Təkəbbürün mənası » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Təkəbbürün mənası
 
 » Din » Əxlaq » Təkəbbürün mənası

     
 
Din » Əxlaq: Təkəbbürün mənası
 
 
Müəllif: Zeyneb | 12 Fevral 2011 | 14052 dəfə oxunub
http://zeka.az/1346-tjkjbbgrgn-mjnasd.html

 Təkəbbürün mənası

Təkəbbür nəfsani bir xasiyyət və gizli bir halətdir. Özünü başqasından daha böyük, daha  yaxşı və daha ali görən insanlarda təkəbbür yaranır. Bu zaman insan bu yanlış  düşüncəyə əsaslanaraq özünü əhəmiyyətli, izzətli və alicənab, başqalarını isə dəyərsiz və zəlil bir şəxs hesab edərək öz xəyali alicənablığı ilə könlünü xoş edir. Bu açıqlamaya görə, özündən razılıq (eqoistlik) ilə təkəbbürün fərqi bilinmiş olur. Çünki eqoistlik odur ki, insan digər bir şəxsi nəzərə almadan özünü və öz əməlini bəyənmiş olsun. Başqa  sözlə desək, eqoist insan özünü başqasına nisbətən böyük  hesab etmir. O özünü heç  kəslə müqayisə etmədən böyük bilir və öz əməli ilə fəxr edir. Demək, tamamilə  mümkündür ki, bir şəxs eqoist olsun, lakin təkəbbürlü olmasın. Təkəbbür haləti insanda  yaranan üç növ inancdan əmələ gəlir:

1. İnsanın öz dərəcəsini görməsi.

2. Başqasının dərəcəsini başa düşməsi.

3. Bunlardan sonra özünü ondan daha ali dərəcədə  xəyal etməsi.

Bu zaman insan bu inanc üzərində dayanır. Özünü izzətli, ehtiyacsız, böyük və pak  sayır. Buna el arasında lovğalanmaq da deyilir. Buradan aydın olur ki, insanın özünü  başqasından sadəcə üstün hesab etməsi təkəbbür deyil. Bir şərtlə ki, deyilən sonrakı  halətlər baş verməmiş olsun. Məsələn, əgər bir şəxs digər bir şəxsdən daha çox  oxuduğunu, hansısa peşədə daha təcrübəli olduğunu, digərindən daha yaxşı anladığını  və ya kimdənsə daha artıq yaxşı iş gördüyünü düşünsə, lakin ardınca özünü şişirdib, digərlərini alçaltmaq düşüncəsinə malik olmasa bu düşüncənin heç bir ziyanı olmaz. Çünki onun yaranması  qeyri-ixtiyaridir. Lakin onu bəsləyib təkəbbür halətinə gətirmək artıq insanın öz ixtiyarındadır.

 Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.