Bəlkə günah özümüzdədir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Bəlkə günah özümüzdədir?
 
 » Sağlamlıq » Psixologiya » Bəlkə günah özümüzdədir?

     
 
Sağlamlıq » Psixologiya: Bəlkə günah özümüzdədir?
 
 
Müəllif: Zeyneb | 8 Yanvar 2011 | 12556 dəfə oxunub
http://zeka.az/1276-bjlkj-ggnah-gzgmgzdjdir.html

Bəlkə  günah  özümüzdədir?

Eşitmisiniz, ağlamayan uşağa süd vermirlər? Bu günkü məqaləm özümüzə aiddir. Elə  məhz özümüzə! Deyirəm, bəlkə əleyhimizə baş verən hadisələr elə öz günahımızdı? Yadımdadı indiki  kimi, 2- 3 il  bundan qabaq ruhanilərə ancaq bu sözü deyirdik: Axı  hicaba aid heç bir moizəniz, diskiniz yoxdur? Axı xanımlar heç  bilmirlər hicabın kamilliyi nədədi?! “İnşaallah” – cavabı alırdıq. Hə, axır hicabla bağlı moizə oldu, gec oldu, amma  güc oldu. Amma biz heç vaxt bu dövlətə hicabın bizim üçün nə olduğunu deməmişdik ... Bəlkə ona görə əl uzatdılar?! Darıxmayın ... Bu da düzələcək, çünki insanların  reaksiyalarını gördü məmurlar. Bu millət çox dəyişilib ... Amma ruhunda, fitrətində  qeyrət qalıb. İstəsəniz də zorla o qeyrəti ala bilməyəcəksiniz. Sadəcə, sizə bunu deyim: Bu, bilirsiniz  nəyə oxşayır? Neçə illərdir Azərbaycanda məhərrəmlik saxlanılır. Dost da  toy etmir, düşmən də. Neçə ildir nişan olmur bu ölkədə məhərrəmlikdə ... Amma bu il  iki kanalda birdən “Toy olsun” verilişi başladı. Həm də deyəndə ki, axı məhhərrəmlikdir,  belə cavab aldıq ki, toyu məhərrəmlikdən sonraya saxlayıblar... İndi ey Azərbaycan  milləti, baxın bununla razılaşdıq ... Halbuki millətə hörmət, ehtiram xatirinə 2 ay fasilə  verilə bilərdi o proqramlara. Baxın ha, gələn il toy da edəcəklər. Çünki bu il, hətta  dindarlardan belə o verilişə  baxan  oldu. Toxumu  səpdilər... İndi  cücərməyini  gözləyirlər. Əgər cücərsə gələn il Məhərrəmlikdə toy da edəcəklər. Bu bir psixoloji  haldır.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 2
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.