Təzə xana » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Təzə xana
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Təzə xana

     
   
 
Müəllif: Carchi | 19 Yanvar 2011 | 12265 dəfə oxunub
http://zeka.az/1302-tjzj-xana.html
Təzə xana
Uşaqlara ad seçimində məhdudiyyət qoyulacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu AMEA-nın Adlar və Soyadlar üzrə Komissiyasının müvafiq üzvləri ilə birgə adlar və soyadlar üzrə dövlət informasiya sisteminin yaradılmasının konseptual əsaslarını hazırlayıb.
İnstitutunun direktoru Rasim Əliquliyev APA-ya bildirib ki, dünya ölkələrinin təcrübəsinə əsasən hazırlanmış bu konsepsiya həmin sistem yaradılarkən nəzərə alınacaq: “Ölkələrin təcrübəsindən məlum oldu ki, beynəlxalq səviyyədə bunlar “işıqfor” dediyimiz prinsip əsasında formalaşır. Elə adlar var ki, qəbul edilir və onların qoyulması üçün heç bir maneə yoxdur. Bu adlar “yaşıl işığ”a aiddir. “Sarı işıq” aid olan adlar xoşagəlməz olduğu üçün tövsiyə olunmur. Bu adlar müəyyən qədər keçmiş sovet ideologiyası, nadanlıqla bağlıdır”. 
R. Əliquliyevin sözlərinə görə, əsas məhdudiyyətlər “qırmızı işığ”a aid olan adlarla bağlıdır: “Adlara qoyulan birinci “qırmızı işıq” odur ki, adlar Azərbaycan latın əlifbasına aid olan hərflərdən istifadə edilməklə yazıla bilər. İkincisi, bu, adın sintaktik tərəfləri ilə bağlıdır. Seçiləcək adın formatına, uzunluğuna tələblər var. Bəzən görürsən ki, 3, 4, 5 mərtəbəli adlar qoyulur. Qoşa adlar, məsələn, Məmmədəlihüseyn ola bilməz. Ya Məmmədəli, ya Hüseyn olmalıdır. Biometrik pasportların tələblərindən biri adların uzunluğu ilə bağlıdır. Çünki bir ölkədən digərinə getdikdə qurğular adı oxumağı bacarmalıdır. Saitlərin, samitlərin dalbadal gəlməsi, tələffüzün çətinləşməsinin özü də adlara bir qırmızı işıq salır. Üçüncü məhdudiyyət isə semantik xarakterli, yəni məzmunla bağlıdır. Bu da odur ki, ictimai yerlərdə səsləndirilməsi mümkün olmayan, milli-mənəvi dəyərlərə ziyan gətirən sözlərdən ad qoyula olmaz”.
R. Əliquliyev deyib ki, bu konsepsiya hələ layihə şəklində təsdiqlənməyib. Onun icrası artıq Ədliyyə Nazirliyinə tapşırılıb. Yenilik yalnız Azərbaycan millətinə mənsub şəxslərə şamil ediləcək. Azərbaycanda yaşayan qeyri-millətlərə isə bu, aid olmayacaq: “Bu sistem dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ad seçə bilməməsi, məcburən yerli xalqların adlarına uyğunlaşması kimi problemləri də həll edəcək. Onlar bizim yaradacağımız sistemə müraciət edərək uşaqlarına ad qoya biləcəklər”. 
R. Əliquliyev onu da bildirib ki, bu sistemi insan hüquqlarının pozulmasına deyil, əksinə, onların hüquqlarının müdafiəsinə yönəlib.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (25 Yanvar 2011 17:00)



Qrup: Qonaq
Tarix: --
iNDİDE ADLARIMIZA GARIŞMAGA BAŞLADILAR,GÖREK BU SAÇMALIGA NE ZAMAN DUR DEYECEKLER...
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.