Mübariz İbrahimov -İlin adamı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Mübariz İbrahimov -İlin adamı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Mübariz İbrahimov -İlin adamı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Mübariz İbrahimov -İlin adamı
 
 
Müəllif: Carchi | 11 Fevral 2011 | 12272 dəfə oxunub
http://zeka.az/1339-mgbariz-dbrahimov-dlin-adamd.html

Mübariz İbrahimov -İlin adamı

Mübariz İbrahimova verilmiş “İlin adamı” mükafatının təqdimat mərasimi keçirilib

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən 2001-ci ildə təsis edilmiş “İlin adamı” adına 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimov layiq görülüb.

APA-nın məlumatına görə, “İlin adamı” mükafatının təqdimat mərasimində Milli Qəhrəmanın valideynləri, ANS Şirkətlər Qrupunun rəhbərliyi, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları və ziyalılar iştirak edib.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, M. İbrahimov öz əməli ilə “ölkədə müharibə ab-havası yoxdur” fikrinin doğru olmadığını sübuta yetirib. Milli Qəhrəmanın atası Ağakərim İbrahimov isə Mübarizin atası olmaqla fəxr etdiyini və oğlunun “İlin adamı” seçildiyinə görə sevindiyini vurğulayıb. Müdafiə Nazirliyinin tərbiyəvi işlər idarəsinin rəisi, polkovnik Vaqif Məmmədov Azərbaycan ordusunun döyüş hazırlığından, şəxsi heyətin təcrübəsinin artırılması məqsədilə mütəmadi təlimlərin keçirilməsindən danışıb.

Sonda qəhrəmanın atası A. İbrahimova “İlin adamı” mükafatı, xüsusi diplomu və Milli Qəhrəman Çingiz Mustafayev Fondu tərəfindən 4 min manat pul mükafatı təqdim olunub.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 3
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.