Bədahətən... » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Lətifələr » Bədahətən...
 
 » İstirahət » Lətifələr » Bədahətən...

     
 
İstirahət » Lətifələr: Bədahətən...
 
 
Müəllif: Mircefer | 15 Yanvar 2011 | 12752 dəfə oxunub
http://zeka.az/1293-bjdahjtjn.html

Bədahətən...

  Günlərin  bir  günü  bir  padşah  öz  məsləhətçi  vəzirini   çağırıb  deyir:       – Vəzir  ölkədə  vəziyyət  necədir?

– Şah  sağ  olsun, vəziyyətimiz  çox  yaxşıdır. Camaat  başını  aşağı  salıb  öz  işini  görür. Qəbul  etdiyimiz  heç  bir  qanuna  etiraz  edən  yoxdur. Nə  deyiriksə  baş  üstə  cavabını  eşidirik.

Şah  deyir:

– Vəzir, bu  vəziyyət  məni qorxudur. Yəni  biz  məsumuq?! Yəni  verdiyimiz  əmrlərin  hamısı  xalqın  elə  ürəyindən  imiş? Mən  bu  susqunluqdan  qorxuram. Axı  dünya  həmişə  belə  getmir. Sabah  bir  müharibə olsa  belə  çoşqusuz, fağır  və  qorxaq  camaat  ilə  düşmənə  qarşı  necə  döyüşmək  olar? Gəl  bu  xalqı  yoxlayaq.

– Şah  sağ  olsun, necə  yoxlamaq  istəyirsiniz?

– Əmr  ver  vergiləri  çoxaltsınlar...

Bir  neçə  gün  sonra  şah  vəzirini  çağırıb  soruşdu:

 – Vəziyyət  necədir  vəzir?

– Şah  sağ  olsun, heç  kimin  etirazı  yoxdur. Hamı  yeni  vergi  qanununa  elə  riayyət  edir  ki, sanki  elə  belə də  olmalıymış. Şah  bir az  fikrə  getdikdən  sonra  deyir:

 – Vəzir, deyəsən  mənim  narahatlığım  əsassız  deyilmiş. Yox…  Vəziyyət  belə  davam  edə  bilməz. Bunları  düşünməyə  vadar  etməliyik. Bəlkə  sabah  səhv  bir  addım  atacağıq. Onda  bizi  kim  nəsihət  edəcək?!

Yox, yox… Bunları  tərpətmək  lazımdır. Göstəriş ver  camaatın  torpaqlarının  bir  hissəsini  hökumətin  ixtiyarına  keçirsinlər. Yəqin ki, qalan  torpaqları  əkib  becərməklə  bu  qədər  vergini  ödəmək  olmaz. O  zaman  ayılıb  hökmən  etiraz  edəcəklər. Şahın  əmri  məmurlara  çatdırıldı. Əmr  nəinki  icra  olundu, hətta  neçə  vaxtdan  bəri  səfalı  və  münbit  torpaqlarda  gözü  olan, lakin qanundan  qorxub  zülm  etməyən  məmurlar  minlərlə  kəndlinin  torpağını  hökumət  adı  ilə  alıb  öz  torpaqlarına  əlavə  etdilər...

 – Həəə  vəzir... De  görək  nə  xəbər  var?

Şahım  artıq  məndə  narahatam – vəzir  deyir. Deyəsən  bu  camaatın  qeyrət  damarı  artıq  işləmir. Heç  bir  etiraz  filan  eşidilmir. Doğrudur, bir - iki  nəfər  bəzi  sözlər  demək  istəyir. Amma  camaat  özü  onları  susdurub, hökumətlə  hökumətlik  eləmək  olmaz  deyərək  təpki  göstərir. Ağıllı  padşah  bu  məsələdən  çox  məyus  oldu. Kədərli  çöhrəsini  vəzirə  tutub  dedi:

– Vəzir  biz  neçə  illərdi  ki, camaatı  öz  qanunlarımıza  tabe  etməyə  çalışırıq. Amma  deyəsən  məsələni  bir  tərəfdən  həll  edib, digər  tərəfdən  isə  xarab  etmişik  axı. Rəiyyətdə  mənlik  qalmayıb. Nə  məsləhət  görürsən  neyləyək?

Vəzir  dedi:

– Şahım  bəlkə  çox  ağlabatmaz  və  axmaq  qanun  qəbul  edək?

