Allahpərəstlik məktəbilə materializm məktəbinin oxşar yönləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Allahpərəstlik məktəbilə materializm məktəbinin oxşar yönləri
 
 » Din » Əqidə » Allahpərəstlik məktəbilə materializm məktəbinin oxşar yönləri

     
 
Din » Əqidə: Allahpərəstlik məktəbilə materializm məktəbinin oxşar yönləri
 
 
Müəllif: Zaur | 15 Fevral 2011 | 13668 dəfə oxunub
http://zeka.az/1352-allahpjrjstlik-mjktjbilj-materializm-mjktjbinin-oxear-ygnljri.html

Allahpərəstlik məktəbilə materializm məktəbinin oxşar yönləri

Allahpərəstlər və materialistlər – hər ikisi də səbəb-nəticə qanununu qəbul edir və heç bir hadisənin səbəbsiz olmadığını bilirlər. Onlar etiraf edirlər ki, dünyadakı bütün hadisələr maddi aləmin özündə yerləşmiş bir sıra səbəblərin nəticəsidir. Məsələn: Onlar qeyd edirlər ki, maleriya xəstəliyi eyni adlı mikrobun qana daxil olmasının nəticəsidir və bunun cin-şəyatinlə heç bir əlaqəsi yoxdur. Yaxud yağış və qar dəniz və okeanların buxarlanmasından yaranır. Buxar sıxlaşmış bulud şəklinə düşür və atmosferin xüsusi səbəbləri üzündən yağış damlası və qar dənəcikləri şəklində yer üzünə yağır. Allahpərəst də, materialist də etiraf edir ki, Yer kürəsinin Günəşin ətrafına dolanması və Yer oxunun maili olması nəticəsində gecə-gündüz və dörd fəsil yaranır. Hər iki məktəb də qəbul edir ki, mərkəzdən qaçış və ümumi cazibə qüvvəsi Yer kürəsini və eləcə də digər kürələri fəzada asılı vəziyyətdə saxlayır. Bu iki qüvvə – mərkəzdən qaçış və ümumi cazibə qüvvəsi olmasa idi nizam pozulardı. Hər iki məktəbin davamçıları da qəbul edir ki, insan və heyvanlardakı hüceyrənin həyat vahidi – erkək və dişidən ayrılan iki hissədən təşkil tapmışdır. Bu hüceyrə öz inkişafını bir sıra amillərin təsiri altında davam etdirir.

Təbiətdəki ağac və bitkilər bir sıra daxili və xarici amillərin sayəsində boy atıb inkişaf edir, qida maddələrini torpaqdan alıb oksigen və suyu əldə edirlər. İstər Allahpərəst, istərsə də materialist alim bir ağacın artıb törədiyini və bunun da “mayalanma” nəticəsində baş verdiyini inkar etmir. Sözsüz ki, bitkilərin mayalnma prosesi də materiya aləmində mövcud olan bir sıra amillərin ardınca baş verir.

Küləyin əsməsi, zəlzələlərin və tufanların baş verməsi, filiz və neft mədənlərinin tapılması, suyun səthində dalğaların yaranması, havanın isti-soyuq olması, bir sözlə, təbiətin kiçicik atom aləmindən tutmuş böyüyünədək – hamısı səbəb və amillərin nəticəsidir ki, bu səbəblərin hamısı elə bu dünyadadır.

Allahpərəstlərə vurulan ən böyük iftira da hər hansı bir şəxsin nadanlıq üzündən və ya qəsdi-qərəzliklə: “ Allahpərəstlər bu dünyada baş verən hadisələr üçün təbii səbəblərin mövcud olduğunu qəbul etmirlər” – deməsidir. Amma əgər siz hər biriniz mənasız təəssübkeşliyi kənara qoyub İslam fəlsəfəsinə aid əsərlərə müraciət etsəniz, onlarda İlahi fəlsəfə ilə təbiət elmlərinin birlikdə dərc olunduğunu görərsiz.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 3)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 5
Qonaq: 7
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.