İnsanlar İnternetdə oxuduqları hər şeyə inanırlar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İnsanlar İnternetdə oxuduqları hər şeyə inanırlar
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İnsanlar İnternetdə oxuduqları hər şeyə inanırlar

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İnsanlar İnternetdə oxuduqları hər şeyə inanırlar
 
 
Müəllif: Carchi | 13 Fevral 2011 | 12228 dəfə oxunub
http://zeka.az/1349-dnsanlar-dnternetdj-oxuduqlard-hjr-eeyj-inandrlar.html
 İnsanlar İnternetdə oxuduqları hər şeyə inanırlar
Alimlər araşdırma nəticəsində maraqlı faktlar aşkarlayıblar 
Amerikalı alimlər araşdırmalar nəticəsində insanların İnternetdə yerləşdirilən informasiyalara həddindən çox inandıqlarını müəyyənləşdiriblər. ANS PRESS-in ”RBK daily” qəzetinə istinadən verdiyi məlumata görə, alimlər bu qənaətə Konnektikut Universtetində aparılan araşdırmalardan sonra gəliblər. Alimlərin apardıqları araşdırmaya 2006-cı ildə start verilib. Araşdırmalar tələbələr üzərində aparılıb. 
Sonda müəyyən edilib ki, İnternetdə yerləşdirilmiş bütün məlumatlar tələbələr tərəfindən həqiqət kimi qarşılanır. Belə yalan məlumatlardan biri itlərin cənnət adası haqqında uydurma xəbərdən ibarət olub. Məlumatda böyük şəhərlərdə çirklənmiş ekologiyadan əziyyət çəkən 2500-dək itin xüsusi adaya aparılaraq oraya atıldığı bildirilib. 
Adada itlərin insanlardan ayrı yaşayaraq özlərini çox yaxşı hiss etdikləri vurğulanıb. Təcrübədən xəbərsiz tələbələr bu məlumatın səhihliyinə şübhə etməyiblər. Psixoloqlar isə “həyəcan təbili” çalaraq hər şeyə inanan insanların iradəcə zəif olduqlarını və tez təsir altına düşə biləcəklərini xəbərdar edirlər.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.