Yeri nələr gözləyir? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yeri nələr gözləyir?
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Yeri nələr gözləyir?

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Yeri nələr gözləyir?
 
 
Müəllif: Zaur | 21 Yanvar 2011 | 12820 dəfə oxunub
http://zeka.az/1308-yeri-njljr-ggzljyir.html

Qara bulud Yerə 2014-cü ildə çatacaq: Yeri nələr gözləyir?

Qara materiyanın Yeri udmasının qarşısını almağa bəşəriyyətin zamanı çatacaqmı?!

Qara dəliklər Eynşteynin nəzəriyyəsini alt-üst edir

Qlobal istiləşmə, yerdəki anormal iqlim dəyişmələri, buzlaqların sonunun çatması, daşqınların, sunamilərin əmələ gəlməsi, ardı-arası kəsilməyən zəlzələlər dünyanın sonunun yaxınlaşdığı barədə siqnalları verməkdədir. Hər halda bütün bu məlumatların nəticəsi olaraq, astronomlar bizə gələcəkdən xəbər verməyə çalışırlar. Amma o naməlum gələcək barədə konkret olaraq heç nə əldə olunmayıb. Yer planetinin sonunun çatması həm də bizim mövcud olduğumuz günəş sisteminin sonunun çatması ilə birbaşa əlaqəli olacaq. Məntiqə istinad etsək, bu gün şüurlu insan təkcə Yer kürəsini necə xilas etmək barədə deyil, qalaktikanı necə xilas etmək barədə düşünməlidir. Ancaq bunu düşünmək üçün insan hələ nə qədər məsafə qət etməlidir.

Yeganə çıxış yolu: başqa planetə ayaq açmaq

Uzun illərdir ki, Yerin sakinləri ətrafdakı planetlərdə həyatın izlərini axtarırlar. Lakin onlar nəinki qonşu planetlərə ayaq aça biliblər, heç yerin «bir addımlığında olan» təbii peyki Ayı düz-əməlli tədqiq edə bilməyiblər. Baxmayaraq ki, artıq ilk insan Aya uçub, ora müxtəlif tədqiqat cihazları göndərilib, Aydan nümunələr gətirilib. Yerdən dəfələrlə kiçik olduğu müəyyənləşdirilən Ay Yer adamını qane etmir. Bir neçə yüzillikdən sonra Yer insanın yaşaması üçün heç də ən optimal məkan olmayacaq. Bəzi alimlər hesab edirlər ki, Yer kürəsi yalnız 28 milyard insanı təmin etməyə, yaşatmağa qadirdir. Həmişə tarixdə belə şayiələr gəzib ki, böyük dövlətlərin liderləri Yerdə insanların sayının süni surətdə azaldılması üçün nəsə fikirləşirlər: müharibələr, süni zəlzələlər, kütləvi qırğın silahları və s. Amma bu vasitələrin hamısı təbii artımın qarşısını saxlamağa qadir deyil. Deməli, çıxış yolu başqa planetə ayaq açmaqdır. Belə əlverişli planet də ki, bizim qalaktikada hələ kəşf olunmayıb. Belə olan təqdirdə alimlər başqa qalaktikalarda Yerə oxşayan planet tapmağa ümid bəsləyirlər. Amma bir vacib faktı unudurlar ki, Yerə oxşayan planetdə elə Yerə oxşayan da mühit ola bilər və heç kəs iddia edə bilməz ki, orada hansısa canlı məxluqlar yaşamır və onlar öz planetlərini başqalarından qorumağa qadir deyillər.

Elə son dövrlərdə tez-tez istinad edilən yad planetlilər barədə məlumatlar da buna sübutdur. Necə ki, biz kənarda əlverişli mühit axtarırıq, eləcə də bizdən kənardakı həyatın sakinləri özləri üçün əlverişli mühit axtarırlar. Bu bizim planet ola bilər. Vay o gündən ki, yad planetlilər bizdən daha zəki və daha qoçaq olsunlar...

Alimlər adamları kosmik gəmilərə mindirib başqa qalaktikaya aparır...

