Azərbaycanda hərbi təyyarə qəzaya uğrayıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda hərbi təyyarə qəzaya uğrayıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda hərbi təyyarə qəzaya uğrayıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanda hərbi təyyarə qəzaya uğrayıb
 
 
Müəllif: Carchi | 4 Fevral 2011 | 12418 dəfə oxunub
http://zeka.az/1327-azjrbaycanda-hjrbi-tjyyarj-qjzaya-udraydb.html

Azərbaycanda hərbi təyyarə qəzaya uğrayıb

Azərbaycan Hərbi Prokurorluğu hərbi təyyarənin qəzası ilə bağlı məlumat yayıb

Azərbaycanın Kürdəmir rayonu ərazisində hərbi təyyarə qəzaya uğrayıb. Bu barədə cümə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib. Sabiroğlu deyib ki, bu gün hərbi təlim uçuşu zamanı SU-25 təyyarəsi hərbi təlim zamanı qəzaya uğrayıb. Qəza nəticəsində ekipaj katapult yolu ilə xilas olub. Sabiroğlu deyib ki, hadisənin səbəbləri araşdırılır.

Onun sözlərinə görə, hadisə baş verən yer yaşayış yerindən uzaq olduğundan, hər hansı xəsarət alan olmayıb.

Hərbi mənbələrdən Trend-ə bildiriblər ki, qəzaya uğramış təyyarədə ekipaj üzvləri  polkovnik-leytenant Zaur Yusifli və kapitan Xəyyam Şükürov olub.

İlkin ehtimala görə, SU-25 təyyarəsi eniş zamanı qəzaya uğrayıb.

Trend-in hadisə yerində olan xüsusi müxbirinin verdiyi məlumata görə, qəza Kürdəmir rayonunun Sor-sor kəndi ərazisində baş verib. Qəza baş verən yer yaşayış yerindən 5-6 kilometr aralıdadır. Hazırda hadisə yerini hərbçilər mühasirəyə alıb və Hərbi Prokurorluğun əməkdaşları araşdırma aparır.

Azərbaycan Hərbi Prokurorluğu hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov bildirib ki, baş vermiş hadisə ilə əlaqədar Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin şöbə rəisi Cəfər Cəfərov, mühüm işlər üzrə müstəntiqləri, prokuror-kriminalistləri və Tərtər Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hadisə yerindədir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.