Spirtli içki qurbanları » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Spirtli içki qurbanları
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Spirtli içki qurbanları

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Spirtli içki qurbanları
 
 
Müəllif: Carchi | 15 Fevral 2011 | 12286 dəfə oxunub
http://zeka.az/1353-spirtli-igki-qurbanlard.html

Spirtli içki qurbanları

Dünyada spirtli içki qəbul edilməsi səbəbindən hər il 2,5 milyon insan həyatını dəyişir

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, dünyada bütün ölümlərin təxminən dörd faizinə alkoqol səbəb olur. Həddindən çox spirtli içki qəbul edilməsi səbəbindən QİÇS, vərəm və müharibələrlə müqayisədə daha çox insan həyatını dəyişir.

Asiya və Afrika ölkələrində gəlirin çoxalması ilə əlaqədar spirtli içki qəbulu da artır, inkişaf etmiş ölkələrdə güclü sərxoşluq tez-tez qeydə alınır. Alkoqollu içkilər qəbul edilməsi nəticəsində Rusiyada və MDB ölkələrində ölüm səviyyəsi daha yüksəkdir. Həmin ölkələrdə hər beş ölümdən biri spirtli içki qəbulu ilə əlaqədardır.

Ümumilikdə dünyada spirtli içki qəbulu nəticəsində hər il 2,5 milyona yaxın insan həyatını dəyişir. DST-nin məlumatına görə, buna baxmayaraq, dünyanın əksər ölkələri spirtli içkilər qəbulu üzərində sərt nəzarət tədbirləri görülməsinə tələsmirlər. Həddindən çox sərxoşluq halları Braziliya, Meksika, Cənubi Afrika, Qazaxıstan və Ukraynada qeydə alınır. Bu hal Böyük Britaniyada da getdikcə yayılmaqdadır. Bəzi ekspertlər bunu Şərqi Avropanın mənfi təsiri ilə əlaqələndirirlər.

Dünya əhalisinin 11 faizə yaxını hər həftə sərxoş vəziyyətə düşür, kişilər qadınlardan daha çox spirtli içki qəbul edirlər. Gizli surətdə, kustar yolla hazırlanan spirtli içkilər daha çox zərər vurur. Onlar çox vaxt zəhərli olmasına baxmayaraq, dövlət nəzarətindən kənardadır.

Dünya Səhiyyə Təşkilatına daxil olan 193 ölkənin səhiyyə nazirləri hələ ötən ilin mayında bazar məhdudiyyətləri qoyulması və vergilərin artırılması hesabına həddindən çox spirtli içki qəbul edilməsinə qarşı mübarizə aparılmasına dair razılığa gəlmişlər. Buna baxmayaraq, dünyanın əksət dövlətlərində alkoqol qəbuluna nəzarət lazımınca təşkil edilməmişdir. AzərTAc





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.