Bu yaxınlarda on-layn nəşrlər alimlərin ağla yerləşməyən absurd bir iddiasını bəh-bəhlə işıq üzünə çıxarıblar. «Weeklyworldnews» nəşri Ağ Evdəki mənbəyə əsasən Vaşinqtonda növbəti dünyanın axırı barədə məlumatın sakit və təmkinli qarşılandığını bildirib. «Vəziyyət aydın deyil, qlobal istiləşmə barədə narahatlıq hamını səksəkədə saxlayır. Lakin ekspertlərin yekun rəyini gözləmək lazımdır» - deyə Ağ Evdəki mənbə bildirib. Nəşr yazıb ki, Ağ Evdəkilərin nə düşünməsindən asılı olmayaraq, alimlər artıq Yerin əhalisinin xilasından danışırlar. Düşünürlər ki, əhalinin bir hissəsini kosmik gəmiyə mindirərək Yerdən 2,1 milyon işıq ili məsafəsində yerləşən Andromeda qalaktikasına göndərmək olar. Absurd isə budur ki, 2,1 milyon işıq ili uzaqlıqdakı məsafəyə getmək ağlasığmazdır. Bu necə ola bilər? Hazırkı formada olan insan Andromedaya hansı kosmik gəmi ilə gedəcək və onun buna ömrü necə çatacaq? Ümumiyyətlə, işıqdan daha sürətli olan bir kosmik vasitəni insan nə zamansa ixtira edə biləcəkmi? Etsə belə, milyon il nəyi ehtiva edir? Bu yerdə orta məktəb müəllimimin dərslərini oxumayan uşaqlara ironik tərzdə dediyi sözlər yadıma düşür: «Deyirlər ki, adam çox oxuyanda ağlı qıcqırır, aşıb-daşır. Alimlər oxumağın dozasını qaçıranda dəli olurlar. Ona görə də siz oxumayın, dərsin sonuna qədər evdə ananızın qazanında sizi hansı yeməyin gözlədiyini fikirləşin». 2,1 milyon işıq ili uzaqlıqdakı qalaktikaya getmək ideyasını səsləndirən alimdə savadın fəsadları görünür.

İndi alimlər beyinlərini zəlzələ, vulkan kimi təbiət hadisələri ilə o qədər də məşğul etmirlər. Sadəcə, bəzi ölkələrin milyardlarla vəsaitlərini görünən materiyadan beş dəfə çox olduğu iddia edilən “qara materiya”nın və qalaktikaları uda-uda bizim qalaktikaya tərəf ağzını çevirən “qara dəliyin” öyrənilməsinə sərf edirlər.

Qara materiya mifi

Bizə məktəbdə materiyanı sadə dillə belə başa salırdılar ki, gözlə görünən hər şey materiyadır. Amma gözlə görünməyən, lakin hiss edilən materiya da var. Onu isə alimlər şərti olaraq qara materiya adlandırırlar. Qara materiya elektromaqnit və neytrin şüaları buraxmırlar. Buna görə də müasir astronomiya onları öyrənə bilmir. Alimlər düşünürlər ki, qara materiya 5 dəfə görünən materiyadan çoxdur. Onlar cazibə effektlərinə görə təsəvvür edirlər ki, bu materiya növü mövcuddur. Odur ki, alimlər gözə görünməyən materiyanı əldə etmək istəyirlər. Bu işdə onlara yardım edəcək vasitə isə kollayder adlanır.

2011-ci ilin oktyabrından Böyük adron kollayderi (BAK) Hiqqs bozonunu (qara materiya hissəciyi) təkbaşına axtarmalı olacaq. ABŞ-ın özünün ən əsas sürətləndiricisini – Tevatron kollayderini saxlamağa pulu çatmır. Kollayderin bağlanmasının səbəbi büdcə vəsaitlərinin çatışmazlığıdır.

