Qələmlə yazmaq faydalıdır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Qələmlə yazmaq faydalıdır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Qələmlə yazmaq faydalıdır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Qələmlə yazmaq faydalıdır
 
 
Müəllif: Carchi | 11 Fevral 2011 | 12398 dəfə oxunub
http://zeka.az/1342-qjljmlj-yazmaq-faydaldddr.html

Qələmlə yazmaq faydalıdır

Yazını əllə yazanlar fikirlərini daha sərbəst ifadə edir

Son illər sürətlə həyatımızın bütün sahələrinə daxil olan kompüter, mobil telefon demək olar ki, insanları qələmlə yazmaq vərdişindən uzaqlaşdırır. Ancaq bir-birinin ardınca aparılan araşdımalar qələmin beynin inkişafına və yaradıcılıq qabiliyyətinə mühüm təsirlərini ortaya çıxarır. Sən demə qələmlə yazı yazmaq fikirlərini asanlıqla ifadə etmək üçün də faydalıdır.

ABŞ-ın Viskonsin universitetinin mütəxəssisləri 2, 4 və 6-cı sinif şagirdləri arasında test keçiriblər. Nəticədə qələmdən istifadə edən uşaqların klaviatura ilə yazanlarla müqayisədə inşalarında fikirlərini daha sərbəst, daha asan ifadə etdiyi bəlli olub. İndiana universitetində aparılan araşdırmada isə bir qrup uşağa hərflər əllə yazdırılıb, digərlərinə isə hazır şəkildə göstərilib. Alimlər daha sonra onların beynində xüsusi cihazla yoxlama aparıblar. Birinci qrupdakı uşaqlarda beyindəki hərəkətlənmələrin, qavramanın daha aktiv olduğunu və böyüklərinkinə yaxın olduğunu müəyyən edib.

Bu sahədə ən böyük problem isə Yaponiya və Çin kimi ölkələrdədir. Bu ölkələrdə uşaqlar hərfləri xatırlamaqda çətinlik çəkir. Məktəbin ilk illərində onlar şəkilləri əzbərləyir, sonrakı müddətdə isə daha çox klaviatura ilə yazırlar.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 0
 (səs sayı: 0)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 4
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.