Molla Sədra (1571-1641) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Molla Sədra (1571-1641)
 
 » Elm və mədəniyyət » Dahilər » Molla Sədra (1571-1641)

     
 
Elm və mədəniyyət » Dahilər: Molla Sədra (1571-1641)
 
 
Müəllif: Zaur | 31 Oktyabr 2009 | 13702 dəfə oxunub
http://zeka.az/136-molla-s601dra-1571-1641.html
alt

Molla Sədra (Sədrəddin Şirazi) varlı fars ailəsində anadan olmuşdur. Onun dövrü I Şah Abbasın hakimiyyəti illərinə təsadüf edir. Həmin dövrlərdə şiəlik hakimiyyəti şəriət qanunlarının nüfuzu dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə (ən yüksək zirvəsinə) çatmışdı. Molla Sədra özünü intellektual fənlərin, o cümlədən İbn Sinanın, Sührəverdinin neoplatoniklərin, xüsusilə İbn Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir.

Molla Sədra bir sıra səbəblərə görə İslam fəlsəfəsi tarixində mühüm yer tutur. Birincisi, onun əsərləri bunu söyləməyə imkan verir. Xüsusilə onun çox cildlik əsəri “Ağlın dörd səyahəti” - bir növ İslam fəlsəfəsinin ensiklopediyasıdır. Öz sələflərinin ideyalarını olduqca ətraflı ifadə edən Molla Sədra eyni zamanda onların fəlsəfi ideyalarının dərin tənqidi təhlilini vermişdir. İkincisi, Molla Sədra müəllimi Mir Məhəmməd Bakir Damad tərəfindən əsası qoyulmuş İsfahan fəlsəfi məktəbini daha da gücləndirmişdir. Ən istedadlı adamlar, o cümlədən Molla Sədra kimi filosof tərəfindən kamilliyə çatdırılan İsfahan fəlsəfi ənənələri “transendent (təcrübə ilə dərk edilməyən) müdriklik” adı ilə məşhur olmuşdur. O diskursiv (formal məntiqi nəticələrə əsaslanan) düşüncənin, intuitiv (seyr etmə yolu ilə) nurlanmanın və praktiki müdrikliyin yaxınlaşmasının nümunəsi kimi özünü göstərmişdir.

Molla Sədra üç, dəqiq fərqlənən müxtəlif tipli əsərlərin müəllifidir. Bunlar: a) Qurana və hədislərə şərhlər, b) polemik (qələm münaqişəli) şərhlər və c) fəlsəfi traktatlardır. Onun Quranın bir sıra ayələrinə, xüsusilə işığa həsr olunmuş ayələrə şərhləri müqəddəs kitabın Molla Sədra tərəfindən ezoterik (məhrəmanə) oxunmasından xəbər verir. Onun polemikası sufi antinomistlərə (ziddiyyətçilərinə), onların dini qanunları pozmasına qarşı çevrilmişdir. Nəhayət, üçüncüsü, Molla Sədranın elə əsərləri də vardır ki, onların əksəriyyəti intellektual elita (seçmə) və erudisiyalı (dərin bilikli) alim - bilicilər üçün nəzərdə tutulmuşdur.

Molla Sədra öz dünyagörüşündə sxolastik teologiyanın disput (elmi müzakirəli) ideyalarını, İbn Sinanın metafizikasını və İbn Ərəbinin mistik düşüncələrini sintezləşdirmişdir. Nəticədə müdriklik ənənələri təzahür etmişdir ki, o da öz kökünü hər yerdə-teologiyanın ənənəvi peripetiyalarında, filosofların diskursiv düşüncələrində və bilavasitə sufilərin təcrübəsində tapa bilmişdir. Molla Sədra iki böyük filosofun təsiri altında olmuşdur. Bu filosoflar İbn Sina və işıq fəlsəfəsi, “Şərq nuru” məktəbinin banisi Sührəvərdidir. Molla Sədra İbn Sinanın fəlsəfəsini Sührəvərdinin mövqeyindən şərh edir. O, eyni zamanda Sührəvərdinin ontologiyasını (varlıq haqqındakı metafizik nəzəriyyəsini) fundamental surətdə nəzərdən keçirmişdir.

Molla Sədra idrak yollarının sırasına gəldikdə, biliyi iki tipə bölür: hissi qavrayışın və ya göstərişlərin köməyi ilə əldə edilənlər və intiutiv işıqlanmanın vasitəsilə (meditasiyasının olması modeli) əldə edilənlər. Hissi qavrayışın və göstərişlərin əsasında yaranan biliyi də ənənəvi təsnifatdan istifadə edərək bölür (bunu peripatetiklər də edirlər). Bu bölgüdə iki hissə - nəzəri və praktiki hissə mühüm yer tutur. Nəzəri elmlərə məntiq, riyaziyyat, naturfəlsəfə və metafizika, praktiki elmlərə isə etika, siyasət və iqtisadiyyat daxildir.