Hələ ötən ilin payızında mütəxəssislər kollayderi 2014-cü ilədək işlətmək niyyətində idilər. Onlar ümid edirdilər ki, «Tevatron» Böyük adron kollayderini ötəcək və Hiqqs bozonunu ilk qeydə alacaq. Xatırladaq ki, «Tevatron» proton-antiproton həlqəvari sürətləndiricidir. Burada proton və antiproton dəstələri toqquşdurulur. «Tevatron» hər il ABŞ vergi ödəyicilərinə 35 mln. dollara başa gəlir. O dayandırıldıqdan sonra ələkeçməz hissəciyi – Hiqqs bozonunu yalnız BAK axtara biləcək. Hiqqs bozonuna «Tanrının hissəciyi» də deyirlər.

Hiqqs bozonu müasir Standart model elementar hissəciklər nəzəriyyəsində sonuncu çatışmayan elementdir. Bu nəzəri hissəcik bütün digər elementar hissəciklərin kütləsini müəyyən edir. Lakin Hiqqs bozonunun kütləsi naməlumdur. İndi fiziklər «yüngül» və «ağır» variantların mövcudluğunu nəzərdən keçirirlər. 135-200 giqaelektronvolt kütləsində olan «yüngül» Hiqqs W-bozonlara parçalanmalıdır. Bozonun kütləsi 200 GeV-dən çoxdursa, onda o əlavə olaraq Z-bozonlara da parçalanacaq. Onlar isə öz növbəsində elektron və myüonları yaradırlar. Ötən ilin iyulunda Tevatron 158-175 GeV intervalında Hiqqs bozonunun mövcud olmadığını sübut etdi.

Lakin müqəddəs yer boş qalmır: «Tevatron» bağlanır, lakin Moskva vilayətində – Dubnada Rusiya özünün nüvə hissəcikləri sürətləndiricisini tikir.

Qara dəliklər bizi də udacaq

NASA alimləri nadir kosmik hadisənin şahidi olublar. Bir neçə teleskop birdən qara dəliyin qonşu qalaktikaya hücum etməsini qeydə alıb. Kosmosdan alınmış şəkillərdə radioaktiv hissəciklərin ulduz topasını məhv etdiyi görünür.

Bu hadisəni Chandra, Hubble kosmik rəsədxanaları və VLA radioteleskopu qeydə alıb. Şəkillərdə görünür ki, nəhəng qamma-şüa güclü axınla ulduzların qaz örtüyünü silir. Belə hücum nəticəsində istənilən planetin atmosferi bir neçə ay içərisində məhv edilə bilər.

Tapılmış çox nəhəng qara dəlik böyük miqdarda qamma-şüa buraxır və dağılan qalaktikanın tam mərkəzində yerləşir. Buna baxmayaraq, enerji topası o qədər güclüdür ki, qonşu ulduzların kənarlarına qədər çatır. Topa onu yaradan dəlikdən 850 min işıq ili məsafəsinədək uzanır. Teleskopların köməyilə alınmış məlumatlar qamma-şüaların təxminən 800 min il əvvəl qonşu ulduzlara zərbə endirdiyini göstərir.

Qara dəliklər kosmosda az öyrənilmiş və maraqlı təzahürlərdən biridir. Məsələn, əvvəllər hesab olunurdu ki, onlar yalnız göy cisimlərini udurlar. Lakin sonradan Süd yolunun mərkəzində yerləşən qara dəliyin öz enerjisini ətrafındakı qaz diskinə verdiyi aydın oldu. O isə öz növbəsində yeni göy cisimlərinə həyat verir.

Qara dəlik balaca materiyalarla qidalanıb?

Həmçinin başqa nəzəriyyəyə görə, Qalaktikamızdan olan qara dəlik 120 milyon il əvvəl özündən balaca qara dəliyi udub. Nəticədə ayrılan güclü enerji sayəsində yaxınlıqdakı ulduzlar “qara yırtıcı”dan çox uzaq məsafələrə atılıblar.

Alimlər qrupu nəhayət, Yerə ən yaxın yerləşən qara dəliyi aşkar ediblər. Onlar qara dəliyin yerini öyrənməklərini böyük uğur hesab edirlər.  Onun yaxınlığının sayəsində astrofizik və astronomlar yaxın vaxtlarda bu fenomeni daha çox öyrənməyi nəzərdə tuturlar.

