Bir iradın cavabı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Bir iradın cavabı
 
 » Din » Əqidə » Bir iradın cavabı

     
 
Din » Əqidə: Bir iradın cavabı
 
 
Müəllif: Zehra | 17 Yanvar 2011 | 12717 dəfə oxunub
http://zeka.az/1297-bir-iraddn-cavabd.html

Bir iradın cavabı

Bəzi materialistlər belə bir nəzər irəli sürmüşlər ki, insan təbiət hadisələrinin səbəblərini bilmədiyi üçün Allaha etiqad bəsləmişdir. Yəni insan bir tərəfdən zəlzələ, tufan, Ay və Günəş tutulmasının səbəblərini və bir çox xəstəliklərin mənşəyini bilmir, digər tərəfdən də ağılın və təcrübənin hökmü ilə hər hadisənin bir səbəbi olduğuna inanırdı. Bu üzdən də, hər hadisə üçün bir səbəb fərz etməyə məcbur oldu. Lakin onların real səbəbləri ilə tanışlıq əldə edə bilmədiyi üçün bütün səbəblərə Allah adlı bir səbəb fərz edib, onu bütün hadisələrin mənşəyi hesab etdi. Müasir dövrdə bu hadisələrin səbəblərinin bir çoxu kəşf olunmuşdur və hal-hazırda insan məchul qalan digər səbəbləri də kəşf etmək yolundadır. Artıq “hər şeyin səbəbi Allahdır” əqidəsinə sığınmağın mənası yoxdur.

Bu materialist əqidəli insanların dediklərinin mətni belədir:

İnsanın elm və bilik mənbəyindən uzaq olduğu, təbii hadisələrin səbəblərini və səbəb-nəticə əlaqəsini hələ kəşf etmədiyi günlərdə insan maddi səbəbini bilmədiyi mürəkkəb bir hadisə ilə qarşılaşdığında həmin hadisəni maddi olmayan səbəblər sırasına daxil edir və bu hadisələrin hamısının səbəbini Allah adlandırırdı. Məsələn: Görürdü ki, şəffaf yağış damcıları və parlaq qar dənəcikləri səmadan yağır, yaxud ildırımın qorxunc səsi insanın göz və qulaqlarını yorub, onu heyrətə salır. Lakin bilmirdi ki, yağış və qarın yağmasının səbəbi – dəniz və çaylara düşən güclü Günəş şüasının təsirindən suyun səmaya buxarlanaraq sonradan yağış damlalarına və qar dənəciklərinə çevrilməsidir. Yaxud ildırım – iki bulud topasındakı müsbət və mənfi yüklü elektronların toqquşmasının nəticəsidir. Buna görə də, insan bütün bunlara Allah adlı bir səbəb seçirdi.

Bu iradın tənqidi

Bu sözlərin müəllifindən soruşmaq lazımdır ki, siz hansı dəlillərə əsaslanaraq Allaha etiqad mənşəyini – cüzi hadisələrin səbəblərini əldə etmək üçün göstərilən səylərin nəticəsi hesab edirsiniz? Nə üçün demirsiniz ki, Allaha etiqadın meydana çıxma mənşəyi –  varlıq aləmindəki nizamın səbəbinin insanlar tərəfindən araşdırılmasıdır?

Halbuki, bu ikinci variant Allaha etiqadın yaranması üçün daha uyğun variantdır. İlk insan öz təbii idrakı ilə varlıq aləminin xüsusi bir nizamla yaradıldığını və bu yaradılışda elmin, dəqiq hesablamanın və tədbirin rolunu dərk edirdi. Necə oldu ki, varlıq aləmindəki dəqiq nizam-intizama diqqət insanı Aləmin Yaradıcısına etiqad bəsləməyə sövq etmədi, sadəcə bəzi cüzi hadisələri araşdırmaq bu etiqadın yaranmasına səbəb oldu?

Beləliklə, Allaha inam haqqında irəli sürülmüş olan bu təfsir tamamilə yanlışdır. Heç bir inanclı şəxs Allaha materialistlərin yuxarıda dediyi şəkildə etiqad bəsləmir. Çünki Allaha etiqad bəzi hadisələrin kəndirini maddi səbəblərin öhdəsinə qoymaq, səbəbini kəşf etməyə nail olmadığımız hadisələri isə Allahın ixtiyarına vermək deyil. Bəzi hadisələrə səbəb sayılan, lakin bütün aləmin səbəbi ola bilməyən və maddi səbəblər sırasında dayanan varlıq heç vaxt Allah ola bilməz, o da digər məxluqlar kimi Allahın yaratdığıdır. Tək Allaha pərəstiş edənlərin dediyi Allah – başdan-başa varlıq aləminin mənşəyi olan Allahdır! Onun bütün səbəb-nəticələrə və bütün varlıq aləminə nisbəti eynidir! Bütün varlıq aləmi, öz təbii rabitələri ilə birlikdə Allah adlı həqiqətdəndir! O, bəzi hadisələrin deyil, hətta bütün səbəblərin Səbəbidir!

Başqa ibarətlə desək: Allahpərəstlər hər bir maddi hadisəni materiyanın nəticəsi və materiya aləmini səbəb-nəticə toplusu hesab etsə də, bunlarla yanaşı maddi aləmin, oradakı nəzm-intizamın və təbii səbəb-nəticələr məcmusunun daha yüksək bir Səbəbi olduğunu qəbul edirlər. Elə bir Səbəb ki, bu heyrətamiz düzəni elm və idraka əsaslanaraq xüsusi tərtib və nəzm-intizamla yaradıbdır. Materialistlərin insanın cəhaləti üzündən yaranma təsvirini çizdikləri Allahla Allahpərəstlərin etiqad bəslədikləri Allah arasındakı fərqi anlamış olmalısınız – bu ikisi arasında heç bir rabitə ola bilməz!                                                    





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.