Qısaca bir cavab » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Qısaca bir cavab
 
 » Sağlamlıq » Psixologiya » Qısaca bir cavab

     
 
Sağlamlıq » Psixologiya: Qısaca bir cavab
 
 
Müəllif: Zeyneb | 24 Yanvar 2011 | 12543 dəfə oxunub
http://zeka.az/1311-qdsaca-bir-cavab.html

Qısaca bir cavab...

Belə  bir  söz  var:  adam başa düşmək  istəməsə  onu  başa  salmaq  çətin  olur. Bəzən  isə  heç olmur. Bəlkə  də  indi  mənim  verdiyim  cavab  eşitməli olanlara heç  bir  təsir  etməyəcək. Bəlkə  oxunmayacaq  da?! Amma  sadə  Azərbaycan  vətəndaşı  olaraq  elə  bilirəm  üzərimə cavab  vermək  düşür. Axı  bizdə  “Söz  Azadlığı” var.

Bu, tərəfkeşlik  də  deyil. Bu, sadə  olaraq  sadə  məntiqi  olanlar  üçün  cavabdı. Kanalların  birində  bunu  eşitdim,  özü də  deputat  tərəfindən  ki, dindarlar  siyasətə  qoşulub, qonşu  ölkədən  qıcıqlandırılıb, maliyyələşdirilib  və  s... Yəqin  davamını  özünüz  anladız...

Cavab 1: Əgər  dindarlar  bunu  siyasət  üçün   edirlərsə  gəlin  tarixə  nəzər  salaq: Dindarlar  nə  vaxt  onların  dili  ilə  desək  aksiya  keçiriblər  indiyə  kimi? Təbii ki:

1. Azana qadağa  olanda.

2. Məscidlər  sıra  ilə  söküləndə.

3. Hicaba  məktəblərdə  qadağa  qoyulanda.

Bu  sadaladıqlarımın  hansı  siyasətdir?  Bunlar  məhz  dinin  hökmləridir ki, sizlər də – dost, düşmən, hamı  bunu  yaxşı  bilir. 1 - ci  qadağa  olunub  sonra  dindarlar  etirazlarını  bildirb. Yəni  dindarlar  sakit - sakit  evlərində  oturub  öz  etiqadlarına  görə  yaşadıqları  halda  siz  qapılarını  döyüb  bu  qadağaları  qoymusunuz  və  üstəlik  biz  söz  deyib münasibət bildirən  kimi   “sizi  maliyyələşdirirlər” – deyirsiniz.

Doğurdan  siz  özünüzə  kənardan baxıb necə  gülünc  danışdığınızı müşahidə etmirsiniz? Əgər  dediyiniz  kimi,  bunlar  siyasətlə  məşğuldurlarsa  və  qıraq  ölkədən də *tırka* gəlirsə  niyə  bunlar  heç  vaxt  siyasi  məsələlərə  qarışmırlar?! Nə  vaxtsa  eşitmisiniz  ki, hansısa  ruhani  prezident  seçkilərində, bələdiyyə, deputat və  s. seçkilərdə  QMİ - nə  müraciət  etsin ki, siz  şeyxsiniz bu  məsələni  həll edin.  Ay  balam, bu  dindarların  bostanına  daş  atan  sizsiniz də. Doğurdan,  tolerantıq  deyə  özündən  razı  gəzən  dövlət  məmurları  sadə  İslam  hökmlərinə  qarşı  tolerantlıqlarını  nümayiş  etdirə  bilmirlər?!

Nəysə, mövzunu  uzatmaq  istəmirəm, amma  bunu da  hamı  bilir  ki, dindarların  fikirlərini, səylərini, etiqadlarını, sözlərini təhrifə  uğratmaq  sizə  sərf  edir.

Mən  cinsindən asılı  olmayaraq  bütün  Azərbaycan  qeyrətlilərinə  müraciət  edərək deyirəm  ki, xahiş  edirəm  məntiqinizi  bir  an  belə  əldən verməyin. Bu şaşırtmacalar sizi dərin və məntiqli düşüncələrinizdən ayırmasın!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (24 Yanvar 2011 23:59)



Qrup: Jurnalist
Tarix: 19.09.2010
Bu mövzuda sizinlə tam razıyam, belə çıxır ki, məntiqdən anlayışı olmayan bu şəxslər mini ətək və sinəsi açıq köynək geyməyi müdafiə edərkən Ermənistandan göstəriş alır və maliyyələşdirilirlər. Axı dinimizin gözəl göstərişlərinin aradan getməsini və çeynənməsini ermənilər hər kəsdən daha çox istəyir. Vay olsun bizə ki, səs verdiyimiz deputatlarımız Ermənistanın maraqlarına xidmət edir.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.