Deyəsən iş böyüyür » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Deyəsən iş böyüyür
 
 » Sağlamlıq » Psixologiya » Deyəsən iş böyüyür

     
 
Sağlamlıq » Psixologiya: Deyəsən iş böyüyür
 
 
Müəllif: Zeyneb | 12 Yanvar 2011 | 12614 dəfə oxunub
http://zeka.az/1288-deyjsjn-ie-bgygygr.html

Deyəsən  iş  böyüyür

Deyəsən artıq iş böyüyür. Hamı demək olar ki,  həbsdən çıxdı, Hacı Zülfüqardan başqa.  Azərbaycanda yeganə birlik kimi qalan toplum - dindarlardır. Bunu bilənlər yaxşı bilir. Dindarlar dövlətdən bu məsələdə artıq çox inciyirlər. Dindarlar Azərbaycanda tək-tük  savadlılardan olan Quran hafizlrini haqsız olaraq həbsdə görmək istəmirlər. Amma artıq  neçə gündür ki, Təfsir üzrə alim olan Hacı Zülfüqar Mikayılzadə həbsdədir. Baxın psixologiyada bir şey var: Bir insan yetərincə tanınmamış ola bilər, arxasında minlərlə  camaat olmaya bilər, yuxarı kateqoriya insanlarla otur-dur etməyə bilər, başı sıxışanda  zəng etməyə imkanlı çevrəsi olmaya bilər, arxasıyca polis bölməsinə gedənlər belə  tutula bilər. Amma diqqət edin: Bir insanın bu qədər savadlı olması, Həzrət Əlinin irsini  (Nəhcul Bəlağəni) sinəsində saxlaması yuxarıda sadaladığım şeylərdən daha üstündür. Bu  danılmazdır. Hamı – dost-düşmən Hacı Zülfüqarın savadından qorxur. Bilsəniz bu nə  qədər gözəldir?! İnsanın heç bir şeyi olmasın (maddi), amma Quran qəlbində olsun. Daim Quranla danışsın. Dindar – qeyri-dindar, hər kəsə nəyisə Qurandan ayə ilə dəlil  gətirsin.

Hə Hacı! Səndən qorxmasınlar, neynəsinlər?! Axı səni 2-3 il sərbəst şəkildə meydana  buraxsalar milləti Quran buyurduğu yola və savada yönəldəcəksən. Azərbaycanın savada fitrətən ehtiyacı var. Onu da Allah sənə lütf edib. Amma burda bir şeyi də  unudurlar ki, sənin dustaqlıqda olmağın insanlara, xüsusən dindarlara böyük bir  mesajdır. Niyə? Çünki günəşi palçıqla örtmək olmaz. Onlar səni orda – həbsdə  saxladıqca dindarların qanı cuşa gələcək.  Bu həmişə belə olub. Bir bilsəydiniz Hacının orda saxlanılmağının ona nə qədər xeyiri var, həm də dünya-axirət xeyiri. Amma kaş  bunu da biləydiniz ki, Hacının bu dəqiqə həbsdə olmasına zərrə qədər vasitə olanların   imtahanları ağır idi və o vasitəçilər bu ağır imtahandan keçmədilər. İnanın aqibətləri  heç yaxşı olmayacaq. Yaşayırdılar də. Elə insan hər dəfə yuxarıdan tapşırıq almaz ki, insan gərək heç olmasa bir dəfə də vicdanından gələn səsi dinləsin. Ps:Ay balam, bu  insan namus üstə tutulub!!! Qadınlarımızın, qızlarımızın iffəti üçün tutulub. Biz  azərbaycanlıyıq axı. Dünyanın heç bir ölkəsində qeyrət anlayışı bizdə olan qədər deyil. Elə məhz bu məni bir insan kimi qorxudur. Azərbaycan kişisinə demək olmaz ki,  arvadının, ananın, qızının başını aç. Çünki o Azərbaycan kişisidir.

Allahı  and  verirəm  Allahlığına özü bu işə bir əncam çəksin. Yoxsa Quran və hədislərə  əsasən Azərbaycana bəla gələcək.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 5
Qonaq: 8
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.