Qusar sakininin 7 ilə ərsəyə gətirdiyi ixtirası » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Qusar sakininin 7 ilə ərsəyə gətirdiyi ixtirası
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Qusar sakininin 7 ilə ərsəyə gətirdiyi ixtirası

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Qusar sakininin 7 ilə ərsəyə gətirdiyi ixtirası
 
 
Müəllif: Carchi | 8 Yanvar 2011 | 12472 dəfə oxunub
http://zeka.az/1277-qusar-sakininin-7-ilj-jrsjyj-gjtirdiyi-ixtirasd.html
Qusar sakininin 7 ilə ərsəyə gətirdiyi ixtirası
39 yaşlı ixtiraçı suyun parçalanmasından qaz hasil edən aparat hazırlayıb
Qusar sakini suyun parçalanmasından qaz istehsal edən aparat hazırlayıb. Bu barədə ANS PRESS-in bölgə müxbirinə 39 yaşlı ixtiraçı Faiq Mustafayev özü məlumat verib. Belə ki, ömrünün 15 ilini Avropa ölkələrində (əsasən – İspaniyada 7 il) yaşayan F.Mustafayev 7 illik çalışmalardan sonra suyun parçalanmasından qaz əldə edən aparat hazırlayıb. O, yaratdığı qurğunun adını isə “Elekrtoliz” qoyub. Əsərin müəllifi taxta, rezin və metal məmulatlarından hazırlanan cihazın əsasən qaynaq işləri aparılan müəssisələrdə istifadə üçün nəzərdə tutulduğunu deyib. Daha sonra o, ANS PRESS-in bölgə müxbiri, Qusar rayon 1 saylı kimya müəllimi Daniyel Dövlətov və digər şəxslərin iştirakı ilə sudan qaz alınması prosesini uğurla həyata keçirib. F.Mustafayev 1 stəkan suyu qurğunun içinə töküb və aparatı işə salaraq qaz əldə edib. O izah edib ki, proses zamanı ilk olaraq hidrogen qazı əmələ gəlir, 2 elektrodun arasında su parçalanır, atom bir tərəfə, kislorod isə bir tərəfə ayrılır və nəticədə qaz alınır.
Yaranan 280 dərəcə (digər eyni tipli qurğularda isə 150 dərəcəyədək istilik almaq mümkündür) istilikdən isə istifadə edərək dəmir parçaları kəsməyə başlayıb. Mustafayev onu da deyib ki, qurğu elektrik enerjisinə də qənaət edir, 1 günə 1.40 manat. 
F.Mustafayev  bildirib ki, artıq onun bu ixtirası barədə Rusiyanın elektrotexnika zavodlarından birinin xəbər var. Hətta həmyerlimizlə zavod rəhbərliyi arasında Moskvada birgə fəaliyyət haqqında müqavilə də imzalanıb. Şərtlərə görə, Mustafayev fevral ayında ora işləməyə getməlidir. 
Bütün bunlara baxmayaraq o qeyd edib ki, Rusiyadan iş təklifi alsa da, Azərbaycanda qalıb vətəninə xidmət etmək istəyir, bunun üçün də aidiyyati qurumlardan və imkanlı şəxslərdən ixtirasını daha da təkmilləşdirmək üçün kömək gözləyir.ANS




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.