA Türkiyə futbol assosiyasından stadionda hər hansı Azərbaycan bayrağının müsadirə edilməsini tələb etmişdir, bir daha bəzilərinin, hətta idmanda belə bizə qarşı necə fikirdə olduğunu yaxşı tanıdıq.

Hər bir ölkənin bayrağı onun ən üstün atrebutlarındandır və bizim borcumuz onu qoruyub yüksəkliklərdə dalğalandırmaq və ona qarşı olan hörmətsizliyin qarşısını almaqdır.

2. Bakıda Tofiq Bəhramov adına stadionda Rusiya ilə Azərbayacan yığma komandaları arasında gedən oyunda pərəstişkarların biri-birilə davası hamını özünə cəlb etdi. Əlimizə çatan məlumatlara əsasən, Rusiya tərəfinin günahkar olduğu vurğulanır. Amma diqqətinizə çatdırmaq istədiyimiz nöqtə tamaşaçı əxlaqının yenə də bu hadisəni törətməsidir. Qəbul edirik ki, idmanda xüsusilə də futbolda pərəstişkarlıq müəyyən insidentlərin törənməsinə səbəb olur. Bəzilərinin dili ilə desək, cavanların cavan yaşında belə addım atması təbii haldır. Amma unutmayaq ki, tamaşaçıların əxlaqi xüsusiyyətlərə malik olması üçün müəyyən işlər görülməlidir. Necə ki, bəzi ölkələrdə bu iş elə yerə çatıb ki, futbol meydanından çıxan pərəstişkarlar ümumi əmlaka: avtobuslara, maşınlara, mağazalara və yoldan keçənlərə hücum çəkib xəsarətlər yetirirlər. Hətta iş o yerə çatıb ki, bəzən nəinki, məğlub olanların pərəstişkarları, qələbə çalanların da pərəstişkarları belə işə əl atırlar. Son vaxtlar Azərbaycanın futbol meydanlarında da belə halların artmasını müşahidə edirik. Bu gün futbol sahəsinin təqdimatlarında “tamaşaçı əxlaqı” xüsusi yer tutmalıdır. Təkcə oyunçulara sarı ya qırmızı kart vermək yox, tamaşaçıları da belə əxlaqsız hərəkətlərdən çəkindirməkdən ötrü tədbirlər görülməlidir. İdman kobud döyüş səhnəsi yox, həqiqi sağlam mübarizə meydanıdır. Allah bizləri bunu qazanmağa müvəffəq etsin!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.