Qara dəlik 30 il əvvəl partlamış Günəşdən 20 dəfə ağır SN 1979 C-nin yerində əmələ gəlib. Nəzəriyyəyə görə, qara dəliklərin çoxu nəhəng ulduzların nüvələrinin qravitasiyasının sıradan çıxması nəticəsində yaranır. Amma deyəsən ilk dəfə olaraq astronomlar bu prosesi öz gözləri ilə görürlər.

Yolu üzərindəki hər şeyi silən qara bulud Yerə yaxınlaşır

Astronomların sözlərinə görə, yolun üzərində hər şeyi silən tozdan ibarət bulud yerə yaxınlaşır. Bulud planetimizdən 28 min işıq ili məsafədə olan qara dəliyin içindən çıxıb. Bu göy cismini müşahidə edən astronomlar ona «xaos yayan bulud» adını veriblər.

10 milyon mil uzunluğu olan kosmik obyekt ötən ilin aprelində NASA-nın Chandra rəsədxanası tərəfindən aşkar edilib və “turşu dumanı” silsiləsindəndir. Gözlənildiyi kimi sirli bulud Yerə 2014-cü ildə çatacaq.

 

Bu kəşf ətrafında səslənən yeganə müsbət xəbər əvvəllər söylənilmiş bir sıra fiziki proqnozların öz təsdiqini tapmasıdır.

“Pis xəbər ondadır ki, bizim Günəş sisteminin tam məhvi qaçılmazdır”, deyə Kembric Universitetinin astrofiziki Albert Şervinski bildirib.

Ekspertlər əmindirlər ki, qəribə bulud adətən qara dəliyin şərti radiusunun ətrafında olan hissəciklərdən ibarətdir. Onlar öz növbələrində müəyyən bir vaxtda qara dəliyin birbaşa təsiri alına düşüblər.

Şervinskinin sözlərinə görə, bu çox nəhəng dəlik yerdən təxminən 28 min işıq ili məsafədədir. Yəni hardasa qalaktikamızın mərkəzindədir.

Maraqlıdır ki, məşhur fizik Stiven Hokinq özünün qara dəlik nəzəriyyəsinə düzəlişlər edib.  Əvvəllər hesab olunurdu ki, heç bir obyekt qara dəliyin güclü cazibə sahəsindən çıxmaq iqtidarında deyil. Lakin sonradan alim belə bir nəticəyə gəlib ki, qara dəliyə düşmüş bu obyektlər barədə məlumat dəyişilmiş şəkildə geriyə şüalana bilər.

Bu dəyişilmiş informasiya öz növbəsində obyektin mahiyyətini dəyişir. Yoluxmuş obyekt öz qarşısına çıxan predmet barədə bütün məlumatı dəyişir.

NASA vahimə yaratmamaq üçün yaxınlaşan təhlükə barədə məlumatı gizli saxlayır

«Bu halda əgər bulud Yerə çatsa, onun planetə təsiri mürəkkəblə yazılmış mətnin üzərinə su tökülməsi kimi olacaq. Su sözləri məhv edəcək» - deyən Şervinskinin sözlərinə görə, yaxınlaşan təhlükə barədə məlumat gizli saxlanılır və NASA vahimə yaratmamaq üçün öz kəşfini açıqlamağa tələsmir.

Astrofizik əmindir ki, əgər bulud trayektoriyasını dəyişməsə, qalaktikamız əvvəlki ölçülərinə qayıdacaq, yəni kainat yaranan dövrdəki kimi olacaq.

Qara dəlik Eynşteynin nəzəriyyəsinə qarşı

Qara dəlik məkan-zamanda bir sahədir. Onun cazibə qüvvəsi o qədər böyükdür ki, hətta işıq sürətilə hərəkət edən obyektlər ondan canlarını qurtara bilmirlər. Bu sahənin sərhədi hadisələr səthi, onun xarakterik ölçüsü cazibə radiusu adlanır. Kürəvi simmetrik qara dəliyin cazibə radiusu Şvartsşild radiusuna bərabərdir: burada c- işıq sürəti, M - cismin kütləsi, G - cazibə sabitidir.

