Əxlaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Əxlaq
 
 » Din » Əxlaq » Əxlaq

     
 
Din » Əxlaq: Əxlaq
 
 
Müəllif: Abdullah | 30 Oktyabr 2009 | 12702 dəfə oxunub
http://zeka.az/135-399xlaq.html
alt

“Rəbbiniz tərəfindən sizin bağışlanmağınıza səbəb olacaq əməllər etməyə tələsin! Təqvalı adamlar üçün hazırlanmış, genişliyi yer və göy qədər olan Cənnətə tərəf tələsin!” Ali İmran surəsi 133-cü ayə.

GÖZƏL XASİYYƏT

Biz insanlar yaşadığımız cəmiyyətdə əlaqə və rabitə bərqərar etmək üçün insanlar arasında bir sıra meyarlara riayət etməliyik ki, ilk növbədə özümüzü gözəl şəxsiyyət kimi tanıtdıra bilək. O meyarlardan biri də insanda gözəl xasiyyətin olmasıdır. Hamı başqalarının hörmət və ehtiramını qazanmaq istəyir. İnsanların qəlbinə yol tapmağın ən başlıca amili gözəl əxlaq və xüsusiyyətə sahib olmaqdır. İnsan gözəl əxlaqa malik olmayınca onda digər insani dəyərlər özünü büruzə vermir. Məsələn, gözəl əxlaqa malik olmayan bir şəxsdə şücaət, səxavətlilik və bu kimi digər xüsusiyyətlər müşahidə olunsa da, onlar öz həqiqi dəyərlərini tapmır. Gülərüz və mehribançılıqla verilməyən hədiyyəni kimsə qəbul etmir. Bütün müsbət keyfiyyətlər yalnız o zaman özünün həqiqi dəyərini tapa bilər ki, bu xüsusiyyətlərə malik olan hər bir şəxs gözəl əxlaqa yiyələnmiş olsun. Əxlaqın tərifində deyilir: Əxlaq elə bir daxili hissiyyata deyilir ki, digər müsbət xüsusiyyətlərlə yanaşı insanı başqaları ilə gözəl ünsiyyətdə olmağa da sövq etmiş olsun. Allah “Qələm”surəsinin 4-cü ayəsində öz Peyğəmbərini (s) belə bir gözəl ifadə ilə vəsf edir: “Doğrudan da sən böyük bir əxlaq sahibisən!”

Bir gün Allah rəsulundan (s) soruşdular:

- Müsəlman bir şəxsə əta edilmiş ən yaxşı şey nə ola bilər?

Buyurdu: Gözəl əxlaq.

Həsən ibn Hüseyn nəql edir ki, eşitdim İmam Sadiq (ə) bir gün belə  buyurdu:

-Ey Əbdül Mütəllib övladları! Dünya malı ilə insanları razı sala bilməyəcəksiniz, onları açıq üz və gözəl təbəssümlə qarşılayın.

İmam Sadiq (ə) buyurur: “Yaxşılıq və gözəl əxlaq insanın evini abad edib ömrünü uzadar.” Hətta Allah düşməni ilə mülayim rəftar etmək özünün və mömin qardaşlarının xeyrinə ən fəzilətli sədəqədir.

İmam Sadiq (ə) buyurub: “Allah rəsulu bir gün öz evindəydi. Birdən Abdullah ibn Əbu Səluq onun yanına gəlmək üçün izn istədi. Peyğəmbər (s) buyurdu: -Çox pis adamdı, icazə verin gəlsin. İzn veriləndən sonra içəri girdi və Peyğəmbər (s) ona yanında yer verib təbəssüm etdi. O gedəndən sonra orada olanlardan biri dedi: -Ey Rəsulullah! Onun barəsində belə deyib, sonra da üzünə gülürsən? Peyğəmbər (s) buyurdu: -İnsanların ən şərlisi Qiyamət günü o kəsdir ki, şərrindən uzaq olmaq üçün ona ehtiram olunur.”

İnsanları həyatda ən ali məqama çatdıran yeganə xüsusiyyət onun gözəl xasiyyətinin olmasıdır ki, bu da insanı əxlaq sahibi kimi həm Allahın, həm də insanların yanında tanıtdırır. Əgər biz əxlaq sahibi olmaq istəyiriksə, istər möminlər yanında, istərsə də düşmənlər yanında Peyğəmbər (s) və İmamlarımızın (ə) bizə tövsiyə etdikləri gözəl xasiyyəti unutmamalıyıq.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.