3000 il əvvəl nüvə müharibəsi?! » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » 3000 il əvvəl nüvə müharibəsi?!
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » 3000 il əvvəl nüvə müharibəsi?!

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: 3000 il əvvəl nüvə müharibəsi?!
 
 
Müəllif: Zaur | 8 Fevral 2011 | 12381 dəfə oxunub
http://zeka.az/1333-3000-il-jvvjl-ngvj-mgharibjsi.html
3000 il əvvəl nüvə müharibəsi?! 
Qədim şəhər necə əriyib yox oldu?
1900-cı illərin əvvəllərində Hindistanın Mohenco-Daro (siqh dilindən tərcümədə «Ölüm təpəsi» mənasına gəlir) əyalətinin yaxınlığında qazıntı işləri aparan arxeoloji ekspedisiya dünyanın qədim və yüksək inkişaf etmiş sivilizasiyalarından biri olan, 2 və ya 3 min il davam edən böyük bir şəhərin xarabalığını aşkara çıxarır. Lakin meqapolisin ən böyük müəmması, alimləri düşündürən əsas məsələ onun yaranması deyil, «ölüm»ü idi.
Tədqiqatçılar müxtəlif fərziyyələr irəli sürməklə şəhərin nədən məhv olduğunu aydınlaşdırmağa çalışırdılar. Lakin bütün ehtimallar puça çıxırdı, çünki dağılmış tikililərdə nə su fəlakətinin, nə kütləvi insan və heyvan cəsədlərinin, nə də hər hansı bir silah və ya dağıntının əlamətlərinə rast gəlinmədi. Tapılan skeletlərin heç biri zədələnməmişdi. Aydın olan tək bir fakt vardı: fəlakət qəflətən gəlib və çox da uzun sürməyib.
Nəhayət, ingilis Ceys Devenport və italyan Enriko Vinçenti son dərəcə heyrətamiz fərziyyə irəli sürürlər. Onlar qətiyyətlə elan edirlər ki, qədim şəhər Xirosima və Naqasaki ilə eyni taleyi yaşayıb. Başqa sözlə desək, qədim meqapolis nüvə partlayışı ilə məhv edilib! Bunu əsasən xarabalıqlar arasından tapılmış gil parçaları və lay-lay olan yaşıl rəngli şüşələr sübut edir. Böyük ehtimalla qum və gil yüksək temperatur şəraitində əvvəlcə əriyib, sonra isə anidən bərkiyiblər. Yaşıl şüşəli təbəqələrə nüvə partlayışından sonra ABŞ-ın Nevada ştatında da rast gəlinib.
Tarixçilər hesab edirlər ki, Mohenco Daroda 4,5 min il əvvəl 50 minə yaxın insan yaşayıb. Onlar haqqında məlumat vermək çətindir. Mütəxəssislərin irəli sürdüyü nəzəriyyələrə görə, şəhər əhalisi dravid dil qrupuna daxil olan və müasir Cənubi Hindistanın əhalisinin danışdığı dilə qohum olan bir dildə danışıb, ortaboy və qarabuğdayı olublar.
Pakistanlı tarixçi arxeoloq Barkat Əli Şeyx bildirir ki, «şəhərin tarixi mövcuddur, yazılıb, lakin oxunmayıb. Mohenco Daronun salnamələri bu günə qədər də oxunmayıb. Arxeoloqlar üzərində allahların, insanların, heyvanların rəsmi olan və qəribə simvollarla yazılmış çoxlu sayda gil lövhələr aşkara çıxarıblar».
Mohenco Darodakı qazıntılardan yüz il vaxt keçib. Müasir analizlər göstərir ki, qədim şəhərin ərimiş fraqmentləri çox böyük temperaturda, ən azı 1500 dərəcədə baş verib. Tədqiqatçılar həm də bütün evlərin yerlə bir olduğu zaman episentrin dəqiq dairəsini müəyyən ediblər. Mərkəzdən əyalətlərədək dağıntılar getdikcə azalır. Daha bir vacib detal: məhz Mohenco Daro rayonunda tapılan onlarla skeletin radioaktivliyi normadan 50 dəfə çox olub!
Yeri gəlmişkən, qədim hind eposu «Mahabharata»da naməlum silahın qəribə gücü haqqında xeyli rəvayətlər var. Məsələn, fəsillərin birində «od kimi parıldayan, lakin tüstüsü olmayan» mərmi haqqında danışılır. Onun yerə düşməsindən sonra «dərin qaranlıq bütün səmanı bürüdü. Fəlakət və dağıntı gətirən qasırğa və burulğan başladı. Dəhşətli partlayış minlərlə ev və vəhşi heyvanı, eləcə də on minlərlə insan külə döndərdi. Kəndlilər, şəhər əhalisi və hərbçilər zəhərli külü yumaq üçün çaylara töküldülər...»
Lakin Hindistanın qədim sirləri bununla bitmir. Şivapur məntəqəsində yerli məbədin yaxınlığında iki müəmmalı qaya parçası var. Onlardan biri 55, digəri 41 kiloqramdır. Əgər böyük qayaya 11 kişi, kiçiyə isə 9 kişi barmaqları ilə toxunsa və qaya parçası üzərində olan yazını hamısı bir ağızdan oxusalar, o zaman hər iki qaya parçası iki metr hündürlükdə havaya qalxır və iki saniyə ərzində o vəziyyətdə qalır. Bu qəribə hadisə Avropa və Asiya alimləri tərəfindən dəfələrlə qeyd olunub.
Biz, müasir insanlar sutkanı 24 saata, saatı 60 dəqiqəyə, dəqiqəni 60 saniyəyə bölürük, qədim hindlilər isə günü 60 dövrə, hər dövrü 24 dəqiqəyə, daha sonra yenə 60-a və s. Qədim hindlilərin hesablamalarındakı ən qısa zaman kəsiyi saniyənin üç milyonda birinə bərabərdir!
Bütün bunlar bir daha sübut edir ki, elm və texnologiya nə qədər inkişaf etsə də, bəşəriyyətin, açılması müşkül olan hələ çox sirri var.Milli.Az




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: aysel (20 Mart 2011 00:53)



Qrup: İstifadəçi
Tarix: 19.03.2011
cox maragli id
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.