Belə məkan-zaman sahələrinin mümkünlüyü nəzəri olaraq Eynşteynin tənliklərinin bəzi dəqiq həllərindən ortaya çıxır. İlk olaraq bu nəticəyə Karl Şvartsşild 1915-ci ildə gəlib. Terminin dəqiq müəllifi məlum deyil, lakin ona Con Arçibald Uilerin 1967-ci il dekabrın 29-da dediyi «Bizim Kainat: məlum və naməlum» adlı mühazirəsində rast gəlmək olur. Daha öncə belə astrofiziki obyektlərə «dağılmış ulduzlar» və ya «kollapsarlar», həmçinin «donmuş ulduzlar» deyiblər.

Qara dəliklərin real olaraq mövcud olması məsələsi cazibə nəzəriyyəsinin nə qədər doğru olması ilə birbaşa əlaqəlidir. Müasir fizikada eksperimental olaraq daha yaxşı təsdiq edilmiş standart cazibə nəzəriyyəsi ümumi nisbilik nəzəriyyəsidir (ÜNN). ÜNN inamla qara dəliklərin əmələ gəlməsini proqnozlaşdırır. Ona görə də müşahidə olunmuş məlumatlar ilk növbədə ÜNN çərçivəsində təhlil olunur. Lakin düzünü desək, bu nəzəriyyə qara dəliklərin birbaşa yaxınlığındakı şərait üçün eksperimental olaraq təsdiq edilməyib. The Astrophysical Journal Letters jurnalı Florida Texnologiya İnstitutu bu prosesi müşahidə edən əməkdaşlarının verdikləri məlumatları yayıb. Astrofiziklər bu obyektlərlə bağlı tədqiqatları Yerdən 60 milyon işıq ili məsafəsində olan Qız bürcündəki M87 qalaktikası üzərində aparıblar. «Habbl» orbital teleskopu ilə aparılan müşahidələrin nəticələrinin analizi göstərib ki, mərkəzi qara dəlik heç də nəzəriyyələrdə deyildiyi kimi mərkəzdə deyil.

Alimlər bu fenomenlə bağlı bir neçə izahat verirlər. Onların fikrincə, məntiqlə mərkəzdə yerləşməli olan qara dəliklər heç də M87 qalaktikasında deyillər, sadəcə onun daha kiçik qonşularıdırlar.

Sönmüş ulduzların varisləri

Bəzi alimlərə görə, qara dəliklər sönmüş ulduzların yerində qalan bulud topalarından başqa bir şey deyil. Əgər elədirsə, onda sönmüş ulduzun buludu niyə hər şeyi özünə çəkir və qara dəliyin udduqlarının taleyi naməlum qalır. Məntiqlə axı qara dəliyin udduqları hansısa bir formada səmada özünə mövqe seçməli idi.

Fəqət bu heç də belə deyil. Böyük qara dəlik qalaktikanın mərkəzi ilə qovuşanda boşalır. Bu prosesin nəticəsi olaraq qara dəlik düzgün mövqeyini itirir.

İtalyan alimləri qrupu laboratoriya şəraitində qara dəliyin şüalandığını təsbit ediblər. Bunu ilk dəfə olaraq 1974-cü ildə fizik Stiven Hokinq təsbit edib.

Həmin araşdırma zamanı məlum olmuşdu ki, qara dəliklər özləri yeni hissələr doğurlar və doğumdan sonra yaranan kiçik qara dəliklər bir-birilərini udmağa başlayırlar.

Milan universitetindən Franko Belcorno və onun kolleqaları bildirirdilər ki,  Xokinqin araşdırmalarını nəzərdən keçirərkən, nəhəng qara dəliyin «doğuşu» zamanı əmələ gələn qüvvətli təkanlar nəticəsində infraqırmızı lazer şüalarının ətrafa saçıldığını müşahidə ediblər. Bu zaman işığın sınma sürəti dəyişib.

Belcorno və onun kolleqalarının eksperimentləri nəticəsində üzə çıxıb ki, şüa dalğasının uzunluğu 850 nanometr, lazer şüaları dalğasının uzunluğu isə 1055 nanometrdir.

