Hacı Zülfüqar və dələduzluq? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Hacı Zülfüqar və dələduzluq?
 
 » Din » Əxlaq » Hacı Zülfüqar və dələduzluq?

     
 
Din » Əxlaq: Hacı Zülfüqar və dələduzluq?
 
 
Müəllif: Zeyneb | 10 Yanvar 2011 | 12972 dəfə oxunub
http://zeka.az/1282-hacd-zglfiqar-vj-djljduzluq.html

Hacı  Zülfüqar və dələduzluq?

İnternet saytlarının, yox-yox  düzəliş  edim: dini internet saytlarının rekord həddə  çatan  xəbərləri...  Bağışlayın,  bu dəfə mən  inanclı  deməyəcəm – elə bir üzdən  “dindarların  kütləvi şəkildə polisə itaətsizlik  etməsi” ?... Bu 2-3 gündə Respublikanın tanınmış  dindarları üst-üstə “polisə itaətsizlikdən" sutka aldılar.

Nədənsə ancaq dini saytlar bunu yazır, ya da mədəni dillə yazım: mənəvi dəyərlərə  qiymət verən saytlar... Görən kütləvi şəkildə müğənni tutulsa kanallarımız belə laqeydlik göstərərdi?...  İnanmayın ... Nəysə keçim Quran hafizi, ilahiyyatçı alim Hacı Zülfüqar  Mikayılzadənin həbsinə ...

Bu məsələdə eybin ən pisini etdilər. Məlumdur, tutdunuz ki, nə isə sübut edəsiniz.10 sutka 10 sutka idisə, daha 296-cı maddə ilə niyə? Sizcə də eyib olmadımı? Quran hafizi – ayəni ayə ilə təfsir edən alim xırda xuliqanlıqla həbsə düşdü. Burda psixoloji olaraq  səhv etdiniz. Yenə desəydiniz ki, yol polisi saxladı və sair və ilaxır hə…  Amma  dələduzluq, yox də... Bu sizin üçün çox pis oldu. Niyə nəzərə almırsınız ki, sizin ailəniz olduğu kimi bu insanın da ailəsi var, körpələri var. Daim düzlüyü təbliğ edən şəxsə  xırda xuliqanlıq damğası? Yaxşı dindarlar öz vətənlərinin Quran hafizlərini yaxşı  tanıyırlar. Məqsədiniz nə idi ki, bu ittihamı irəli sürdünüz? Yoxsa narkomaniya ittihamnaməsi və uzun müddətli olmadığı üçün şükr etməyimizi gözləyirsiniz? Biz belə  millət deyildik axı, bizə nə oldu ki, indi Hacı Zülfüqarlar dustaqdır? Biz isə evimizdə oturub rahatca axşam yeməyi yeyirik ...

Nə isə anlayan anladı ki, bu maddə ilə ittiham olunmaq nə deməkdir?

Yenə də mən bir Azərbaycanlı olaraq əminəm ki, prezident İlham Əliyevin bu işlərdən  xəbəri yoxdur. Çünki o özü öz çıxışlarında bəyan edib ki, alimləri qorumaq lazımdı. Onların qayğısına qalmaq lazımdı. Nədənsə ölkədə yaranan hicab qadağası altında  dindarlarla dövləti üz-üzə qoymaq kimlərəsə maraqlıdır. Görən bu kimə maraqlıdı? Sözləri – moizələri məğzindən çıxarıb, təhrif edib bu səviyyəyə çatdırmaq ki, ölkədə bir – birinin ardınca dindarlar tutulur.

Mövzumun sonunda dindar bacı və qardaşlarıma üzümü tutub deyirəm: Bu bir sınaqdır. İnşaallah sınağı hər kəs layiqincə keçər. Ələxsus Məhərrəmlik ayıdır. Hamımız əza  saxlayırıq. Ləbbeyk ya Hüseyn deyirik. Hamınızı Hüseyn qeyrətinə çağırıram. Çün  Hüseynin şüarı bu idi: Haqq Haqqa Haqq deyə bilməkdir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (4) Çap et
 
 

     
 
#1 Yazan: hacer (10 Yanvar 2011 18:04)



Qrup: Qonaq
Tarix: --
Allah Azerbaycanın axırını xeyir elesin...AMİNNNN!!!!!
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: a.z.s.h.i (2 Fevral 2011 17:23)



Qrup: İstifadəçi
Tarix: 26.01.2011
Allah sənə kömək olsun! Amin
ICQ: --    
 
     
 

     
 
#3 Yazan: Xanım (4 Fevral 2011 11:28)



Qrup: İstifadəçi
Tarix: 4.02.2011
Allah razı olsun. Allah bütün sınaqlardan üzüağ çıxmağı nəsib etsin İnşallah. İnşallah bütün bağlı qapıları açan Rəbbim bütün günahsızların qapısını açsın və böhtahdan qorusun.
ICQ: --    
 
     
 

     
 
#4 Yazan: Elvin Məmmədov (19 Fevral 2011 01:30)



Qrup: İstifadəçi
Tarix: 18.02.2011
hicab qadağası qoyanların ağlına şübhə edirəm, çünki bu qadağa nə dünyəviliyə ,nə də İslama uyğun deyil .İslama zidd olması aydındır,
dünyəviliyə qalanda isə bildiyimiz kimi, demokratik dövlət üçün demokratik ideyalar vacibdir.Bunlar söz azadlığı,vicdan,əqidə...
bu azadlıqlar içinde bir də fikir azadlığı var ki, buna görə kimisinin fikri kimsə tərəfindən qəbul olunmaya bilər,amma bu kimsə o kimsənin fikrinə hörmət etməlidir.Yəni müsəlman üçün qeyrət,namus hicabdadı - sən özün bilərsən, amma sənin dünyəvi dövlətdə borcun bu fikrə sayqı ilə yanaşmaqdır.Sən bunu etmirsənsə sən öz ideyana xilaf çıxmış olursan ki,bu da yalançılıqdır.
Qısası bu açıq-aşkar kiminsə zakazıdır başqa heç nə
bir də deyim ki,"BALIQ BAŞINDAN İYLƏNƏR".
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.