İnşa yazdı, "terrorçu" çıxdı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İnşa yazdı, "terrorçu" çıxdı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İnşa yazdı, "terrorçu" çıxdı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İnşa yazdı, "terrorçu" çıxdı
 
 
Müəllif: Carchi | 15 Yanvar 2011 | 12222 dəfə oxunub
http://zeka.az/1294-dnea-yazdd-terrorgu-gdxdd.html
İnşa yazdı, "terrorçu" çıxdı
İslamofobiya artıq dünyanı sürətlə bürüməkdədir.
İslam-Azeri.az İnternet qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, növbəti acıncaqlı hadisə Almaniyanın Aşağı Saksoniya əyalətində qeydə alınıb.
Belə ki, bu ölkədə yaşayan türk Yasin Poladın kollecdə imtahan zamanı yazdığı inşa ona qarşı cinayət işi açılmasına kifayət edib. Müəllimi onun bəzi ifadələrini terrora çağırış kimi dəyərləndirərək, hüquq mühafizə orqanlarına müraciət edib. Polis də öz növbəsində tədqiqata başlayıb.
Amma hadisələrin belə gedişatı türk gəncin təhsil aldığı kollecdə bəlli olunca, onun durumu çox pisləşib. Yasinə qarşı psixoloji təzyiqlər başlayıb, sinif yoldaşları onu "terrorçu Yasin", "Üsamə Yasin" çağırmağa başlayıblar. Nəticədə yeniyetmə kollecdəki təhsilini yarımçıq saxlamaq məcburiyyətində qalıb.
Hər halda, aylarla davam edən araşdırma sona çatıb və polisdən rəsmən bildiriblər ki, müəllim Yasin haqqında səhv qənaətə gəlib. Amma bir gəncin bütün həyatını alt-üst etmiş olayın acı nəticələri necə aradan qaldırılacaq?
Yasin Poladın inşasında yazdığı «kriminal» fikirlər isə bunlardır: "İnsan oğlu açıqca uğursuzluğa düçar oldu. İtirdi. İndi sual, insanoğlunun nə vaxt yanlışlıqlardan imtina edəcəyidir. Etik normalar insanlara çox gec çatdı. İnsanların bir-birilərinə və dünyaya dəyər vermə və cəsarət əskikliyindən, dünya gündən-günə daha da pisləşir".




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: müqəlid (16 Yanvar 2011 20:34)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
soz tapmıram bu ədalətsizliyə
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.