Şərabın cismani zərərləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Şərabın cismani zərərləri
 
 » Sağlamlıq » Təbabət » Şərabın cismani zərərləri

     
 
Sağlamlıq » Təbabət: Şərabın cismani zərərləri
 
 
Müəllif: Zehra | 26 Yanvar 2011 | 13610 dəfə oxunub
http://zeka.az/1313-ejrabdn-cismi-zjrjrljri.html

 

Şərabın cismani zərərləri

 

Əgər tibb əsərlərini araşdırsaq görərik ki, şərabın tibbi cəhətdən öldürücü ziyanları vardır. Deyilənləri Avropa ölkələrinin qanunlarında müşahidə etmək olar. Bu qanunlara əsasən, içkili halda iş başına getmək qadağandır.

Biz burada həkimlərin qeyd etdikləri zərərləri  qeyd edirik:

1. Ağılın sıradan çıxması

Spirtli içkilər bəşər həyatının ən böyük bəlalarındandır. Bu öldürücü zəhərin pisliyi haqqında bunu demək kifayətdir ki, o bəşəriyyətin ən böyük sərmayəsi və onu başqa canlılardan üstün edən ağılla mübarizə aparır. Şərabın ağıl qüvvəsinə vurduğu zərərlər insanın idrakını ( istər sərxoş halda, istərsə də ayıq halda) məhv edir. Ona görə də, şərabla mübarizə peyğəmbərlərin diqqət mərkəzində olmuşdur. O cümlədən müqəddəs İslam peyğəmbəri (Allahın salamı olsun  Ona və pak Əhli beytinə!) də onun haram olma hökmünü bəşəriyyətə çatdırdı.

Bir şəxs İmam Sadiqdən (Salam olsun Ona!) soruşdu:

- Şərabxorluq daha pisdir, yoxsa namazı tərk etmək ?

İmam (Salam olsun Ona!) buyurdu: Şərabxorluq.

Sonra buyurdu: Bilirsən niyə belədir?

Dedi: Yox

İmam (Salam olsun Ona!) buyurdu: Sirri budur ki, sərxoş insan Allahını tanımır.

 Başqa bir hədisdə İmam (Salam olsun Ona!) şərabın ağıla vurduğu ziyana işarə edərək onu ən böyük günah adlandarır və şərabı namazı tərk etmənin, ana, bacı və qıza təcavüz etmənin amili hesab edir.

Bu haqda çoxlu hədislər gəlmişdir ki, biz onları ikinci fəsildə geniş şəkildə bəyan etdik.

1950-ci ildə Beynəlxalq Millətlər Təşkilatının (BMT) baş katibi Doktor Arşe İrana gəlmişdi. O, İslam dinində şərabın haram olduğunu biləndə sevindi. Bu böyük və görkəmli alim öz dövrünün yeganə fəqihi Ayətullahul - üzma Burucerdi ilə görüşmək qərarına gəldi. O, ağa ilə görüş zamanı ona belə bir sualla müraciət etdi:

 – Nəyə görə İslamda şərab qadağan olunmuşdur?

Ayətullah Burucerdi buyurdu:

 – İnsanı başqa varlıqlardan üstün edən onun ağlıdır və şərab ağılı məhv edir.

2. Beynin pozulması

Şərab beyin fəaliyyətinə  müxtəlif mənfi təsirlər göstərərək sinir sisteminin müxtəlif  bölmələrini təsir altına alır. Şərab qişada həll olur və onun piylərinin fiziki halını dəyişərək, onları daha da  gərginləşdirir. Buna görə də beyinin fəaliyyəti zəifləyir.

Çox şarab içənin duyğu üzvlərinin zəifləməsinin əsas səbəbi də elə budur. Şərab sinir sisteminin bir neçə sahəsini fəaliyyətdən salır və ya funksiyasında dəyişiklik yaradır.

3. Şərabın həzm sisteminə göstərdiyi təsir

Qanı qatılaşdırır və parçalayır. Boğazı şişirdir. O , insanın mədəsinə böyük təsir göstərir. Çünki şərab mədədə çox qalır. Mədənin şişmiş vəziləri yapışqan maye ifraz edir ki, bu maye qusma vastəsi ilə insandan xaric olur. Bəzən şərabxorlar  mədə yaralarından yaranmış  qırmızı və ya qara qan qusurlar. Şərab qusmağa səbəb olan mədə iltihabı yaratmaqdan əlavə iştahanı azaldır və həzmi pisləşdirir. Spirtli içki mədənin genişlənməsinə səbəb olur. Bağırsaqları zədələyir və xəstələndirir.

4. Ürək və damarlar

Şəraba çox aludə olanlar başqalarından daha çox ürək  xəstəliklərinə tutulurlar. Bu xəstəlik  daha çox  tənəffüs sistemində poblem yaranan zaman  özünü büruzə verir. Qan  təzyiqinin artması özü bir təhlükə sayıla bilər. Qanda yağlılığın artması qan təzyiqinin qalxmasına səbəb olur.

