Materialistlərin cəhalətindən törəmiş irad » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Materialistlərin cəhalətindən törəmiş irad
 
 » Din » Əqidə » Materialistlərin cəhalətindən törəmiş irad

     
 
Din » Əqidə: Materialistlərin cəhalətindən törəmiş irad
 
 
Müəllif: Zaur | 30 Yanvar 2011 | 12531 dəfə oxunub
http://zeka.az/1320-materialistljrin-cjhaljtindjn-tgrjmie-irad.html

Materialistlərin cəhalətindən törəmiş irad

Əslində məzhəb və Allaha etiqad haqqında materialistlərin irəli sürmüş olduqları tənqidin çoxusu onların Allaha pərəstiş etiqadından məlumatsız olmalarından irəli gəlir. Buna sübut olaraq onların öz sözlərini misal çəkmək olar. Məsələn, materialislərdən biri belə deyir:

“Heç bir alim labaratoriyalarda Allahdan əsər-əlamət görməz və heç bir təcrübə indiyədək belə bir varlığın olduğunu isbat edə bilməmişdir.”

Yenə həmin şəxs “maddədən kənar mücərrəd ruhun varlığı”nı inkar edərək deyir:

“Heç bir cərrah cərahiyyə əməliyyatı zamanı öz cərrah bıçağı altında mücərrəd ruhun varlığını müşahidə etməmişdir.”

Bu dərin düşüncədən məhrum insanlar niyə anlamaq istəmirlər ki, labaratoriyaların isbat edə biləcəyi mövcud Allah ola bilməz?! İşi-gücü materiya ilə olan labaratoriyaların yalnız maddi olanları isbat və inkar etmə imkanı var.

Maddəni, sınaq mərkəzlərini, təcrübə edəni və təcrübə olunanı yaradan və maddə aləmindən yüksəklərdə duran varlıq heç vaxt təcrübə edilə bilməz!

“Maddə deyil, mücərrəd olan ruh” yüksək səslə dad-haray çəkib deyir ki, mənim varlığımın növü ilə cərrah bıçağının altında yarılan varlığın növü tamamilə fərqlidir, cərahiyyə alətləri mənim isbat və inkarım haqqında bir şey deyə bilməz.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: müqəlid (4 Fevral 2011 23:24)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
mən başa düşə bilmirəm bu materialistləri, oz yaradanlarını inkar edirlər - Sanki bu, sinifde müəllimi saymamaqdı
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.