– Necə  yəni  vəzir?

– Şah  sağ  olsun, əmr  verin  ki, bundan  sonra  bütün  yollarda  fərraşlar  dayansın  və  yoldan  keçən  hər  kəsin  başına  bir  qapaz  vursun. Bəlkə  onda  camaat  qeyrətə gəldi...

  Bu  söhbətdən  bir  həftə  keçmişdi. Bir  gün  səhər  tezdən  sarayın  qabağından  gələn  səs - küy  padşahı  yuxudan  oyatdı. Şah  tez  vəzirini  çağırıb  sevincək  soruşdu:

 – Nə  olub  vəzir, yoxsa  tədbirimiz  baş  tutub?

– Bəli  şah  sağ  olsun, sarayın  qabağına  çoxlu  sayda  insan  toplaşıb. İzdihamın  ucu-bucağı  görsənmir.

Şah  dedi:

 – Şükür, şükür  sənə  Xudaya!  Nəhayət ki!

Vəzir,  tez  camaatın  arasında  xəbər  yayın  ki, başbilənlər  gəlib  xalqın  etirazını  şaha  bildirsin. 15 - 20  ağsaqqal  saraya  daxil  olub şahın  hüzurunda  təzim  etdi. Şah  ciddi  görkəm  alıb  soruşdu:

– Nə  istəyirsiniz, şikayətiniz  nədəndir?

– Şah  sağ  olsun  məmurlar  bizi  çox  incidir.

– Məmurlar  sizə  nə  edir  ki, belə  yığılmısınız?

 – Şahım  göstəriş  vermisiniz  ki, yoldan  keçən  hər  kəsin  başına  bir  qapaz  ilişdirsinlər…

Hövsələsi  tükənmiş  şah  dözməyərək  kişinin  sözünü  kəsdi:

– Həə  indi  sözünüz  nədi? Bir  etirazınız  varsa  deyin.

Bunu  dedikdən  sonra  ağzını  vəzirin  qulağına  yaxınlaşdırıb  pıçıldadı:

 – Nəhayət ki, bu  xalq  özünə  qiymət  verdi. Doğrudur  çox  gec  başa  düşdülər, çünki bu  qədər  susmaq  heç  kişilikdən  deyildi. Amma  şükür  ki, sonunda  anladılar.

Hə  şikayətinizi  deyin, bu  qapazların  sizə  nə  maneçiliyi   var? Bircə  dənə  şapalaqla  ölməzsiniz  ki. Bilirsiniz  ki, mənim  hər  sözüm  qanundur. Qanuna  riayət  etmək  isə  rəiyyətin  borcudur.

Ağsaqqal  yaltaqcasına  gülümsəyərək  dedi:

– Siz  nə  danışırsınız  ey  böyük  şah, Siz  əmr  edin  canımızı  qurban  verək. Yox, yox, bizim  qapaz  məsələsinə  heç  bir  etirazımız  yoxdur. Qapazın  bizə  nə  maneçiliyi  var  ki? Şükür  Allaha  bir  qarın  çörəyimiz  var, az - çox  torpağımız  var. İnsana  bundan  başqa  nə  lazımdır ki?!

Elə  bil ki, şahın  başına  qaynar  su  tökdülər. Handan  hana  özünə  gəlib  yavaş, lakin  qəzəbli  və  boğuq  səslə  soruşdu:

– Bəs  nə  istəyirsiniz?

Şahın  ömrü  uzun  olsun, Allah bizim  ömrümüzdən  kəsib  şahın  ömrünə  calasın. İstəyimiz  budur  ki, yolda  qapaz  vuran  məmurların  sayını  artırasınız. Axı  məmurların  azlığından  yolda  tıxac  yaranır. Bu  isə  əkin - biçinə  vaxtında  getməyimizə  mane  olur. Sabah  biz  bu  vergiləri  necə  ödəyəcəyik?

“Ağsaqqal” hələ  danışırdı. Amma  artıq  şahın  bağrı  çatlayıb  keçinmişdi.

Görəsən  mən  bu  lətifəni  niyə  yazdım? Heç  özüm də  bilmirəm...

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (15 Yanvar 2011 12:56)



Qrup: Qonaq
Tarix: --
Yaxın geleceyimiz Azerbaycanlı olarax,yox-yox ele lap indiki yaşadığımız zamnaın lap ele özüdür....
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.