Müctəhidlərin fətvalarını hansı yolla əldə etməliyik? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » Müctəhidlərin fətvalarını hansı yolla əldə etməliyik?
 
 » Din » Əhkam » Müctəhidlərin fətvalarını hansı yolla əldə etməliyik?

     
 
Din » Əhkam: Müctəhidlərin fətvalarını hansı yolla əldə etməliyik?
 
 
Müəllif: Muslim | 29 Oktyabr 2009 | 12451 dəfə oxunub
http://zeka.az/130-m252ct601hidl601rin-f601tvalar305n305-hans305.html

Təqlid etdiyimiz müctəhidin fətvalarını 4 yolla əldə etmək olar:

1.      Müctəhidin özündən eşitmək.

2.      İki, ya bir nəfər ədalətli admadan eşitmək.

3.      Etimadımız, yəqinimiz olan bir nəfərdən eşitmək.

4.      Müctəhidlərin səhv olmayan (düzgün yazılmış) risaləsindən oxuyub görmək.

  Aşağıdakı nöqtələrə diqqət edin:

1.      Əgər iki nəfər fərqli olaraq biri-birinin əksinə müctəhidin fətvasını nəql etsələr, heç birinin sözü qəbul olunmur.

2.      Müctəhidin risaləsində yazılanla bir nəfərin ondan nəql etdiyi bir-biriləri uzlaşmasa, risalədə olan mötəbərdir. Bu şərtlə ki, səhv olmasın və o bir nəfər müctəhidin öz risaləsində yazdığı məsələdə (udul etdiyini), yəni fikirinin əvəz olduğunu qeyd etmiş olsun.

3.      Müctəhidin bir risaləsində yazılan məsələ başqa bir risaləsində olan məsələ ilə fərq etsə, hansı risalənin çap tarixi sonuncudursa, ona əməl etmək lazımdır.

4.      Müctəhidin buyurduğunu nəql edən insan səhv etsə, ona vacibdir ki, ondan eşidənlərə o məsələdə səhv etdiyini xəbər versin.

5.      Əgər bir nəfər müctəhidin fətvasını bir nəfər üçün nəql etsə və sonra müctəhid o məsələdə öz fikrini dəyişsə, o adama fətvanın sonradan dəyişildiyini o bir nəfərin çatdırması vacib deyil. Baxmayaraq ki, ehtiyati-müstəhəb budur ki, çatdırsın.

Termin: Udul - müctəhid bir məsələni dedikdən sonra mümkündür gələcək araşdırmalarında başqa bir nəticəyə çatıb öz fikrini əvəz etsin. Buna fiqh elmində udul deyilir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.