Ağıl və düşüncənin rolu - Araşdırma » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Ağıl və düşüncənin rolu - Araşdırma
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Ağıl və düşüncənin rolu - Araşdırma

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Ağıl və düşüncənin rolu - Araşdırma
 
 
Müəllif: Carchi | 31 Yanvar 2011 | 12513 dəfə oxunub
http://zeka.az/1321-addl-vj-dgegncjnin-rolu-araeddrma.html

Ağıl və düşüncənin rolu

  İslam dinində "Əxlaq" elminin öyrənilməsi vacib olduğu halda əql və düşüncənin də önəmli olduğu bildirilib. Allah-taala Ali-İmran surəsi, ayə 190-da yalnız ağıl sahiblərini tərifləyərək buyurur: "Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır." Bu ayənin ərəbcəsində "Ulul-əlbab" kəlməsi işlədilib. Bu söz "Lubb" kəlməsinin cəmi olub "ağıl və təfəkkür sahibləri" mənasını bildirir. Göründüyü kimi, bu sözün bütün insanlara yox, düşünən şəxslərə aid olunduğu göstərilir. Peyğəmbər imiz buyurur: "İnsanlığın əsil özəyi onun ağlıdır "(Biharul-ənvar c.1,səh.82) Başqa bir yerdə buyurur: "Kişinin sahibi onun ağlıdır; ağlı olmayanın dini də olmaz".

  Dini düşünmədən qəbul etməyin mənasız olduğunu hədis bizə açıq şəkildə bildirir. Mulk surəsi, ayə 10-da cəhənnəm əhli haqda belə buyurur: "Onlar: Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq! – deyəcək". Deməli, cəhənnəmə düşənlər ağıllarını işə salmayanlardır. Həzrət Peyğəmbər buyurur: "Həqiqətən, bütün xeyir işlər ağlın vasitəsi ilə dərk olunur..."(Tuhuful-uqul səh.43) İnsanlığın meyarı, ibadətlərin qəbul olub-olmaması, behişti qazanması və ya cəhənnəm odunda yanması bəndənin ona verilən ağlı hara və necə xərcləməsinə bağlıdır. Rəvayətdə qeyd olunur ki, bir gün Həzrət peyğəmbərin hüzurunda bir kişinin ibadətindən söz açıldı. Həzrət buyurdu: "Onun ağlı və düşüncəsinə baxın, çünki Allah öz bəndələrinə onların ağıllarına görə savab verəcək. Ədəbin gözəl olması ağlın sağlam olmasına dəlildir."(İrşadul-qulub səh.182) Ağıl görünən və maddi deyil, tam əksinə mücərrəd və nurdur. Peyğəmbər buyurur: "Ağıl qəlbdə olan bir nurdur, o haqq və batili bir-birindən ayırır." (İrşad səh.181) Biz ağıl dedikdə el arasında olanı götürməyək. Çunki bəzi vaxt elə olur ki, biri digərinin haqqına təcavüz edir, öz işini düzəldir hamı onu ağıllı və fərasətli bilir. Ancaq həzrət Məhəmməd buyurur: "Helm və səbr, əfv və güzəşt, təvazökarlıq və sadəlik, yaxşı əmələ tələsmək, xeyr üzündən söz deyib, şəri gördükdə fitnələrdən Allaha pənah aparan, əl və dilini qoruyan, fəzilətləri cəm edən, şərm və həya edən, hərislikdən özünü saxlayan, Allahdan qorxan və Ona itaət edən kamil əqlə yiyələnmiş şəxsdir.(Tuhuful-uqul səh.50) Bizim üçün nümunə peyğəmbər və onun pak əhli-beyti olmalıdır, nəinki başqaları!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.