Müsahibimiz ilahiyyatçı, Quran hafizi kərbəlayi Zülfüqar Mikayilovdur. » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz ilahiyyatçı, Quran hafizi kərbəlayi Zülfüqar Mikayilovdur.
 
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz ilahiyyatçı, Quran hafizi kərbəlayi Zülfüqar Mikayilovdur.

     
 
Xəbərlər » Müsahibələr: Müsahibimiz ilahiyyatçı, Quran hafizi kərbəlayi Zülfüqar Mikayilovdur.
 
 
Müəllif: Abdullah | 30 Oktyabr 2009 | 12524 dəfə oxunub
http://zeka.az/134-m252sahibimiz-ilahiyyat231305-quran-hafizi.html

       alt

       Sual: -Zəka Quranda hansı anlamda işlənmişdir?

       Cavab:- Zəka Qurani Kərimdə paklıq və təmizlik mənasında işlənmişdir, lakin bizim dilimizdə təfəkkür və düşüncə mənasını verir. Ərəb dilindəki zəka sözü ilə Azərbaycan dilindəki zəka sözü arasındakı bağlılığı belə əlaqələndirmək olar: Düşüncə və təfəkkürün məhsulu olan zəka. Ərəb dilində işlənən zəkat sözü mal-dövlətin, məhsulun zəkatına aiddir. Ağlın, təfəkkürün zəkatı isə zəkadır. Quranda zəka sözünün sinonimi əql, lub, nuha və s. sözlərdir. Lub bir şeyin əslinə deyilir. Allah Quranda ağıllı insanlara “Lub ulul-əlbab” deyə müraciət edir. Zəkalı insanlar bütün hərəkət tərzində bir əslə, bir həqiqətə söykəndikləri üçün “ulul-əlbab”, yəni ağıllı, zəkalı insanlar adlanırlar. Nuha isə çəkindirmək mənasında gəlir. Düşüncəli insan yaşadığı həyatda öz zəkası sayəsində müəyyən işləri görmək üçün addımlar atırsa həyatında çəkinməli olan bəzi işlərdən də ağılın göstərişinə əsasən çəkinir.

       Sual:- Zəka saytına münasibətiniz?

       Cavab:- Saytda, əlhəmdulilləh işlər yaxşı gedir. Saytın elmi-mədəni işlərə diqqəti açıq gözə çarpır. Bu çox önəmli və əhəmiyyətli məsələdir. Çünki insanları maarifləndirmək, mədəni və intellektual səviyyələrini yüksəltmək həm dinimizin prioritetlərindən (birinci hesab etdiklərindən), həm də ağlımızın bizdən tələb edib istədiyi bir məsələdir. Saytın bu istiqamətdə fəaliyyəti onun böyuk bir missiya öhdəsinə götürməsinin göstəricisidir. 

Müsahibəni götürdü Abdullah





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 5)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.