İmam Həsən Əskərinin mövludu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Əlamətdar günlər » İmam Həsən Əskərinin mövludu
 
 » Xəbərlər » Əlamətdar günlər » İmam Həsən Əskərinin mövludu

     
 
Xəbərlər » Əlamətdar günlər: İmam Həsən Əskərinin mövludu
 
 
Müəllif: Zehra | 29 Yanvar 2015 | 12740 dəfə oxunub
http://zeka.az/1348-12-fevral-dmam-hjsjn-zhsgjrinin-j-ejhadjti-ggngdgr.html

 İmam Həsən Əskərinin mövludu

Şiələrin on birinci İmamı Həzrət Həsən Əskəri hicrətin iki yüz otuz ikinci ilində (847-ci milad ili) anadan olmuşdur.Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi, anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur.Bəzi tarixçilər onun adını Süsən qeyd etmişlər.Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.
İmam Həsən Əskəri Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı.O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il (868 — 874) şiələrin İmamı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində (874-cü milad ili) şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.

Əbu Həmzə deyir:"İmam Həsən Əskərinin qulluqçuları müxtəlif ölkələrdən idi - rumlu, türk və sair. İmam onlarla öz dillərində danışırdı. Mən təəccüb edirdim və öz-özümə deyirdim ki, imam Mədinədə doğulub, atası imam Hadi vəfat edənədək heç bir başqa ölkədə olmamışdır. Bəs necə müxtəlif dillərdə danışa bilir?!
Bir gün həmin fikirdə idim ki, imam üzünü mənə çevirib dedi:
"Allah Öz höccətini bütün məxluqları arasında seçmiş və onu hər şeydən agah etmişdir. O bütün dillərdən agahdır və hər bir hadisəni bilir. Əgər Allahın höccətinin belə mövqeyi olmasaydı onunla adi camaat arasında heç bir fərqi olmazdı.""

İmam Həsən Əskəri buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”

İmam Həsən Əskəri buyurur: “Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”

İmam Həsən Əskəri buyurur: “Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”

İmam Həsən Əskəri buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”

İmam Həsən Əskəri buyurur: “Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”

İmam Həsən Əskəri buyurur: “Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 15
Robot: 2
Qonaq: 13
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.