Ana və körpə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ana və körpə
 
 » Sağlamlıq » Psixologiya » Ana və körpə

     
 
Sağlamlıq » Psixologiya: Ana və körpə
 
 
Müəllif: Zeyneb | 29 Oktyabr 2009 | 13026 dəfə oxunub
http://zeka.az/129-ana-v601-k246rp601.html
alt

Körpə dünyaya gəldiyi ilk gündən istər ana özünə, istərsə də körpəyə xüsusi diqqət yetirməlidir. Belə ki, körpə doğulduğu gündən xüsusi nəzarətdə olmalıdır, çünki uşaq hər gün inkişaf edir-böyüyür.

Psixoloq-pedaqoqlar 6 yaşa kimi uşaqları çağalıq, körpəlik və məktəbəqədər yaş dövrünə bölürlər. Bu dövrlərin hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, anadan normal doğulmuş uşağın çəkisi 3 kq 200 qr olur, boyunun uzunluğu 50 sm-dir və s. bu kimi sadə məlumatları almaq elmi məlumat hesab olunmur. Əziz analar! Bunları hər bir analığa namizəd olan qadın bilməlidir.

Uşaq doğulduğu gündən analardan güclü iradə və səbr tələb olunur. Uşağın qidasına fikir vermək çox önəmlidir. İstər elm, istərsə də dinimiz körpəyə ana südü verməyi təkidlə vurğulayır: “Öz körpələrinə süd verməyi tamamlamaq istəyən analar uşaqlarına tam iki il süd versinlər.” (Bəqərə surəsi, 233-cü ayə)

Süd verən analar nəzərə almalıdırlar ki, hamiləlik dövründə ananın ruhi, cismi halları, əxlaq və davranışları dərin təsir qoyduğu kimi, süd verən ananın da yaxşı-pis əməlləri, ruhi vəziyyəti və qidalanması süd vasitəsilə körpəyə öz təsirini qoyur. Ana əsəbi halda uşağa süd verməməlidir. Körpənin vaxtlı-vaxtında çimizdirilməsinə xüsusi diqqət yetirməlidir. Təmiz hava və Günəş şüalarının körpənin inkişafına bilavasitə təsiri var.

Bəzən körpənin yuxusu haqqında düzgün nəticə çıxarılmır. Bir psixoloq kimi bütün analardan xahiş edirik ki, bir yerə qonaq gedəndə və ya özünüzə geyim alanda xüsusi seçim etdiyiniz kimi, körpənizə də kor-təbii baxmayın: “uşaq yıxıla-yıxıla böyüyər”,  “üşaq xəstələnər də...”  kimi ifadələri özünüzə deviz etməyin. Uşağı səs-küylü mühitdə böyütməyin. Bu zaman uşağın psixikası düzgün formalaşmır. Yuxu pozuntularının uşaqda yaratdığı mənfi təsirləri sadalasaq, buna zaman yetməz.

Bunu unutmayın ki, şəraitiniz olduğu halda uşağınıza düzgün baxmırsınızsa, bu haqda yazılmış kitablar, jurnallar, qəzetlərlə maraqlanmırsınızsa, ən azından körpənizə haqsızlıq etmiş olursunuz.

Bəzən ana körpədəki hər xırda problemi dərmanlarla aradan qaldırır. Bu səhvdir, lakin körpənin düzgün inkişaf edib-etmədiyini öyrənmək üçün onu hər ay həkim müayinəsindən keçirmək lazımdır. Uşağa BS, hepatit B, difteriya, göy öskürək, poliometilə, qızılca əleyhinə olan peyvəndlərin vurulması vacibdir.

Dişçıxarma bütün uşaqlarda eyni olmur. Ana dişçıxarma ilə də xüsusi maraqlanmalıdır. Bəzən uşaqda olan bəzi problemləri yersiz olaraq dişçıxarma ilə əlaqələndirir və ya əksinə, dişçıxarma ilə əlaqədar olan halları xəstəlik adlandırıb düzgün nəticə çıxarmayaraq yersiz tədbirlər görürlər.

Hər bir qadın xoşagəlməz hallara, hadisələrə hazır olmalı və körpəsinə ilk tibbi yardım etməyi bacarmalıdır. Analar evdə sanitariya və gigiyena qaydalarına da riayət etməlidirlər. Bütün bunları nəzərə alaraq, 2-3 yaşa qədər uşaqları tərbiyə edən analara aşağıdakı məsləhətləri təqdim edirik:

*Xoşxasiyyət olun! Həyata eqoist yanaşmayın, körpənizi Allah xətrinə sevməyi bacarın ki, yuxarıda deyilənləri tətbiq edə biləsiniz.

*Övlad dünyaya gətirmək - hələ ana olmaq demək deyil. Ana uşağına həqiqi mənada analıq edə bilən kimsəyə deyilir. Hər uşaq dünyaya gətirən ana hesab olunmur, çünki uşağına lazım olan şəkildə baxmır.

*Ətrafla maraqlanın! Özünüzdən pislərə yox, yaxşılara baxıb nümunə götürün. Unutmayın, vaxt gələcək uşağınız sizə çoxlu suallar (istər məişət, istər elmi) verəcək. Siz bunlara düzgün cavab verməsəniz artıq bir pillə enəcəksiniz.

*Uşağa öz beyninizdə qəbul etdiyiniz prinsiplərlə yanaşmayın! Hər bir sahənin öz mütəxəssisi var, sizin düz bildiyiniz hələ düzdür demək deyil.

*Uşağın hər aya aid anatomik-fizioloji, psixi dəyişiklikləri olur. Bu haqda mütləq maariflənin.

*Unutmayın, uşaq anaya daha çox bağlı olur. Gələcəyi, fikirləri, əxlaqı, insanlarla rəftarı bilavasitə siz analardan asılıdır.

*Artıq XXI əsrdir. Qadınlara maariflənmək digər əsrlərdən daha da vacibdir, minimum ev şəraitində. Bu gün uşaq tərbiyəsi ilə bağlı istər dini, istər elmi, istərsə də tərbiyəvi onlarla kitablar, jurnallar dərc olunur. Mütləq oxuyun!

Bu məqalənin xanımlar tərəfindən bir tənqid kimi qəbul edilməsini heç istəmirəm, çünki bu bilavasitə analara ünvanlanmışdır. Unutmayın ki, siz artıq çox qadından üstünsünüz. Ana adı hər qadına nəsib olmur?! Minlərlə qadın öz əllərilə körpələrini öldürürlər. Sadəcə əgər ana olmaq sizə nəsib olubsa, niyə ondan gözəl şəkildə istifadə etməyəsiniz? Axı “Cənnət anaların ayaqları altındadır”. Gəlin, Cənnətə layiq olacaq şəkildə ana olmağa çalışaq.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 4)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.