Molla Sədra Platonun “növlərin hakimi” kimi arxetiplər haqqında konsepsiyanı qəbul edir. Molla Sədranın fikrincə maddi dünya varlığın səviyyəsidir və öz xarakteristikasını arxetip dünyadan götürür. Maddi dünyanın arxetiplikdən ayrılması “yüksəkdə olmaq imkanı” prinsipi ilə (Kaida imkan əl-Əşrəf) aparır. Həmin prinsip Molla Sədranın tanınmasında həlledici rol oynamışdır. Bu prinsip aşağıdakı müddəaları əhatə edir: maddi dünyada hər şey qeyri-mükəmməllikdən kamilliyə doğru hərəkət edir, həmin hərəkət qeyri-maddi dünyada sinxron kosmik dubla malikdir.

Molla Sədranın fəlsəfəsi İslam fəlsəfəsi tarixində unikal hadisədir, çünki o hərəkətə substansiyada mövcud olmaq imkanı verir. Bu İbn Sina mövqelərindən kənara çıxmaq demək idi. Çünki İbn Sina substansiyada hərəkətə, daimi dəyişikiklərə və itkilərə aparıb çıxaran kimi baxırdı. İtki isə şeylərin identikliyini (eyniləşməsini) təşkil edirdi. Molla Sədra təbiətdə daimi hərəkət nəzəriyyəsini əsaslandırmaqdan ötəri bir sıra arqumentlərdən istifadə edir. Alma yetişən zaman təkcə onun aksidensiyası deyil, eyni zamanda həmin almanın təbiəti dəyişilməlidir. Mahiyyətcə potensiya aktuallaşan zaman Molla Sədranın, fikrincə həm aksidensiyalarda, həm də təbiətdə dəyişiklik göstərir. Molla Sədra elan edir ki, aksidensiyada yaranan hər bir dəyişiklik üçün təbiətdə müvafiq dəyişikliklər baş verməlidir. Çünki aksidensiyalar öz xassələrinə görə təbiətdən asılıdır. Beləliklə, almadan əmələ gələn dəyişikliklər – bu yaradılış nümunəsi aşağıdakıları ifadə edir:

Birincisi, dünya çaya bənzəyir, daim axır dəyişir; ikincisi, dəyişiklik zərurətdən yaranır. Çünki Allahdan başqa heç nə daimi və dəyişilməz ola bilməz; üçüncüsü, dünyada bu dəyişiklik aksidensiya deyil, onun öz təbiətinin bir hissəsidir. Molla Sədranın dünyagörüşünə görə bu dəyişikliklər kainatı hərəkətə gətirən qüvvə kimi çıxış edir. Hərəkət sadəcə olaraq mövcud olmur, dünyada yeganə reallıq olduğunu sübut edir. Ancaq dəyişiklik və təbiətin yeganə mühüm xassəsi daimi hərəkətdir.

Molla Sədra özünün çoxcildlik “Əqlin dörd səyahəti” əsərində əqlin “mənəvi səfərindən” danışır. Onun Allahdan “ayrılmasından” başlayaraq onun Allahla vəhdətə nail olması bu qəbildəndir. Birinci səyahət dünyada başlanır və Allahda qurtarır. Burada şeylərin, materiyanın və formanın quruluşu problemləri haqqında danışılır, səyahətin yolu ziyarətçiləri ilahi reallığın fövqəlhissi dünyasına çatdırmaqdır. İkinci səfər “Allahla Allahda” başa çatır. Burada ağıl vasitəsilə ilahi biliklərin Allahın atribut və adlarının əldə edilməsidir. Üçüncü səfər Allah məxluqatı dünyasına qayıdışdır. Lakin bu qayıdış artıq “Allahla” qayıdışdır, ilahi işıqdan fövqəlhissi dünyanın dərkidir. Dördüncü səyahət “Allahla birlikdə” məxluq dünyasına olan səfərdir. Ağıl öz ruhunu esxatologiyanı (dünyanın sonu haqqında dini təsəvvürlərin məcmusu), sonsuz dünyanın prespektivini, hüdudları arxasında yer həyatını dərk edir.

Molla Sədranın fəlsəfəsinin populyarlığı tənəzzül nə olduğunu bilməmişdir.   





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 5
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.