Alimlər ən qədim və bu günümüzdə məşhur olan kvazarları da tapıblar. Bir qrup alim hesab edir ki, kvazarlar qalaktikanın mərkəzində olan böyük və fəal qara dəliklərdir. Onların kütləsi olduqca böyükdür, 100 milyondan 10 milyardadək günəş kütləsi boydadır. Nəhəng qara dəliklər toz və qaz diski ilə əhatə olunub.  Diskin daxildəki həlqə xaricdəki həlqədən daha cəld fırlanır.

Biz qaranı basınca, qara bizi basacaq

Materiya diskdə fırlanır. Daxildəki disk elə güclü qızır ki, rentgen şüaları buraxmağa başlayır. Qara dəlikdən bir qədər aralıda olan disk ultrabənövşəyi şüalar saçır. Həlqə daha uzaqda gözlə görünən işıq və infraqırmızı şüalar saçır. Lakin şüalanan radiasiyanın əhatə dairəsi çox kiçikdir. O, təqribən bizim günəş sistemi ölçüsündədir. "Kvazarlar qalaktikanın inkişafının ilkin mərhələsidir, necə deyərlər, körpə- qalaktikadır»  - deyə Nilsa Bora adına enerji və qara materiyanın şüalanması üzrə mərkəzin astrofiziki Marianna Vasterqaard bildirir. Onun fikrincə əksər qalaktikaların milyondan artıq günəş ölçüsü ağırlığında qara dəlikləri var. Onları isə kvazarlar adlandırmaq olmaz. Qara dəliyin cazibəsi tədricən ətrafdakı tozu, qazı və qara dəlikləri udur və öz kütləsini bunun hesabına artırır. Yenicə qidalanmış qara dəlik digəri ilə əvəz olunur və o da həmin prosesi təkrarlayır. Son nəticədə kvazarlar qalaktikalardan sonra ikinci ən nəhəng obyektlərdən birinə çevrilir.

Marianna Vasterqaard deyir: «Biz birinci nəsildən olan primitiv kvazarlar tapmışıq. Onlar tozun olmadığı məkanda Böyük Partlayışdan dərhal sonra yaranıb. Həmin kvazarlar kimi qara dəliklər də cəld əmələ gəlirlər. Bu isə o deməkdir ki, biz çoxdan axtardığımız yeni qalaktikaları tapmışıq».

Astronomlar iki nadir obyekt də tapıblar. Bunlar isə Yerdən 20 milyon işıq ili uzaqlıqdakı M82 qalaktikasında yerləşir. Alimlər deyirlər ki, bu qara dəliklər möcüzə nəticəsində qalaktikanın mərkəzində olan nəhəng qara dəlikdən canlarını qurtarıblar.

Alman astrofizikləri qara dəliyin ətrafını müşahidə etmək məqsədilə yeni xüsusi proqram hazırlayıblar. Əgər dünyadakı ölkələr öz milyonlarından keçsələr, alman astrofiziklər qara dəliyin ətrafında baş verənləri müşahidə edəcəklər.

Hələliksə, qara dəliklər çılğınlıq edirlər. Qabaqlarına keçən hər şeyi sümürürlər. Məsələ ondadır ki, bu qarınqululuq həmin dəliklərə hansısa tədqiqat cihazlarının göndərilməsini də əngəlləyir. Təbii olaraq, bir gün udulma növbəsi bizim qalaktikaya da çatacaq. Amma vaxtı dəqiqləşdirmək üçün alimlər heç olmasa qalaktikamıza doğma olan qara dəliyin ətrafında baş verənləri öyrənməlidirlər. Stiven Hokinq haqlı olaraq deyir: «Səmada öyrənilməli o qədər çox şey var ki. Amma insanlar onları heç vaxt sonadək öyrənə bilməyəcəklər. Buna sadəcə bəşəriyyətin zamanı çatmayacaq».Milli.Az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: müqəlid (4 Fevral 2011 23:31)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
2012 dunyanin axridi? Men qiyametin elametlerini gormurem
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.