Doktoranturaya qəbulla bağlı bəzi imtahanlar AMEA-da aparılacaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Doktoranturaya qəbulla bağlı bəzi imtahanlar AMEA-da aparılacaq
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Doktoranturaya qəbulla bağlı bəzi imtahanlar AMEA-da aparılacaq

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Doktoranturaya qəbulla bağlı bəzi imtahanlar AMEA-da aparılacaq
 
 
Müəllif: Carchi | 7 Yanvar 2011 | 13176 dəfə oxunub
http://zeka.az/1272-doktoranturaya-qjbulla-badld-bjzi-imtahanlar-amea-da-apardlacaq.html
Doktoranturaya qəbulla bağlı bəzi imtahanlar AMEA-da aparılacaq
”14 dekabr 2010-cu ildə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların” siyahısı da təsdiqləndikdən sonra doktoranturalara qəbul prosesinin başlanması üçün daha bir sənədin qəbulu qalır. Bu da ali təhsil müəssisələrinin qəbul planlarının təsdiqlənməsidir. Artıq ali təhsil müəssisələri, elmi təşkilatlar Nazirlər Kabinetinə müvafiq qəbul planlarını təqdim edirlər. Təqdimetmə proses başa çatdıqdan sonra Nazirlər Kabineti AMEA-nın və Təhsil Nazirliyinin rəyi əsasında doktoranturalara qəbul elanlarının verilməsi haqqında qərar qəbul edəcək. Bu qərarın qəbulundan 1 ay sonra isə doktoranturalara qəbul keçiriləcək”. APA-nın məlumatına görə, bu fikirləri YAP-ın saytına müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşımov deyib.
O bildirib ki, təsdiq olunmuş qaydalara müvafiq olaraq, imtahanlar doktoranturaların olduğu təşkilatlarda həyata keçiriləcək: “Doktoranturaya daxil olmaq istəyən iddiaçıların həm sənədlərinin qəbulu, həm iddiaçılarla söhbətlərin aparılması, həm də mövzuların verilməsi, elmi rəhbərlərin təyinatı və s. elmi təşkilatların, ali təhsil müəssisələrinin özlərində baş tutacaq. Qəbulla bağlı bəzi imtahanlar isə mərkəzləşdirilmiş qaydada akademiyada götürüləcək. Məsələn, xarici dildən imtahan akademiyanın xarici dillər kafedrası, fəlsəfədən imtahan Fəlsəfə İnstitutu tərəfindən götürüləcək, ixtisas imtahanları isə ixtisas sahələri yaradılmış ali təhsil müəssisələrində aparılacaq”.
A. Həşimov əlavə edib ki, doktoranturaya imtahan yolu ilə qəbul olunanlar əyani və qiyabi formada təhsil ala biləcəklər. Dissertantlıq yolu ilə isə bu səviyyədə təhsilini davam etdirənlər mütləq ya elmi işçi olmalı, ya da ki, pedaqoji fəaliyyətlə məşğul olmalıdırlar. “Fəlsəfə elmləri üzrə əyani təhsil 3 il, dissertantlıq və elmlər doktoru üzrə isə 4 ildir. Qiyabi təhsil isə fəlsəfə elmləri üzrə 4 il, dissertantlıq və elmlər doktoru üzrə isə 5 ildir. Bununla yanaşı, əvvəlki illərdən fərqli olaraq, doktoranturada təhsil həm ödənişli, həm də ödənişsiz olacaq”.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.