Həzrət Məhəmməd və İmam Həsənin şəhadəti » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » Həzrət Məhəmməd və İmam Həsənin şəhadəti
 
 » Xəbərlər » Əlamətdar günlər » Həzrət Məhəmməd və İmam Həsənin şəhadəti

     
 
Xəbərlər » Əlamətdar günlər: Həzrət Məhəmməd və İmam Həsənin şəhadəti
 
 
Müəllif: Zehra | 10 Yanvar 2013 | 13163 dəfə oxunub
http://zeka.az/1323-hjzrjt-mjhjmmjd-vj-dmam-hjsjnin-ejhadjti.html

Həzrət Məhəmməd və İmam Həsənin şəhadəti

Səfər ayı müsəlmanlar üçün məhərrəm qədər hüznlü bir aydır. Bu ayın 28-də həm Məhəmməd Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) haqq dünyasına qovuşmuş, həm də sonrakı illərdə elə səfər ayının 28-də əziz nəvəsi İmam Həsən (Ona salam olsun!) zəhərlənərək şəhadətə yetmişdir. Hər iki məsumun şəhadəti ilə əlaqədar bütün müsəlmanlara təsliyyət ərz edir və hər ikisinin də şəhadətinə aid çox qısa bir məlumatı diqqətinizə çatdırırıq:

Məhəmməd Peyğəmbər (ərəbcə: محمد بن عبدالله) - İslam dininin banisi, Allahın elçisi (Rəsulullah), Peyğəmbərlərin möhürü (xətəmun-nəbiyin), əsl dinin başlıca və axırıncı peyğəmbəri hesab olunan məsum peyğəmbərdir!

Hicrətin onuncu ilində, müqəddəs zilhiccə ayının 8-də (632-ci ilin mart ayında) Məhəmməd Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) bütün ailəsinin müşayiəti ilə Məkkənin müqəddəs yerlərinə özünün ilk və yeganə tam ziyarətinə yollandı. Bu Böyük Həcc (əl-Həcc əl-əkbər) tarixə Həccət əl-Vida (Vidalaşma Həcci) adı ilə daxil olmuşdur. Bu tədbir İslam dininin mərkəzi kimi Məkkənin rolunu qəti surətdə təsdiq etdi. Həmin vaxtdan sonra Məkkə bütün qeyri-müsəlmanlar üçün haram sayılan müqəddəs şəhərə, müsəlmanların həcc mərasimi yerinə çevrildi. Bütün sonrakı əsrlər ərzində həcc mərasiminə sözsüz və ciddi əməl edilmişdir və indi də bu mərasim zilhiccə ayının 8-dən 12-nə kimi vaxtilə Məhəmməd Peyğəmbərin (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) öz vidalaşma həccinə yollandığı şəkildə təkrar edilir.

Vidalaşma həccindən üç ay sonra, yəni 28 səfərdə Məhəmməd Peyğəmbər (Allahın salamı olsun Ona və pak Əhli beytinə!)  rehlət etdi.

  İkinci məsum imam Həsən (Ona salam olsun!) hakimiyyətə gəldikdə Müaviyə ilə sülh bağlamalı oldu.

Dünyanın böyük şəxsiyyətləri, ölkə başçıları vəziyyətin öz məqsədləri ilə zidd olduğunu görüb iki yol ayrıcına çatanda, çalışırlar işi elə həll etsinlər ki, ziyanı az olsun. Bu da siyasi və ictimai gedişatda bir əsas kimi götürülmüşdür.

Bu məsələyə əsaslanaraq Həsən da çalışırdı ki, öz yüksək və İlahi məqsədlərini mümkün qədər təmin etsin. Buna görə də, Müaviyə ilə sülh etmək məcburiyyətində qalanda müqavilənin birinci maddəsinə əsasən, hökuməti Müaviyəyə bu şərtlə təhvil verdi ki, Müaviyə hökuməti Quran qayda-qanunları və Peyğəmbərin (Allahın salamı olsun Ona və pak Əhli beytinə!) sünnəsi əsasında idarə etsin. Məlumdur ki, İmamın məqsədi cəmiyyətdə İslam qayda-qanununu qoruyub saxlamaq və cəmiyyətə bu qayda-qanun əsasında rəhbərlik etmək idi. Əgər bu qayda-qanun Müaviyə tərəfindən də icra olunsaydı, yenə İmamın məqsədi az da olsa təmin olunardı. Buna əlavə olaraq ikinci maddəyə əsasən, Müaviyənin ölümündən sonra Həsən İslam cəmiyyətinin rəhbərliyini azad şəkildə öz öhdəsinə götürə bilərdi. Müaviyənin otuz yaş Həsəndən böyük olduğunu, o dövrdə artıq Müaviyənin qocalıq vaxtlarını keçirtməsini və adi halla onun ömrünün sonlarının yaxınlaşdığını nəzərə alanda, bu maddənin adi hesablamalar əsasında İslam və müsəlmanlar üçün nə qədər faydalı olduğu məlum olur. Müqavilənin digər maddələri də bu cür əhəmiyyət daşıyır. Çünki cümə namazında və eləcə də digər namazlarda Əlinin (Ona salam olsun!) rəsmi şəkildə heç bir qorxu olmadan lənətləndiyi, bu işin bir bidət kimi camaat arasında yayıldığı və Əlinin (Ona salam olsun!) şiə və dostlarının, eləcə də Peyğəmbərin (Allahın salamı olsun Ona və pak Əhli beytinə!)  ailəsinin (qohum-əqrəbasının) hər yerdə təqib olunduğu və tutularaq cürbəcür təzyiqlərə məruz qaldığı bir dövrdə bu işlərin bundan belə təkrar olunmayacağı barədə maddə yazıb onu Müaviyəyə qəbul etdirmək və Müaviyənin onlara əməl edəcəyi vədini onun dilindən almağın nə qədər böyük nailiyyət olduğunu inkar etmək mümkün deyil.

Kufədə toplanış

Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər (Həsən (Ona salam olsun!)  ilə Müaviyə (Allahın lənəti olsun ona!)) hərə öz ordusu ilə birlikdə Kufə şəhərinə gəlib şəhərin böyük məscidində bir yerə toplaşdılar. Camaat gözləyirdi ki, indi sülh müqaviləsinin maddələri hər iki tərəfin rəhbərliyinin iştirkı ilə camaat üçün oxunulacaq və daha onun icra olunacağında heç kimin şəkk-şübhəsi qalmayacaqdır.

Əlbəttə, camaatın bu intizarı heç də yersiz deyildi. Çünki camaat qarşısında çıxış etmək sülh proqramının əsaslarından biri idi. Buna görə də, Müaviyə minbərə çıxıb xütbəyə başladı. Ancaq o, nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi, hətta tənə və təhqirlə dedi: "Mən sizinlə namaz qılıb həcc yerinə yetirmək, zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirəm."

Daha sonra dedi: "Bunu bilin ki, Həsən ibn Əli ilə bağladığım sülh müqaviləsinin bütün maddələrini ayağım altına qoyub tapdalayıram və onların heç birinin dəyəri yoxdur."

Beləliklə də, Müaviyə (Allahın lənəti olsun ona!) Həsən (Ona salam olsun!) ilə bağladığı sülh müqaviləsini ayağı altına saldı və onu açıqcasına pozdu.

Çox keçmədi ki, İmam Həsənin (Ona salam olsun!) arvadı vasitəsilə o Həzrəti zəhərlədi və səfərin 28-i İmam Həsən (Ona salam olsun!) şəhadətə qovuşdu.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 11
Robot: 1
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.