Qan » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Qan
 
 » Sağlamlıq » Təbabət » Qan

     
   
 
Müəllif: Naile | 13 Yanvar 2011 | 13168 dəfə oxunub
http://zeka.az/1289-qan.html

Qan 

Qan – orqanizmin  maye mühitlərindən biridir. Qan qapalı qan damarları sistemi ilə axır və daşıyıcı funksiyanı yerinə yetirir. O bütün orqanların hüceyrələrinə qidalı maddələr və oksigen gətirir və hüceyrələrin həyat fəaliyyətindən çıxan məhsulları ifrazat orqanlarına aparır. Qan orqanizmin funksiyalarının bioloji fəal maddələrlə humoral tənzimlənməsində  iştitak edir və orqanizmin özünü infeksiyalardan qoruma reaksiyalarını təmin edir. Bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə  orqanizmi zərərli təsirlərdən qoruyur. Qan birləşdirici toxumanın növlərindən biridir. Qanın əsas hissəsini maye halda olan hüceyrələr arası maddə - plazma təşkil edir. Plazmada qan hüceyrələri – eritrositlər, leykositlər və qan lövhəcikləri trombositlər vardır. Qanın formalı elementləri qırmızı sümük iliyi hüceyrələrində yaranır. Plazma əsas etibarilə sudan ibarətdir. Plazmanın 90% -ə qədərini  su, qalan 10%-i isə zülallar, yağlar, mineral duzlar, vitaminlər, qlükoza və başqa maddələr təşkil edir. Normal orta yaşlı insanın orqanizmində 5,l-ə qədər qan olur.

Hemofiliya

Hemofiliya müxtəlif lokalizasiyali və intensiv qanaxmalarda xarakterizə olunan ağır irsi qan xəstəliyidir. Xəstəliyin yaranmasına qan plazmasında laxtalanma prosesində iştirak edən VIII və IX faktorlardan birinin çatışmamazlığı  səbəb olur. Hemofiliyali xəstələrdə qan laxtalanmır və cüzi zədə travma nəticəsində onlarda qanaxma başlayir. Bu isə belə xəstələrin həyatlarını hər an təhlükə qarşısında qoyur. Dəfələrlə baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar xəstənin uşaq və gənc yaşlarında şikəst olmasına bəzən isə ölümünə səbəb olur. Buna görə də belə xəstələrin erkən aşkar olunaraq vaxtında və mütəmadi müalicə edilməsi aktual məsələdir və əlilliyin qarşısının alınmasına yönəlib. Hemofiliyanın kompleks müalicəsi sayəsində xəstələrin ömrü uzanır və onlar əmək qabiliyyətlərini saxlamaqla aktiv həyat tərzi keçirirlər.

40 ildən artıqdırki 17 aprel tarixi dünyanın bir neçə yüz ölkəsində Ümümdünya Hemofiliya günü kimi qeyd olunur. Qeyd etmək lazimdır ki, Azərbaycanda da hər il Hemofiliya günü bir sıra tədbirlər, qanvermə aksiyaları keçirilir. Bu gün respublikamizda Elmi-Praktik Hemofiliya Mərkəzində Dünya standartlarına cavab verən laboratoriya yaradılıb  və müasir avadanlıqlarla təchiz edilib. Hemofiliyalı xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII və IX faktor preparatları nazirlik tərəfindən alınır və  xəstələrə  təqdim edilir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (15 Yanvar 2011 13:04)



Qrup: Qonaq
Tarix: --
maraxlı bir megaleydi.Sagolun.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.