İdman ya bədən tərbiyəsinin cəmiyyətimizdə yeri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » İdman ya bədən tərbiyəsinin cəmiyyətimizdə yeri
 
 » Sağlamlıq » İdman » İdman ya bədən tərbiyəsinin cəmiyyətimizdə yeri

     
 
Sağlamlıq » İdman: İdman ya bədən tərbiyəsinin cəmiyyətimizdə yeri
 
 
Müəllif: Admin | 18 İyul 2009 | 12841 dəfə oxunub
http://zeka.az/13-304dman-ya-b601d601n-t601rbiy601sinin.html

Bu günki cəmiyyətimizdə əksər informasiya vasitələri televizor, qəzet, internet və s. öz veriliş və rubrikalarında idmanla bağlı ayrıca yer ayırmışlar və gündəlik dünya ya ölkə səviyyəsində idman xəbərlərini çatdırırlar. Bəzi vaxtlarda günün ən çox şok idman xəbəri ilə bağlı (əksər vaxtlar bu futbolla ya da çempionatla əlaqədar olur) idman ustalarını çağırıb müəyyən təhlillər verərək həmin xəbərlə bağlı tamaşaçıların fikrini bölüşürlər. Dediyimiz nöqtələri biz də bəyənir və bunun davamlı olmasını dəstəkliyirik. Amma təkcə dünya və ölkədə olan idman xəbərini, məs: “Filan komanda uddu ya da uduzdu”, “hakim filan idmançıya xəbərdarlıq və ya qırmızı kart verdi” səviyyəsində nəql edib, şəkilləri göstərməklə kifayətlənməməliyik, çünki cəmiyyətdə idmanla və idmançı ilə bağlı bəzi ictimai- əxlaqi normalar, nöqtələr, bəhslər gərək araşdırılıb  izah olunsun. Məs: 1) İdmandan hədəf, 2) Əksər idmanla əlaqəsi olan cavan təbəqədir. Bəzi cavanlar  öz həyatlarında hansısa bir idmançını özünə ideal və nümunə seçir. Görəsən bu seçim səhvdir ya yox. 3) Hansı idman növləri bu gün yeni nəslimizin dərdinə dəyir. 4) Hansı idman xalqımızın milli mənəvi dəyərləri ilə uyğunlaşır? Məs: Bəzi ölkələrdə vəhşi idman növləri (əlbəttə biz onlara idman adları vermirik, amma cəmiyyətimizdə idman kimi təqdim olunduğuna görə biz də idman kəlməsini işlətdik və gələcək bəhslərimizdə biz ona toxunacağıq) “Qaydasız döyüş” adı ilə tanınan idman növü var ki, bunun nə qədər cəmiyyətimizdə xeyir ya ziyanı araşdırlmalıdır. 5) İdmançının əxlaqı, yeməyi, danışıq tərzi cəmiyyətimizdə rolu. 6) Tamaşaçıların bəzi idman komplekslərində idmançılara ya hakimə qarşı etdikləri hərəkətlər, başqa-başqa bəhslər ki, bu gün cəmiyyətimizdə belə bəhslərin zəruriliyi hiss olunur. Elə məhz ona görə də biz saytımızda təkcə idman xəbərlərini çatdırmaqla kifayətlənmirik,əksinə, yuxarıda sadaladığımız nöqtələrə də toxunacağıq. Əqidəmiz budur ki, sivil cəmiyyətin sivil idmanı olmalıdır. Sivilizasiya deyəndə ancaq texnika və ya iqtisadi baxımdan inkişafımızı güdməməliyik, əksinə bütün sahələrdə o cümlədən idman sahəsində bunu nəzərə almalıyıq. Beləliklə, həm idman şöhrətimiz, həm də idmançılarımız daha da müvəffəqiyyət qazanıb  xalqımızı tez-tez xoş qələbə xəbərləri ilə sevindirərək Azərbaycanımızın bayrağını birinci yerlərdə dalğalandıracaqlar. Allah-Taala hamımıza bu yolda yardımçı olsun.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.