Günəşin ilk dəfə 360 dərəcə görnüşü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Günəşin ilk dəfə 360 dərəcə görnüşü
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Günəşin ilk dəfə 360 dərəcə görnüşü

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Günəşin ilk dəfə 360 dərəcə görnüşü
 
 
Müəllif: Carchi | 9 Fevral 2011 | 12322 dəfə oxunub
http://zeka.az/1335-ggnjein-ilk-djfj-360-djrjcj-ggrngeg.html

Günəşin ilk dəfə 360 dərəcə görünüşü

İnsanlar ilk dəfə Günəşi 360 dərəcə tamlığında müşahidə edə biləcəklər

NASA-nın əkiz zondları - STREO -A və STEREO -B bazar günü axşam Yer orbitinin əks nöqtələrinə çatmaqla, bəşəriyyət tarixində ilk dəfə günəşin 3 ölçülü təsvirini Yerə göndərmişdir.

AzərTAc NASA-nın məlumatına istinadla xəbər verir ki, STEREO zondlarla işləyən qrupun üzvü Angelos Vourlidas demişdir ki, biz ilk dəfə günəşin 3 ölçülü gözəlliyindəki aktivliyi müşahidə edə biləcəyik.

NASA-nın saytında Günəş səthinin təsviri olan kiçik videoçarx da yerləşdirilmişdir. Zondların hər biri Günəşin yarısının təsvirini Yerə göndərdikdən sonra, onlar Yerdə birləşdirilərək, Günəş qlobusu yaradılmışdır. Alimlər qeyd etmişlər ki, zondların teleskopları ultra bənövşəyi şüalarla köklənmişdir. Onlar Günəş fəallığının əsas aspektlərindən - partlayışlardan və plazma axınlarından məlumat almağa, eyni vaxtda bütün Günəş səthini və onun atmosferini görmək üçün yüksək dəqiqliklə Yerin kosmik havası barədə məlumat vermək imkanı yaradacaqdır.

Günəş plazmasında partlayışlar Planetimizin maqnit sahəsinə təsir göstərməklə, qütb şəfəqlərinin yaranmasına, radio əlaqədə, hətta elektrik şəbəkəsində qarışıqlıq yarada bilər. Alimlər Günəş aktivliyinin 3 ölçülü şəklini tam müşahidə etməklə, öncədən bu planetdə baş verənlərin Yerə nə dərəcədə təsirini əvvəlcədən müəyyənləşdirəcəklər.

Xatırladaq ki, Günəş səthini görmək üçün NASA 2006-cı ilin oktyabrında kosmosa 2 zond- STEREO (Solar Terrestrial Relations Observatory) “əkizləri” göndərmişdir. Zondlar Yerin heliosentrik orbitinə çıxarılmışdır. Biri Yerin önündə, digəri isə onun arxasında hərəkətə başlamışdır.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.