Lənkəranda 8 nəfər QİÇS-dən ölüb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Lənkəranda 8 nəfər QİÇS-dən ölüb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Lənkəranda 8 nəfər QİÇS-dən ölüb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Lənkəranda 8 nəfər QİÇS-dən ölüb
 
 
Müəllif: Carchi | 14 Yanvar 2011 | 12212 dəfə oxunub
http://zeka.az/1290-ljnkjranda-8-njfjr-qdgs-djn-glgb.html

Lənkəranda 8 nəfər QİÇS-dən ölüb

Rayonda götürülmüş 70 qan nümunəsində isə HİV daşıyıcısı aşkarlanıb.

2010-cu ildə QİÇS-ə yoluxmuş 8 Lənkəran sakini dünyasını dəyişib. Bunu APA-ya Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov verib. Onun sözlərinə görə, ötən 10 il müddətində isə Lənkərandan ümumilikdə 50 nəfər bu xəstəliyin qurbanı olub. R. İbişov bildirib ki, 2010-cu ildə cənub bölgəsi sakinlərindən 19 mindən çox qan nümunəsi götürülərək laboratoriyada müayinə olunub

Nəticədə 70 qan nümunəsində HİV daşıyıcısı aşkar edilib ki, onlardan da 27 nəfəri Lənkəran, 20 nəfəri Astara, 14 nəfəri Masallı, 8 nəfəri Cəlilabad, 1 nəfəri isə Yardımlı rayonunun payına düşür. Ümumilikdə isə bölgə üzrə QİÇS-ə yoluxanların sayı 426 nəfərə çatıb. Bunlardan 214 nəfəri Lənkəran rayonunda, 92 nəfəri Astara rayonunda, 80 nəfəri Masallı rayonunda, 30 nəfəri Cəlilabad rayonunda, 6 nəfəri Lerik rayonunda, 4 nəfəri isə Yardımlı rayonunda yaşayır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.