5. Mədəaltı vəzi

Sənaye ölkələrində  şərabxorluğun  zərərləri haqqında aparılan araşdırmalar göstərir ki, pankaretitə ( mədəaltı vəzinin iltihab xəstəliyinə) tutulanlar təqribən 70 faizdən 80 faizə qədərdir. Bu xəstəlik şərab içməyə başlayandan xəstəlik şiddətlənənədək – iki ildən üç ilə qədər çəkir. Bu xəstəliyə daha çox qadınlar tutulur.

6. Tənəffüs sistemi və vərəm

 Nəfəs yolu spirtli içkinin təsirindən  şişir  və şərab içənin səsi çox kobud olur. Nəfəs yolunun təhriki nəticəsində şərabxorlarda şiddətli öskürmələr olur. Bundan  əlavə spirtli içkilər insanın vərəm  xəstəliyinə  tutulması üçün zəmin yaradır. Professor  Mays sübut etmişdir ki, vərəmin şərabla sıx əlaqəsi var.

7. Qara ciyər

Şərab ən çox qara ciyər hüceyrələrində kimyəvi dəyişkənliyə səbəb olur. Ona görə də çox şərab içmək qara ciyəri sıradan çıxarır. Qara ciyərin xroniki xəstəliyi (serroz) üçün zəmin yaradır.  Şübhəsiz  bu xəstəliyin yaranması şərabın miqdarı və növü ilə bağlıdır.

8. Böyrək

Məşhur İngilis həkimlərindən biri yazır:

“Böyrək  xəstəliklərinə tutulan  xəstələrin 87,5 % şərabın vasitəsi ilə xəstələnirlər.

Şərab sidiyi artırır, qarında, ayaqlarda və göz  qapaqlarında     şişlər yaradır.

9. Ömrün azalması

Məşhur qərb həkimlərindən biri deyir:

İyirmi bir-iyirmi üç yaşlı şərabxor cavanlardan 51 nəfəri öldüyü halda, şəraba aludə  olmayanlardan on nəfəri ölmür.

 Başqa bir alim deyir:

Əlli il yaşaması gözlənilən  iyirmi yaşlı gənclər şərabın təsirindən 35 il yaşayırlar.

Alimlər isbat etmişlər ki, şərabxorların ömrü başqalarına nisbətən 25-30 % az olur.

10. Şərabın körpəyə təsiri

Araşdırmalar göstərir ki, valideynin şəraba aludə olması doğuşdan sonra körpələrdə 60-70 % anormallığa səbəb olur. Bu xəstəliklər iki növdür:

 1)  Əxlaqi

 2) Fiziki

Fiziki problemlərə aşağıdakıları misal çəkmək olar:

1- çəki azlığı ,  2-başın kiçik olması , 3- bədən üzvlərinin şikəst olması,  4-boyun uzanmaması,  5-yaddaş zəifliyi və s.

Əxlaqi cəhətdən isə içkiyə qurşanan valideynlərin övladları hövsələsiz və narahat təbiətli olurlar.

Buna  görə də, qadınlar bilməlidirlər ki, şərab onlara  zərər (süd vəzilərinin irinləməsi, minustrasiya pozuntusu və s...) verməkdən əlavə körpəyə də zərər yetirir. Hətta gərək uşaqları şərab içən dayələrə verməsinlər, çünki onların südlərinin tərkibində şərab var.

11. Şərab – insanın dəli olmasının səbəbi

Psixoloji dispanserlərdən verilən etibarlı məlumata əsasən, dəlilərin çoxu ömrünü şərabla  keçirənlərdir. Bir məlumata əsasən, Amerikada spirtli içki düşgünü olan ailənin yeddi üzvü səfeh olaraq doğulmuşdur. Bunun səbəbi ata-ananın şərabxor olmasıdır. Nyu-Yorkun məşhur alimlərindən olan Parker deyir:

“ Dəlilik və səfehliyin yarıdan çoxu şərabxorluğa görədir”.

İngiltərdən alınan məlumata əsasən 1902-ci ildə şərabın təsirindən bu ölkədə  2249 kişi və 976 qadın dəli olmuşdur.

Şərabla mübarizə komitəsinin baş katibi  Şərabla Mübarizə Konfransının iyirmi dördüncü iclasında demişdir:

“Xəstəxanalara müraciət edən qadınların 20% , kişilərin isə 60 %-i şəraba aludə olanlardır. Ruhi xəstələrin 80% və cinsi xəstələrin 40%-i şərabxorlardır.”

12. Ruhi problemlər

Spirtli içki insanın bədəninə zərər verməkdən əlavə ruhunda da ciddi problemlər yaradır. O cümlədən:

1. Ruh düşkünlüyü və iztirab

2. Şəxsiyyət dəyişkənliyi

3. Fikir dağınıqlığı və hafizə zəifliyi

4. Zehni problemlər

5. Xroniki iştahsızlıq və yuxusuzluq

6. Ətrafdakılara, xüsusilə həyat yoldaşına qarşı bədgümanlıq və həsəd.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: müqəlid (4 Fevral 2011 23:28)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
"şərab içən lənətlənir"
Muhamməd(s)
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: aysel (20 Mart 2011 01:02)



Qrup: İstifadəçi
Tarix: 19.03.2011
cox sag olun bizi mariflendirdiyiniz ucun
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.