Rusiyada Kilsə açıq-saçıq geyimə qadağa istəyir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Rusiyada Kilsə açıq-saçıq geyimə qadağa istəyir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Rusiyada Kilsə açıq-saçıq geyimə qadağa istəyir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Rusiyada Kilsə açıq-saçıq geyimə qadağa istəyir
 
 
Müəllif: Carchi | 20 Yanvar 2011 | 12358 dəfə oxunub
http://zeka.az/1305-rusiyada-kilsj-agdq-sagdq-geyimj-qadada-istjyir.html

Rusiyada Kilsə açıq-saçıq geyimə qadağa istəyir

“Əgər qadın mini yubkadadırsa, nəinki qafqazlını yolundan çıxaracaq, hətta rusları da təxribata çəkəcək”

Rusiya ortdoksal kilsəsi ölkədə kişilər və qadınlar üçün geyim kodeksi tətbiq edilməsini təklif edib. Kilsənin sinodal şöbəsinin məsul şəxsi Vsevolod Çaplin deyib ki, məktəblərdə, şirkətlərdə geyim kodeksi tətbiq edildiyi kimi, yaxşı olardı, barlarda, ictimai yerlərdə də ümumi Rusiya geyim kodeksi tətbiq ediləydi.

Keşiş Vsevolod deyib ki, əgər qadın mini yubkadadırsa, nəinki qafqazlını yolundan çıxaracaq, hətta rusları da təxribata çəkəcək. Üstəlik, qadın sərxoşdursa və kimisə yoldan çıxarmaqda aktivdirsə, bu, axırda onun zorlanması ilə başa çatacaq.

Keşişin fikrincə, qadınların zorlanmasına daha çox onların geyimi, xarici görünüşü səbəb olur.

Vsevolod Çaplinin sözlərinə görə, bütün zamanlarda bütün millətlərdə adamın xarici görünüşü heç də həmişə şəxsi məsələ sayılmayıb.

“Qadınların ictimai yerlərdə, institutda, iş yerində özünü necə aparması heç də onların şəxsi işi deyil” deyən Vsevolod ata göstərir ki, kişilər də öz geyimləri ilə qadınlardan geri qalmırlar: “Şəhərin ortasında şortik-maykada, çəkələkdə gəzən adama heç də hörmət göstərmirsən, bəd ayaqda fikirləşirsən ki, bomjdur”.

Onun sözlərinə görə, küçədə, metroda və ya barda kloun kimi geyinib-bəzənmiş qadınlar nəinki sərxoş axmaqlara rast gəlmək riski ilə üz-üzədir, hətta həyatının “sputniki” ola biləcək kişini də tapa bilməyəcəklər: “Açıq-saçıq görünüş, abırsız rəftar – bədbəxtliyə aparan yoldur. Həyatda bir dəfə sevmək arzusunun boşa çıxması, qısamüddətli nikah, taleyinə zərbə vurulmuş uşaqlar, tənhalıq deməkdir”.Islam azeri





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (25 Yanvar 2011 16:56)



Qrup: Qonaq
Tarix: --
RUSLAR DA BUNU DÜŞÜNE BİLİRLERSE BİZİM MUSLUMAN OLAN DEVLET NE FİKİRLEŞİR HELEDE....
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.