Lənkəran Ruhaniləri Şeyxə müraciət etdilər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Lənkəran Ruhaniləri Şeyxə müraciət etdilər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Lənkəran Ruhaniləri Şeyxə müraciət etdilər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Lənkəran Ruhaniləri Şeyxə müraciət etdilər
 
 
Müəllif: Carchi | 21 Yanvar 2011 | 12331 dəfə oxunub
http://zeka.az/1307-ljnkjran-ruhaniljri-eeyxj-mgracijt-etdiljr.html
Lənkəran Ruhaniləri Şeyxə müraciət etdilər
Lənkəranın çox sayda ruhanisi bütün Qafqazın Şeyxi, QMİ sədri Hacı Allahşükür Paşazadəyə məktub göndərib.
Məktubun tam mətnini diqqətinizə çatdırırıq:
“Bismillahir Rəhmanir Rəhim.
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi ayə 71)
Cənab Şeyx Həzrətləri!
Yazıb sizə bildirmək istəyirik ki, son zamanlar Azərbaycanda gündəmdə olan hicablı qızların məktəbə buraxılmaması məsələsi hamını narahat etdiyi kimi, biz Lənkəran ruhanilərinin də narahatçılığına səbəb olmuşdur. Bir neçə vaxtır ki, aktual söhbətlərimizə çevrilən Allahın biz insanlara haqq olaraq nazil etdiyi hicab ayəsi bu gün Azərbaycanda müəyyən şəxslər tərəfindən aradan getməkdədir. Hamıya məlumdur ki, Az r tolerant bir ölkədir. Bu ölkədə hər kəsə etiqat azadlığı vardır. Amma hicablı qızlarımızın məktəblərdə təzyiqlərdə məruz qalması, onların gün-gündən artan təhdid və tənqidlərlə üz-üzə gəlməsi, həm kontitusiyamızda olan maddələrilə (Vicdan azadlığı maddə 48, təhsil alma hüququ maddə 42, şərəf və ləyaqətin qorunması maddə 46) zidddir.
Allahımız İslam dinini və onun əmr və hökümlərini, müqəddəs Qurani Kərimin vasitəsilə bizlərə çatdırır.
Cənab Şeyx!
Sizlərdə çox gözəl bilirsiniz ki, Allahdan bizlərə göndərilən hökmlərdən biridə hicab əmridir.
Allah Təala Əhzab surəsinin 59-cu ayəsində buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”.
Cənab Şeyx!
Bu gün biz Lənkəran ruhanilərinin narahatçılığına əsas səbəb ilk növbədə ilahi əmrin bəzi şəxslər tərəfindən inkar olunması, Allaha itaət edən insanların haqlarının pozulması, eyni zamanda vətəndaşların hüququnun aradan getməsidir.
Biz Lənkəran ruhaniləri, biz hicab məhdudiyyətinin qoyulmasını pisləyirik. Həmçinin bu məsələdən olduqca narahat olduğumuzu bəyan edirik!
Cənab Şeyx!
Müqəddəs Ruhani adı daşıyan və sizinlə eyni libasda olan Ruhanilərin, Rəbbimizin əmri olan hicaba qadağa qoyulmasına etiraz etdiklərinə görə, xuliqanlıq maddəsilə həbs olunması bizi narahat etdiyi kimi, sizi də narahat etməyə bilməz. Biz inanırıq ki, dövlət atributu olan bayraqda yaşıl zolaq qədər İslam əmrlərinə hörmət etməyi dövlət qarşısında xalqa bel bağlayaraq nümayiş etdirəcəksiniz. Bunu da xalq bilir ki, 20 yanvar faciəsində o zaman bütün məmurlar gizləndiyi halda, sizin başçılığınız altında ruhanilər xalqla oldu və həmin hadisələrdə Qorbaçovu ilk məhkum edənlərdən biri də məhz siz oldunuz. Biz əminik ki, içinizdə olan Əhli-Beyt sevgisi hicabı müdafiə etməyə sizi sövq edər və bu işdə müvəffəq olarsınız.Ümidvarıq ki, bu məsələdə bir Şeyx olaraq bizlərə yardım edib, bu məsələnin həllində əlinizdən gələni əsirgəməyəcəksiniz. 
Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur! (Fəth surəsi ayə 29).
Vəssəlamu ələykum və rəhmətullahu və bərəkatuhu! "




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.