Yeni xəstəlik: Ortoreksiya » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Yeni xəstəlik: Ortoreksiya
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Yeni xəstəlik: Ortoreksiya

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Yeni xəstəlik: Ortoreksiya
 
 
Müəllif: Carchi | 18 Fevral 2011 | 12146 dəfə oxunub
http://zeka.az/1358-yeni-xjstjlik-ortoreksiya.html
Yeni xəstəlik: Ortoreksiya
“Sağlam həyat tərzinə” həddindən ziyadə aludəçilik ruhi müvazinətin pozulmasına səbəb olur.
Dünyada getdikcə daha çox adam sağlıqlı qidanın aludəsinə çevrilir. Onlar un məmulatı, yağ, maya komponentli qidalar, alkoqol və kofeindən tam imtina edirlər. Bu insanlar pəhriz mütəxəssislərinin məsləhətlərinə ciddi riayət etsələr də, xoşbəxt göründüklərini deməzsən. Ekspertlər onların məruz qaldığı ruh düşkünlüyünü ortoreksiya adlandırırlar. Lent.az-ın məlumatına görə, “The Daily Mail” qəzeti yazır ki, bu bəlaya işləyən, 30 yaş civarında tənha qadınlar daha çox məruz qalır. 
Ortoreksiya barədə ilk dəfə 1997-ci ildə doktor Stiven Bretmen söz açıb. Tanınmış həkim xəstəliyin simptomlarını belə təsvir edirdi: sağlam qidaya qarşı maniakal diqqət. Bunun nəticəsində insan xroniki qida azlığından, depressiyadan və bir çox başqa xroniki xəstəlikdən əziyyət çəkirlər. Yeri gəlmişkən, məşhurların da arasında ortoreksiyaya məruz qalanlar az deyil.
Britaniya Pəhriz Assosiasiyasının təmsilçisi Lüsi Couns deyir ki, sadə adamlara pis nümunəni də elə məşhurlar göstərir. Ortoreksiya diaqnozunu müəyyənləşdirmək anoreksiyadan xeyli çətindir. Bu xəstəlik sümük sıxlığının azalması ucbatından skelet konstruksiyası nasazlığına, ürək tutmalarına, insult və diabetə şərait yaradır.
Ortoreksiyadan əziyyət çəkən insanlar ekoloji təmiz məhsulları tamamilə qatqısız, yağsız, duzsuz, şəkərsiz yeyirlər. Onlar etiraf edirlər ki, qızarmış toyuğun yalnız görünüşü qarşısıalınmaz ürəkbulanması yaradır. Və bununla yanaşı, nə sümük xəstəlikləri, nə daimi yorğunluq, nə menstrual siklin pozulması onları düşündürür, narahat edir. Hamiləlik də onlar üçün problemdir, çünki daimi məşqlərini dayandırmalı olurlar. İdmanla mütəmadi məşğul olmayanda da orqanizmin endorfin və adrenalin sintezi azalır, bu da öz növbəsində əsəbiliyə, təcavüz elementləriylə zəngin davranışa səbəb olur. Bir-iki kiloqram kökəlmək ehtimalı isə onlar üçün artıq bir faciəyə çevrilir. Nəticədə xəstə nə qədər çox arıqlayırsa, özünü bir o qədər yaxşı hiss edir...




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: hacer (18 Fevral 2011 14:46)



Qrup: İstifadəçi
Tarix: 2.02.2011
Bu megaleni oxuduqdan sonra,ürek direk aldım,gedip kökelecem diye yemege gorxdugum bütün yemekleri özgürce yemek geldi içimden wink aludəçilik,müvazinətin kelimesinin menası nedir?
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 12
Robot: 2
Qonaq: 10
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.